image_pdfimage_print

Sizinlə daha əvvəldə söhbət etdiyimiz kimi, Mingeçevirdə bölgənin ən böyük mebel və məişət texnikası salonunun açılışını etdik. İstər məhsul çeşidinin çoxluğu, istər həm mebel, həmdə ev texnikasının bir yerdə sərgilənməsi cəhətdən mağazanın düzgün hazırlanması üçün əlimizdən gələni etdik. Xəzər TV-də olan reportajdan, bloqa başlayaq.

Çox sevindiri haldır ki, bizim sahib olduğumuz ən böyük mebel salonuda məhz Mingeçevirdə açılır. Mən bu şəhəri çox sevirəm və əlbəttə ki, bu şəhərlə qisməndə olsa bağlı olmağım Mingeçevirə qarşı olan sevgimi dahada artırır (mən Yevlaxdada anadan olsamda, Mingeçevirdədə çox olmuşam).

Salonumuzun açılışını may ayının birində etdik. Bir marketoloq kimi, Sizlərə deyim ki, bir çox kommunikasiya kanallarından istifadə etsəkdə, ən təsirlisi və effekt verəni “ünvanlı” SMS-ər və flayerlərin paylanması oldu. Ortalama açılış mərasiminə 300-350 adam gəlmişdi. Nəzərə alsaq ki, salonumuz şəhərin ən mərkəzi yerində deyildi… düşünürəm ki, son dərəcə yaxşı göstəricidir. Həmçinin qeyd edim ki, salon açıldıqdan sonra: “Bizə SMS göndərmişdiz… ” sözünü hamı deyir!)

SMS və flayerlərdən başqa Facebook-da Mingeçevir əhalisi üçün reklamların göstərilməsidə düşünürəm ki, ümumi effektivdir. Biz bu istiqamətdə işlərimizi davam etdirməliyik. Siz necə düşünürsüz, hansı kommunikasiya elementləri bölgədə daha effektiv ola bilər?

Mağazamızın konsepsiyası özündə müştərilərin, yeni ev yaradanların butün məhsulları vahid nöqtədən rahat ala bilməsindədir. Başqa sözlə desək, salona girdikdən sonra, yeni ailə qurmaq istəyən cütlük, həm mebel, həmdə ev texnikasını rahatlıqla bir arada əldə edə bilir, ödəniş şərtləridə düşünürük ki, maksimum yumşaqdır.

Mağazamızda ekonom qiymət seqmentindən başlayaraq, düüüz premium seqmentə qədər məhsul təkliflərimiz var. “Loru” dildə desək salonumuzdə olan ən münasib qiymətli yataq dəsti (komplekt) 700 manatdan – 5000 manata qədər dəyişir. Biz düşünürük ki, bununla Mingeçevirdə və ya ətraf rayonlarda yaşayan gənc ailələr rahatlıqla öz zövq və ciblərinə uyğun mebeli və ya məişət texnikası əldə edə biləcəklər. Ən əsası, bu son dərəcə rahat olacaq, çünki biz istənilən bölgə üçün çatdırılma və qurlaşdırma xidmətini həyata keçirə bilirik, ödənişsiz!)

Əziz oxucu, Sizlərdən xahiş edirəm… əgər yolunuz Mingeçevirə düşsə mütləq bizim Evin mebel və elektronika salonunu ziyarət edin, elə bilin ki, lap öz EVİN kimidir… kritikanız, fikirləriniz mənim üçün çox vacibdir. Yaxşı?!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Hayırlı olsun. Senbe -pazar ilk gelen 30 aileye seher yameği promosyonu, hafta ici 10 neferlik adgunu tertibi, seherleri 10-12 arası yemek kursları ( kucuk ev aletleri firması ile)

  2. Bizim gozel sheherimiz. Ilk once deyim ki sizi bu ugurunuz munasibetiyle semimi qelbden tebrik edirem . Bir insanin her kesi yuksekde gormek arzusu ve bunun ucun elinden geleni eden birinin uguruna sevinmemek olmaz :) Tebrik . Bu yaxinlarda sheherimizde qonaq idim, Evin kimi dogma evimin yolunun ustunde yerlesir , hec dusunmeden giris edib gormek istedim. Eziyyetinizin behresini gozumle gorub , sonra bolusmek ucun ) Girisde Ilk tesurat,guleruz personal, rahat,goz yormayan dizayn, keyfiyyet ,munasib qiymet ela idi . Sizi gercekden tebrik edirem, ugurlariniz axarli olsun .

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close