...yalan deyirəm

Özümü çox pis hiss edirəm… ona görə yox ki, heç bir gunahı olmayan insanlar vəfat ediblər… ona görə ki, insanlıq gündən-günə ölür.

Özümü çox pis hiss edirəm… ona görə yox ki, FHN öz vəzifə öhdəliklərini bilmir, ona görə biz çox maymaq adamlarıq.

Özümü çox pis hiss edirəm… ona görə yox ki, Bakı meriyası “yatıb”, ona görə ki, əslində o yatmayıb, sadəcə gecə-gündüz Bakı Avropa Oyunları ilə məşğul olur.

Özümü çox pis hiss edirəm… ona görə yox ki, vertolyot suyu düzgün tökə bilmir, ona görə ki, o suyu necə tökmək lazım olduğunu bilmir.

Özümü çox pis hiss edirəm… ona görə yox ki, bu sabah hamımız başına gələ bilər, ona görə biz eşşəkdəndə bətərik, çünki əşşək palçığa bir dəfə girir… amma biz hələdə palçığa girməkdəyik (20 yanvar, Xocalı, metro, ADNA, binalar və s.)

Özümü çox pis hiss edirəm… ona görə yox ki, mən bugün var gücümlə öz etiraz səsini ucaltmıram, ona görə bu hadisə “sabah” yaddan çıxacaq. Qarşıdan Avropa oyunları gəlir.

Özümü çox pis hiss edirəm… ona görə yox ki, FH Naziri, Bakı Meriyası işdən çıxmayıb, ona görə onlar bu haqda düşünmür (!)

Özümü pis hiss edirəm… ona görə yox ki, biz belə hadisələrə kütləvi etiraz etmirik, ona görə Səttar Mehbaliyevin gözü onündə, qarabağ qazisi Zaur yananda… Səttar müəllim hələdə istefa vermədi… vermədi?! yananda?! Nə yanmaq?! Belə bir hadisə olub?! Nə vaxt?! Eşiii… olmaz elə şey?! Bizə niyə deməyiblər?!

Özümü pis hiss edirəm… ona görə yox ki, bizim Bakımızda, Gəncəmizdə, binalar yanğına məruz qala bilər, ona görə bizim axı, Xocalımız, Şuşaməz, Laçınımız yanıb. Yanıbda… güya nə etmişik ki, indi Bakının mərkəzində bir bina yananda nə edək?! Nə fərqi var ki?! Bəlkə o vaxt Facebook yox edi!?

Özümü pis hiss edirəm… ona görə yox ki, bizim butün pulumuz, büdcəmiz Avropa oyunlarına xərclənib… ona görə ki, mən elə birincilərdənəm ki, Avropa oyunlarının finalına bilet almışam… utanmıramda, düzdür?!

Neysə… əziz oxucu, birdə pis olaram ki, mən yalandan “özümü pis edirəm…” adam kişi olar?!

Kişi nədir, özünü pis etmək nədir, düzdür?! Kişi odur ki, ədalətsizliyə qarşı nəsə edər, düzdür?!

Mən Sizə yalan danışıram… deyəsən, 100% artistlik edirəm, pis hiss edən, etiraz edər… mənim ki, isə sadəcə “pis olmaqdır”, oda 3-5 günlükdür… keçib gedəcək. Qarşıdan Avropa oyunları gəlir.

YALANIN DAVAMI BARƏDƏ: