image_pdfimage_print

Mənim valideynlərim öz həyatlarını tam olaraq təhsilə həsr etsələrdə (atam, mənim tanıdığım ən güclü dilçi alim olmaqla paralel, ali məktəbdə məsul vəzifədə çalışır, anam isə uzunmüddət orta məktəbdə Azərbaycan dili və ədəbiyyat dərsi deyib, hal-hazırda oda Ali məktəbdə çalışır) mən şəxs olaraq təhsil sistemindən uzaq adamam. İstər İqtisad Universitetində MBA tələbələri üçün dediyimiz mühazirələr, istərsədə Marketinq AİR-də mən yalnız praktikada öyrəndiyim biznes elementlərini tələbələrlə dostlarımla paylaşıram. Amma bugünlərdə təhsillə çox sıx maraqlanıram. Qızım bu il birinci sinifə gedəcək və istəyirəm Sizinlə təhsil haqda olan fikirlərimi paylaşım.

Əziz oxucu, “aşıq gördüyünü çaldığı” kimi, məndə Sizə yalnız yaşadıqlarımdan yazıram. Sizinlə danışığımız , yalnız əmin olduqlarım barədədir!)

Bugünlərdə qızımın birinci sinifə getmə prosesinə ciddi hazırlıq gedir. Bir neçə orta məktəbə sənədlərimizi vermişik, imtahanlar olub və gözləyirik ki, hansı məktəbə keçə biləcəyik. Bəli, bəli… artıq orta məktəbdədə oxumaq asand deyil!) Amma mən Sizə bugün imtahan verilmə prosesinin necə çətin olması barədə deyil, ümumiyyətlə Azərbaycanda orta təhsildən danışmaq istəyirəm.

Təhsil insanı real həyata hazırlamalıdır. Təhsil bizə yalnız Vivat teoremi, yalnız şərti və ya qeyri-şərti refleks, yalnız Bonk-un kitabından ingilis dili və ya relyef haqda deyil, təhsil bizə həyatı, yaşamağı öyrətməlidir. Bəs Sizcə bugün olan təhsil və dərslər bunu bizə öyrədə bilirmi? Bizi həyata hazırlayırmı?!

Düşünürəm ki, bugün orta məktəblərdə şəxsiyyətin formalaşması və ya maliyyə biliklərinin artırılmasına dair heç bir məlumat verilmir. Elə bir dərs yoxdur ki, bu dərslə şağird gələcək həyatı başa düşə bilsin. Amma buna çox böyük ehtiyyac var. Bəlkə buna görə…

  • Azərbaycanda problemli kreditlərin sayı dəhşətli vəziyyətdədir;
  • Azərbaycanda son vaxtlar boşanmaların sayə artıb;
  • Azərbaycanda öz ixtisası üzrə işləyənlər sayı… minimal həddədir;
  • Azərbaycanda gənclərin cinayət törətməsi… adi hala çevriliv və s.

Əziz oxucu, daha əvvəl biz savad haqqında öz fikirlərimizi bildirmişdik. Bizə elə gəlir ki, “savadın” özünündə 3 forması var. Orta məktəblərdə əslində uşaqlara ən vacib savad növü olan “maliyyə savadı” verilmir. Uşaqlar elementar büdcələşmə məntiqini və ya pulu necə xərcləmli olduqları bilmirlər.

Düşünürəm ki, orta məktblərdə uşaqlar üçün mütləq 3 vacib istiqamətdə işlər aparılmalıdır:

  1. Pulla rəftar. Burada müəllimlər uşaqlara elementar büdcələşmə, kredit anlayışı, pulun xərclənməsi və ya qazanılmasının baza elementlərini izah etməlidirlər. Sovet təhsilində buna ehtiyyac yox edi!
  2. Şəxsiyyət formalaşması. Burada müəllimlər uşaqlara öz “MƏN”lərini ortata çıxarmaq üçün kömək etməlidirlər. Hər bir şagird bilməlidir ki, uğur qazanmaq üçün sadəcə öz sahəni düzgün tapmaq lazımdır.
  3. Prezentasiya qabiliyyəti. Bəli, bəli. Buna sadəcə satmaq bacarığıda demək olar. Bizim həyatımız satışla doludur. Mən bu bloqu yaza-yazada Sizə satıram. Siz, bu yazını oxuduqdan sonra kiməsə nesə satacaqsınız. Satmaq üçün təqdim etmək lazımdır. Düşünürəm hər birimizin təqdim etmək qabiliyyəti olmalıdır.

Bəs Siz necə düşünürsüz, bizim bugün olan orta təhsilimiz uşaqları həqiqi həyata hazırlaya bilirmi?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Bura sherh yazmaga bele uz lazimdi, abr heya lazimdir. Ele bil artiq oyreshmisik =( Biz de kisilikde qalmayib. Biz de siz demis sadece pis olmaqdi =( O da 3-5 gunluk. 1995 ci ilde Metroda tunelde 300 nefer yanib olende, siz demis 20 Yanvar da, Xocalida usaqlari demir icine salib svarkalayanda neylemisik ki axi… =( Qan, dinme, Sen Allah! Qan, dinme Sen Allah! deyen Sabir bizi oyada bilmeyib (((

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close