image_pdfimage_print

Ölkənin ən böyük Marketinq tədbiri olan Milli Marketinq Forumunun başlanğıcına sayılı günlər qalır. 26-27 may, 28 Cinemada artıq üçüncü il Milli Marketinq Forumu keçirilir. Əziz oxucu, belə mötəbər və ölkə biznesi üçün əhəmiyyətli tədbirinin təşkilatçılarının köməkçisi olmaq, insanda super hisslər yaradır. Mən düşünürəm ki, ölkədə marketinqlə məşğul olan hər kəs, mütləq və mütləq Milli Marketinq Forumunda iştirak etməlidir. Bu yazıda istəyirəm Sizinlə Milli Marketinq Forumunun bir neçə konseptual tərəfləri barədə məlumat verim.

Əziz oxucu, ilk əvvəl qeyd etməliyəm ki, biletlərin satışında son dərəcə ciddi bir canlanma, aktivlik var. Bu çox yaxşıdır. Bu o deməkdir ki, Azərbaycan marketinq cəmiyyəti paytaxtımızda baş verən son bədbəxt hadisələrə, iqtisadi vəziyyətin ürək açan olmaması və ya Avropa oyunlarının gündəmi zəbt etməsinə baxmayaraq tədbirimizə yetərincə maraq var.

Nəzərə alsaq ki, biz millət olaraq hər şeyi son dəqiqəyə saxlamağı xoşlayırıq və novbəti iki forumun təcrübəsini xatırlasaq, məlum olur ki, biletlər demək olar ki, tam satılacaq və salonda boş yer olmayacaq. Olmalıda deyil… çünki, bu il keçiriləcək Milli Marketinq Forumu digər forumlardan daha keyfiyyətli və faydalı olacaq.

P.S. Tək bugün mənə 32 bilet sifariş verilib… hələ biletlər satışdan çıxmayıb, amma bunlar çıxsa demək ki, biletlər artıq “poçti” bitib!)

Gəlin Milli Marketinq Forumuna bir marketoloq gözü ilə baxaq. Necədir bu Forum?! Başlayaq hədəf kütlədən.

Milli Marketinq Forumunda iştirak edən adamlar əsasən 3 qrupa bölünür:

  1. Marketinqə maraq göstərən orta və aşağı menecment. Bu adamlar Forumdan yalnız bilik deyil, həmçinin gələcəkdə həyatlarını dəyişə biləcək tanışlıqlar əldə edə bilərlər. Bu kütlə üçün Forum demək olar ki, qızıldır!
  2. Marketinq sahəsindən “çörək qazananlar”. Bura aiddir, reklam, event, PR, prodakşn və ya araşdırma şirkətləri. Əlbəttə, forum bu qrup üçün strateji əhəmiyyət kəsb edir, çünki bu qədər marketinq ekspertini bir araya yığan ikinci tədbir olmur.
  3. Marketinq sahəsində artıq bişmiş və “bişdiyini” göstərmək istəyən marketoloqlar. Bu adamların Foruma gəlmə səbəbləri bir-başa olaraq iki səbəbdir: öz mənəvi boşluqlarını doldurmaq və ya sektorda olan yeniliklərdən xəbərdar olmaq.

Bundan başqa Foruma gələn dinamik sahibkarlarda olur ki, onların məqsədi Forumdan yeni bilik, ideya əldə etməkdir.

Milli Marketinq Forumun təklif etdiyi “xidmət” və ya “məhsul” yuxarıda sadaladığım auditoriyanın ehtiyyacları cavab verir. Belə ki, Forumda ölkədə olan aparıcı şirkətlərin marketinq menecerlərinin və ya rəhbərlərinin çıxışı təşkil edilir, tanış olmaq, əlaqələr qurmaq üçün imkanlar yaradılır.

Əlbəttə, iş olan yerdə mütləq qaydada qüsurlarda olur. Niyədə olmasın!? Axı Milli Marketinq Forumu ölkəmizdə yeganə yerli və böyük marketinq tədbiridir. Biz ildən-ilə öz keyfiyyətimizi artırmağa çalışırıq, hətta buna nail oluruq!)

Digər xarici ölkələrdən fərqli olaraq Azərbaycanda belə forumlara güclü spiker tapmaq çox çətin olur. Marketinq bilən – danışa bilmir, danışa bilən – marketinq bilmir, hər ikisini bilə… ümumiyyətlə Azərbaycanda bilmir… bir sözlə görməsəniz inanmazız ki, bu forumdan nə qədər çətin işlər var. Əminəm ki, uzaqdan forum çox asand görünür… Sizə deyim, hərdən məndə Barsa ilə Real oyununa baxıb… futbolçuların “zəif” oynadıqlarına təəsüf edirəm – TV-ən baxanda axı çox asand gəlir!)

Əziz oxucu, əgər sən bu bloqu oxuyursan və marketinqə marağın varsa mütləq təcili və bir daha təcili Milli Marketinq Forumuna bilet al. Əgər almısansa, mütləq axıra qədər oxu. Söz verirəm ki, peşman olmayacaqsan, hələ üstəlik ana dilində olan ilk brendinq kitabına hələ kütləvi satışa çıxmadan sahib olmaq şansın olacaq!

Bilirsiniz biz Milli Marketinq Forumuna özəl olaraq “360 dərəcədə brendinq” kitabını dərc etdirmişik. Forumda təqdim ediləcək. Düşünürəm ki, Forum çox maraqlı olacaq və hələ yerlər qalmışkən öz yerinizi alın!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Tarihler yanlış yazılmış, 26-27 may olmalı

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close