Monthly Archives İyun 2015

Deməli belə… Azərbaycanda yaşamayan, amma Azərbaycan dilini bilən bir nəfər bu yazını görüb deyər: “Əşiii bu İlkində uje bilmir eee, nə yazsın. Avropa oyunları hara, biznes-bloq hara?! İdman tədbirinin biznesə təsiri olar?” amma bunu yalnız Azərbaycandan xəbərsiz olan adam deyə bilər. Əslində Avropa Oyunları bizim iqtisadiyyata, biznes-klimata böyük təsir edir (etdi, edəcək). İcazə versəniz Avropa Oyunlarından sonra olacaqlar barədə fikirlərimi Sizinlə bölüşməjk istəyirəm.

Bir məsələni hiss etmişəm… gündən ən azı yarım saat biznes kitabı oxuduğun zaman, biznesə olan maraq daha çox artır. Düşünürəm ki, bu digər sahələrdədə belədir. Çalışdığın sahə üzrə hansısa ədəbiyyatları izlədiyin zaman istər-istəməz motivasiyan daha yüksək olur. Başqa sözlə desək, kitab oxumanın sehirli gücü var. Daha konkret…

Dünən Facebook-a “gəzdiyim” vaxt… qarşıma çoxtandı heeeeç yadıma düşməyən, lakin bir vaxtlar favorit kumirlərimdən olan – Andrey Rukavişnikovun profili çıxdı. O anda çox düşündüm, yadıma Baltikanın, Evroset şirkətinin əfsanəvi marketinq direktorunun mənə keçdiyi marketinq dərsləri düşdü… və bu bloqu mənim marketinq karyeramda strateji rol oynayan 2 nəfər, 2 marketinq qurusu barədə yazmaq istəyirəm. Düşünürəm ki, gənc marketoloqlar üçün bu yazı maraqlı ola bilər.

Sizlərində bildiyi kimi, son 2 il ərzində üzərində çalışdığımız kitab – 360 dərəcədə brendinq adlı kütləvi satışa təqdim edilib. Çox sevinirəm ki, kitabımız sözün həqiqi mənasında satış rekordları qırır. Kitab şəbəkələri… özləri ŞOKdadırlar!)) İcazə versəniz bu yazıda kitabımız haqqında olan bəzi rezenziyaları Sizlərə təqdim etmək istəyirəm. Oxuyun və əgər hələdə almamısınızsa mütləq alın, yaxşı?!

Biz hesab edirik ki, biznes mütləq qaydada öz sahibkarı tərəfindən idarəedilməlidir. Bu heçdə o demək deyil ki, şirkətdə icraçı direktor və ya CEO olmalı deyil, sadəcə biznesin sahibi mütləq və mütləq öz biznesinin nəzarətini əlində saxlamalıdır. Məcazı dildə desək… “iplər əlində olmalıdır”. Bilirsiz niyə?!

Milli Marketinq Forumu 2015 bitsədə... müzakirələr hələdə gedir. Bugün mən bloqumuzun dəyərli oxucularına Forumda çıxışımın video yazısını təqdim edirəm. Burada mən Sizində baxacağınız kimi, ölkədə və qlobal arenada pərakəndəçiliyə təsir edə biləcək 10 trend barədə söhbət açdım. Düşünürəm ki, Sizin üçün faydalı olacaq və təxminən 20 dəq. yaxın olan prezentasiyamızı dinləyəcəksiniz. ƏLAVƏ OXUMAQ ÜÇÜN: Retail ist Detail Bölgələrdə pərakəndəçilik MediaMarkt-a…

Çox zaman bloqumuza çox saylı yeni biznesə başlayan və ya ümumilikdə orta səviyyəli biznesi olan sahibkarlar tərəfindən reklamın effektivliyi barədə suallar gəlir. Mən bu yazıda istəyirəm ki, son vaxtlar öz biznes təcrübəmdə istifadə etdiyim reklam alətləri barədə söhbət edim.

Əziz oxucu, əlbəttə, Avropa Oyunlarının açılışı bizi bir Azərbaycan vətandaşı olaraq çox sevindirdi… bu əladır. Çox sevindirici haldır ki, vətənimizdə belə gözəl təşkilatçılıqla tədbirlər olur. Bu superdi. Biz bununla göstəririk ki, bizim əlimizdən iş gəlir. Amma mən Avropa Oyunlarının məntiqini başa düşə bilmirəm… Siz bilirsinizsə, xahiş edirəm mənə kömək edin!)

Əziz oxucu, istəyirəm bugün mənim üçün son dərəcə vacib və sevindirici bir hadisə və ya faktı Sizinlə bölüşüm. Düşünürəm ki, bu xəbər Sizi çox sevindirəcək. Bugün bilirsiz nə olub?

Müəllim, həkim, mühəndis, marketoloq, aktyor, şair, ticarətçi, usta… hər bir peşə özünə görə müsbət və mənfi tərəfləri birləşdirir. Düşünürəm ki, uğurlu və ya uğursuz peşə olmadığı kimi, insanların uğurlu və uğursuz olması seçdikləri peşənin onların xarakterinə necə cavab verməsinin göstəricisidir. Biz bu yazıda Sizinlə peşələr barədə fikirlərimi paylaşmaq istəyirəm.

Bugünlərdə TV-ə P&G tərəfindən aparılan reklam kampaniyasını diqqətlə izləyirdim və marketinq kommunakasiyalarında bir tendensiyanın olduğunu hiss etdim. Sözü gedən kampaniyanın Azərbaycan üçün olan əsas reklam rolikinə Sizdə baxın…

Rolikdən göründüyü kimi Procter daha əvvəllərdə Alan Lefli tərəfindən seçilmiş marketinq kummikasiyalarda kross-satışların həvəsləndirilməsi istiqamətində addımlar atılır. Şirkət vahid kommunikasiya ilə özünün əsas TOP brendlərinin satışını stimullaşdırır. Daha konkret olaraq şirkətin gücü hesab edilən Pampers, Fairy, Ariel, Tide, Gilette, Safeguard və s. kimi brendlərini gücləndirir. Necə?!

Ölkəmizin ən böyük Marketinq tədbiri olan Milli Marketinq Forumu bitsədə, haqqında gedən müzakirələr, müsbət təriflər bitmir. Bu superdir. Bu o deməkdir ki, biz düzgün istiqamətdə hərəkət edirik. Çoxlarınız Forumda olmusunuz... amma sözsüz ki, aramızda Milli Marketinq Forumunda olmayan dostlarımızda var. Bu baxımdan Forumun əsas yaradıcılarından olan Anar və Rafiq müəllimlərin açılış çıxışlarını Sizlərə təqdim edirəm. Anar Bayramovun çıxışı İlkin Manafovun…

12
Close