image_pdfimage_print

Deməli belə… Azərbaycanda yaşamayan, amma Azərbaycan dilini bilən bir nəfər bu yazını görüb deyər: “Əşiii bu İlkində uje bilmir eee, nə yazsın. Avropa oyunları hara, biznes-bloq hara?! İdman tədbirinin biznesə təsiri olar?” amma bunu yalnız Azərbaycandan xəbərsiz olan adam deyə bilər. Əslində Avropa Oyunları bizim iqtisadiyyata, biznes-klimata böyük təsir edir (etdi, edəcək). İcazə versəniz Avropa Oyunlarından sonra olacaqlar barədə fikirlərimi Sizinlə bölüşməjk istəyirəm.

İcazə dediz yadıma düşdü… Əzizlərim! Mən bloqu ona görə açmışam ki, öz fikirlərimi Sizinlə paylaşım, Sizdə elə buna görə burdasızda, düzdür? Da mən niyə icazə almalıyam!?) Neysə… keçək əsas məsələyə.

Mən düşünürəm ki. Avropa Oyunlarından sonra ölkəmizdə aşağıdakılar olacaq (makro olaraq):

  1. Banklar başa düşəcəklər ki, krizis-filan yoxdur… sadəcə məsələyə daha sadə baxacaq. Onlar başa düşəcək ki, krizisdən çıxmağın yolu mövcud vəziyyəti krizis kimi deyil, biznes-mühit kimi görməkdən keçir. Bugün bazar nə tələb edirsə, banklar o istiqamətdə hərəkət etməlidir;
  2. Bizneslərində artıq “piy” olanlar… təcili piy əritmə prosesinə başlayacaq. Hamı başa düşməlidir ki, bugün ki vəziyyətdən çıxmaq yolu, düzgün və sistemli işləməkdən keçir. Artıq şişirdilmiş büdcələr, artım templi bazar demək olar ki, olmayacaq. Kim güclüdür o irəli gedəcək;
  3. İşçilər, iş axtaranlar bilməlidir ki, işə qəbul olmaq üçün xarici dil, kompyuter bilikləri deyil… Sistemli ixtisas biliyi, əzmkarlıq və zəhmətsəvər olmaq lazımdır. Bunu edənlər iş tapacaq və (və ya) karyerada inkişaf edəcək;
  4. Retail şəbəkələr xırda ticarətçiləri məhv edəcək. Bu təbiidir, pərakəndəçilik böyük kapital tələb edən sahədir və xırda bizneslərin burda yeri yoxdur. Xırda biznes niş pərakəndəçiliyə gedə bilər, məsələn German Studio kimi… bu başqa bloq mövzusudur;
  5. Reklamlar… Sadəcə reklam üçün deyil, real effekt üçün veriləcək. Hamı başa düşəcək ki, düzgün reklam ilk əvvəl istehlakçının tanınmasından başlayır. Bu o deməkdir ki, intelektual marketinqə ehtiyyac yaranacaq və s;

Bu siyahınını uzatmaq olar… AMMA lakonik formada deyə bilərəm ki, biznes daha intelektual formada idarəetmə tələb edəcək. Bunun yaxşı və pis tərəfləri var. Yaxşı – bildiyiniz kimi biznes daha intelektual olacaq. Pis – xırda biznesin işləri çətinləşəcək.

Butün hallarda düşünürəm ki, Avropa oyunlarından sonra ölkə biznes mühiti daha sağlam ola bilər. Bu arada, bəlkə bu Avropa oyunlarının faydasıdır, hə?

Həmçinin Avropa oyunların bitməsi, bir çox tənbəllər üçün problemlər yaradacaq. Daha əvvəl hər şey “Olmpiyada bitsin… sonra” deyirdilər. İndi uje sonralarda bitib!) Bu məsələ, həm biznes üçün, həmdə əslində dövlət strukturları üçün keçərlidir. Əzizlərim… dediyiniz Avropa oyunlarıda bitdi və… və biz hər şeyi unudub, qolumuzu çirmələyib işə girişməliyik.

Əziz oxucu, Avropa oyunlarınən nəticələrini gözləməkdənsə, biz o nəticələri özümüz yaratmalıyıq. Bugün ölkəmizdə olan problemlərin bitməsini gözləməkdənsə, özümüz bu problemlərə adaptasiya olunmalıyıq və s.

Tezliklə yeni iqtisadi mühiti düzgün adaptasiya olmaq ümidiylə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close