image_pdfimage_print

Bugünlərdə məni bir neçə məsələ çox düşündürür… istəyirəm bu barədə Sizinlə fikirlərimi bölüşüm. Bölüşəcəm mpvzu barədə, Fikirlərinizi oxumaq çox maraqlı olardı…

Biz 01 may, Mingeçevir mağamızın açılışını etdik və təbii olaraq bu bizi mənəvi, həmdə fiziki cəhətdən çox yordu. Sizə səmimi deyim, daha əvvəl açdığımız heç bir mağazada mən bu qədər yorulmamışdım. Təbii ki, özünüzdə bunu hiss edirsiniz, bloq postlar belə az-az yazılır. İndi istəyirəm bu son hadisələr zamanı mənə düşünməyə vadar edənlərı deyim.

Öz biznesin və ya “salla başını, al maaşını” hansı daha doğrudur?!

İlk əvvəl deyim, hər iki işi görməklə xoşbəxt, firavan və rahat yaşamaq olar. Sadəcə mən düşünürəm ki, insan öz reallığını yaratmaq, həyatda iz qoymaq və “mən” sözünü irəli çəkmək istəyirsə bunun yeganə yolu şəxsi biznesdir. Amma nəyin bahasına?!

  1. Şəxsi biznes iş prosesinə daha çox vaxt sərf etməyi tələb edir. Çoxları kiməsə işləməyi, biznesdə daha pis olduğunu düşünərək iddiya edir ki, şəxsi biznesdə işə istədiyin vaxt gəlib getmək olur və s. AMMA heç cürə başa düşmür ki, sahibkar öz biznesi ilə 24 saat məşğul olur. 
  2. Şəxsi biznes insana qazandığından qat-qat az xərcləməyə vadar edir. Çünki biznesin insandan “küsmək” kimi xasiyyəti var. Əgər uğurlu biznesi “sağmar” inək kimi görüb ondan daim pul çəksin, biznes tezliklə “itə” çevrilə bilir. Bu baxımdan kiminsə yanında işləyəndə aylıq qazancını rahat xərcləyə bilirsən.
  3. Şəxsi biznes standart düşüncəni sevmir. Əgər 09-18 rejimində işləyənlər hər şeyə standart, adi formada baxırsa, şəxsi bunun tam əksini tələb edir . Bu isə əlavə, risk, əlavə yorğunluq tələb edir.

Bəs maaşa işləmək necə? Belə olduqda həyat daha rahat olur, işdən sonra evdə, evdə olduğun zaman rahatlıqla istirahətdə ola bilirsən. Amma nəyin bahasına?

  1. Maaşla işləyən adamlar daim “qorxu” içində olurlar. Onlara elə gəlir ki, çalışdıqları şirkətdən çıxmaq və ya hansısa bir sektorda ola biləcək sıxıntı onlara təsir edə bilər. Əslində doğru düşünürlər, çünki biznes şahmatdırsa, şahmatda oyunu qalib gəlmək üçün bəzən vəziridə qurmaq vermək olur. Eləcədə mənfəət əldə etmək üçün, biznesdə hər zaman ən vacib işçi belə qurban verilə bilər;
  2. Maaşla işləyən adamlar daim “ramkalarla” yaşayır. Onlar hər şeyi ramkada etməlidir, çünki heç bir sahibkar işçisinə “cızıqdan” çıxmaq üçün pul vermir. Bu maddi cəhətdən asılılıq yaradır.
  3. Maaşla işləmək bizi standartlaşdırır. Biz daim eyni, rutin işlər görürük. Özümüz ciddi bir dəyişiklik etmək qabiliyyətində deyilik, çünki hansısa böyük oyunun qurbanlarıyıq. Nəticədə biz rutin işlər görürük.

Bilmirəm bunları hansı daha rahat həyat zəmanəti verir… amma bilirəm ki, öz biznesiz Sizin xəyallarını reallaşdıra bilər. Siz necə düşünürsüz?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close