image_pdfimage_print

Əziz dostlar artıq 3 ildir ki, ölkənin bir nömrəli Marketinq tədbiri olan Milli Marketinq Forumunda “açılış” nitqini söhləsəmdə, bir dəfədə olsun… prezentasiya etməmişəm. Sabah, Forumun ikinci günü bu tilsimi sındırmaq istəyirəm. Mən sabah nədən danışacam?!

Sizə deyim ki, sabah yalnız və yalnız etdiklərim barədə söhbət edəcəm. Danışacam ki, real praktikada pərakəndəçilik necədir. Daha konkret desək mən sabah çıxışımda 3 əsas “keynote” üzərində duracam.

  1. Necə oldu ki, mən ilk baxışdan böyük kapital tələb edən, mebel və məişət texnikası istiqamətində “0” manat investitsiya ilə pərakəndəçiliklə məşğul olmağa başlamışam və bugün böhran vəziyyətində bazar necədir.
  2. Azərbaycandan pərakəndənçiliyi gözləyən 10 trend nədir?
  3. Öz biznesini qurmaq istəyən menecer üçün nələri etmək lazımdır?

Düşünürəm ki, bu üç istiqamət üzrə mən (demirəm düz) amma nələrisə öz praktikamdan deyə bilərəm. Sizləri mütləq sabah, günün ən sonuncu panelində – Pərakəndə Ticarət istiqaməti üzrə müzakirələrə dəvət edirəm.

Mənim moderator olduğum paneldə 3 son dərəcə güclü spikerlərimizdə var. Bunlar: Araz Marketlər şəbəkəsinin rəsmisi Alpaslan bəy, Baku Electroniks mağazalar şəbəkəsindən Şirəli bəy və MADO-an İlham bəylər olacaq. Hən üçünün prezentasiyası ilə əvvəlcədən tanış olan biri kimi demək istəyirəm ki, SUPER OLACAQ!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close