Kitab oxumaq motivasiya verir

Bir məsələni hiss etmişəm… gündən ən azı yarım saat biznes kitabı oxuduğun zaman, biznesə olan maraq daha çox artır. Düşünürəm ki, bu digər sahələrdədə belədir. Çalışdığın sahə üzrə hansısa ədəbiyyatları izlədiyin zaman istər-istəməz motivasiyan daha yüksək olur. Başqa sözlə desək, kitab oxumanın sehirli gücü var. Daha konkret…

Hər birimizin həyatında pozitiv enerjinin faydasının son dərəcə yüksək olduğu haqda dəyərli bloq oxucuları ilə söhbət etmişdik. Bu yazıda isə, biz motivasiyanın yüksək olması üçün kitab oxumanın son dərəcə vacib olduğunu Sizlərə çatdırmaq istəyirik.

Kitab oxuduğumuz zaman, biz mütləq qaydada düşünməyə, kitab yazılanlarla öz həyatımız barədə analoqiya aparmağa məcbur oluruq. Mən şahmat oynadığım vaxtlarda (12-17 yaş) boş otağa girib arxadan qapını bağladığım günlər yadıma gəlir. Otağın qapısı arxadan bağlayır və 4 saatlıq şahmat-saatını qururdum. Özümə söz vermişdim ki, gün ərzində ən azı 8 saat şahmatla məşğul olmalıyam, bunun birinci dörd saatına səhər, ikinci dörd saatını isə axşama doğru edirdim. Valideynlərim… məni məcbur etmirdi, sadəcə mane olmurdular. Bəs Sizcə 12 yaşlı uşağın qapını arxadan bağlamağa motivasiya etdirən nə edim?!

Kitab, kitab bir daha kitab. Mən o vaxtlar Bobbi Fişerin yaradıcılığına həsr edilmiş kitabı oxuyurdum, son dərəcə güclü həvəs verirdi. Bu kitabla mən daha əzmlə şahmatın üzərində işləyirdim. Fişerdin kitablarından başqa çox sevdiyim növbəti kitab – “Жемчужины шахматного творчество” olub. Burada dünyada olan şahmatçıların avtobiaqrafiyası yazılmışdı. Çox motivə edici kitab edi. Başqa sözlə desək, mən gün ərzində 8 saat şahmatla məşğul olmağımız yeganə səbəbi bu kitabların mənə verdiyi motivasiya edi.

Sizdə sınayın… görəcəksiniz ki, oxuduğunuz kitab Sizi daha çox işləməyə, hansısa bir hədəfə çatmaq üçün əzmkar olmağa motivasiya edəcək. Hədəf sözünə diqqət edin. Çox vacibdir ki, Sizin mütləq hədəfiniz olsun. Düşünürəm ki, kitab oxumaqdan faydalanmaq üçün çox sadə bir alqoritmdən istifadə etmək lazımdır:

  • Yaxın dövr üçün hədəfiniz təyin edilir. Bu hədəf istər biznes hədəfi (məsələn şirkətiniz filan səviyyə gələcək) və ya şəxsi hədəf ola bilər (məsələn, Siz filan şeyə nail olacaqsınız;
  • Təyin edilmiş hədəfə çatmış və ya çatmağa yaxın olan obyekt seçilir (tapılır) və bu obyektin sənin hədəfinə uyğun olması təyin edilir;
  • Bu sahəni təsvir edən kitablar seçilir və oxunur. Məsələn, əgər Sizin hədəfiniz pərakəndə şəbəkə qurmaqdırsa, bu sahədə MediaMarkt, İKEA və ya Wallmart haqqında olan kitabları oxumaq həm praktik bilik, həmdə mükəmməl motivasiya verə bilir (özüm sınamışam, Sizədə tövsiyyə edirəm!).
  • Oxuma prosesi fasiləsiz davam edir.

Əziz oxucu, kitab oxumaq çox vacibdir, amma kitabdan effekt almaq üçün mütləq nə oxuduğunuzu bilmək vacibdir. Bu məsələyə diqqət edin, düşünürəm ki, belə olduğu zaman Siz itirdiyiniz vaxtdan daha çox şey əldə edə biləcəksiniz.

Birdə kitab dediz, yadıma düşdü, bizim kitabı, “360 dərəcədə brendinq” kitabını oxumusunuz?

ƏLAVƏ OXUMAQ ÜÇÜN: