image_pdfimage_print

Sizlərində bildiyi kimi, son 2 il ərzində üzərində çalışdığımız kitab – 360 dərəcədə brendinq adlı kütləvi satışa təqdim edilib. Çox sevinirəm ki, kitabımız sözün həqiqi mənasında satış rekordları qırır. Kitab şəbəkələri… özləri ŞOKdadırlar!)) İcazə versəniz bu yazıda kitabımız haqqında olan bəzi rezenziyaları Sizlərə təqdim etmək istəyirəm. Oxuyun və əgər hələdə almamısınızsa mütləq alın, yaxşı?!

Bugünlərdə kitabımın ilk oxucularından olan atam filoloq, Namaz müəllim stolunda kitabımı gördüm… Sizə nə gizlədim, hər səhfədə minimum 5 dənə qırmızı “rüçka” ilə düzəliş var edi. Başqa sözlə desək ikinci nəşrimizdə kitabda orfoqrafik səhvlər “yümşaq desək” az olacaq!)

Məni yaxın tanıyanlar bilir… Sizdə bilin. Valideynlırimin hər ikisi dilçi alim olsada mənim ana dilimizdə (əslində elə butün dillərdə…) yazma savadım biyabırçı vəziyyətdədir. Kitabı bir neçə nəfərə redaktəyə versəmdə… görünür nəticə yaxşı deyil… AMMA və LAKİN. Biz axı marketoloq kimidə kitaba baxmalıyıq. Nəticə – kitabın satış rəqəmləridir. Burdada kitabımız hər həftə öz rekordunu qırır. Bu əladır. Bu o deməkdir ki, bizim kitabımız əsas hədəf kütlələr tərəfindən qəbul edilib.

P.S. Xahiş edirəm… “əsas satış deyil, əsas oxunmaqdır” kimi… populist və “botanika-müəllimivari” sözlərdən istifadə etməyin… bizim üçün vacib, bizim kitaba neçə nəfərin “12 manat” verməsidir. Pulla alsalar oxuyacaqlar, əmin olun! Azərbaycandan yalnız pulla alınan şeylər sahibləri tərəfindən istifadə edilir. 3-5 nəfərə kitabı pulsuz vermişəm – QƏLƏT ELƏMİŞƏM!) Bu haqda növbəti bloqlarda!))

Birinci başlayaq bloq postlardan… kitabımız haqqında ümumi olaraq aşağıdakı bloqlarda yazılıb…

  1. Brend meneceri olmaq istəyirsən – Samir Kərimov tərəfindən yazılmış bloq. Müəllif kitabı oxuyub və bizim kitabımızın son dərəcə motivasiya verici olduğunu yazıb. Çox uzatmadan, bloqu Sizlərə təqdim edirəm, özünüz oxuyun…
  2. Hər dərəcəsinə 40 dərəcə düşən kitab – İlham Ali Yusif tərəfindən yazılmış bloqdur. Burada müəllif kitabımıza 3 fərqli aspektdən yanaşıb. Son dərəcə maraqlı faktlar var… kitabımız haqqında!
  3. Fexri Ağayev tərəfindən yazılmış bloq. Burada Fəxri yalnız kitabımız deyil, həmçinin Milli Marketinq Forumu və ya Marketinq AİR tərəfdən məsələni təhlil edir. Maraqlı fikirlər var, oxuyun, məncə! (düzdür bloq urusca yazılıb… amma neysə!)
  4. Cəbrayil Vəliyevin 360 dərəcədə brendinq haqqında yazdığı bloq. Burada dostumuz Cəbrayil müəllim kitabımızı tənqid atəşinə tutsada, sonda mütləq almaq vacib olduğunu tövsiyyə eddir. Oxuyarsınız!)

Əlbəttə, yazılan bloqlardan başqa sosial şəbəkələrdə çox saylı kommentlər var. Bu əladır. Sizində bildiyiniz kimi “360 dərəcədə brendinq” kitabının əsas konsepsiyası “Fərdi brendinq kitabıdır”. Bu baxımdan sevindirici haldır ki, kitabın oxucuları öz fikilərini paylaşmaqdan çəkinmirlər… AMMA təəsüf ki, butün statuslar yalnız və yalnız müsbətdir. Niyə təəsüf ki? Çünki biz düşünürük ki, kitabda çoxlu mənfi tərəflər var. Biz daha yaxşısını təqdim edə bilərdik… neysə… “karvan yolda düzələr” gələn kitablarda düzəldərəm.

Düşünürəm ki, 360 dərəcədə brendinq kitabı son dərəcə vacib və əhamiyyətli mövzuya həsr edilmişdir və kitabın “isti peraşki” kimi satılması təbiidir. Bugün ana dilimizdə demək olar ki, praktik biznes kontent yoxdur və əlbəttə ki, insanlar bu kontentə acdır! Çox yaxşı olar ki, ölkəmizdə əfsanəvi bizneslər qurmuş dostlarımızda bu istiqamətdə addımlar atardılar. İnanıram ki, biz tezliklə Azərbaycan binzesmenlərindən öz praktikalarına dair kitablar görəcəyik. Hələlik isə, bizim kitabı mütləq və mütləq almağı tövsiyyə edirəm. Hardan?!

Ali Nino şəbəkəsində (28 mall, park bulvar, metro park və torgovıy), akadem kitab evində və digər kitab mağazalarında, həmçinin sifariş verə bilərsiniz tel: 055 2255510 .

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] 360 dərəcədə brendinq – İlkin Manafov. […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close