image_pdfimage_print

Əziz oxucu, əlbəttə, Avropa Oyunlarının açılışı bizi bir Azərbaycan vətandaşı olaraq çox sevindirdi… bu əladır. Çox sevindirici haldır ki, vətənimizdə belə gözəl təşkilatçılıqla tədbirlər olur. Bu superdi. Biz bununla göstəririk ki, bizim əlimizdən iş gəlir. Amma mən Avropa Oyunlarının məntiqini başa düşə bilmirəm… Siz bilirsinizsə, xahiş edirəm mənə kömək edin!)

İstənilən proses, ilk olaraq hədəfdən başlayır, elə deyil?! Butün biznes ədəbiyyatları bizi öyrədir ki, hədəf qoyulmadan heç bir prosesi, addımı atma. Niyə?! Çünki hara gedəcəyini bilmirsənsə… çatacağın yeri bəyənməyəcəksən. İndi, əziz oxucu, bizim bu Avropa oyunlarının keçirilməsində…, butün ölkəmizin bir-birinə girməsində hədəf, məqsəd nədir?!

Çalışacam dediklərimə biznes, iqtisadi nöqtəyi nəzərdən yanaşam. Dünyanın biznesin əlində olan siyasətçilər idarəedir. Biz siyasətçiləri görürürk, amma əslində onlarıda biznes idarəedir. Bu baxımdan mən məsələyə, biznes tərəfdən baxacam.

Mən ümumi olaraq bu tədbirin keçirlməsində ölkəmiz üçün 3 əsas fayda hiss edirəm. Demirəm aaa, üç əsas fayda var. Deyirəm ki, 3 əsas fayda ola bilərdi və ya ola bilər. Bunlar hansılardır?!

  1. Biz ölkəmizi dünyaya tanıtmaq istəyirik. Əvvəla qaçaraq deyim ki, biznesdə… tanınma hədəf ola bilməz, çünki tanınma bizim cibimizə bir şey gətirmir. Başqa sözlə desək, biz ölkəmizi dünyaya tanıtmaq yox, ölkəmizi dünyaya hansısa bir imicdə tanıtmalıyıq. Məsələn, turizm ölkəsi kimi… ola bilər və s.
  2. Biz ölkəmizdə infrastruktur qururuq. Həəəə. Ola biləəər. Bəlkədə infrastruktur qurmaq üçün edirik Avropa oyunlarını. Yaxşı. Belə ürəyimdən gəldi deyirəm aaa, Sizcə infrastruktur qurmaq üçün biz mütləq Avropadan adam gətirməliyik və ya… nəysə əvvələ qaçmayın, altda bu haqda yazacam!)
  3. Biz özümüzü, özümüzə göstəririk. Sizə deyim, ən inandırıcı bu gəlir, hələlik. İndi icazə versəniz, keçərdik bu hədəflər barədə danışmağa.

Səbəb #1 –  Ölkəmizi dünyaya tanıtmaq istəyirik. Avropa oyunlarının dünyada və ya heç olmasa Avropa tanınması üçün Avropanın mötəbər xəbər, informasiya portallarının bu istiqamətdə məlumatlar verməsi lazımdır. Bu çox sadə və hamının bildiyi həqiqətdir. Bunun üçün, EuroSport tipində olan kanallar bizim Avropa oyunlarının ciddi şəkildə işıqlandırmalıdır. Axı elə, olmasa bu heç kim üçün maraqlı olmaz, düzdür?! Məsələn, müqayisə üçün deyim Tbilisisə avqust ayında keçiriləcək olan Dünya kubokunun finalına olan maraqla, bizim 17 gün ərzində keçiriləcək Avropa Oyunları arasında fərq dəhşətlidir. Təbii ki, gürculərin xeyrinə. İndidən butün dünya Tbilisiyə diqqətini çevirib, çünki orda həqiqətəndə ciddi idman tədbiri olacaq.

Bəs Baku2015?! Baku 2015… yalnız Baku üçün, maraqlı bir tədbirdir. Mən uşaq vaxtları şahmatla aktiv məşğul olurdum: dünya, avropa çempionatlatında mütamədi olaraq iştirak edirdim. Arada bir bəzi “hörmət” edən ölkələrdə gic-gic yarışlar olurdu… məsələn, 1998-ci ildə Rusiyada Ümumdünya Gənclər Olimpiyadası oldu… nə bilim, İstanbulda Gənc şahmatçıların Olimpiyadası və s. hamısı, pul və diqqət tələsi edi. Özdə İLK və SON olurdu. Bir sözlə… dünyada tanınmaq haqda düşünməyək, çünki bunun üçün heç bir sistemli addım atılmayıb. Əmin olun, özünüz təhlil edin, görəcəksiniz.

Səbəb #2 – ölkəmizdə infrastruktur qururuq. Bu istiqamətin tərəfdarları deyir ki, “17 gün dözün… sonra hamısı bizimdir…” OK. Düzdür. Bizimdir. AMMA və LAKİN. Bir məsələ var. Bəs Sizcə bunlar kimin olmalıdır ki?! Bəs Sizcə bunlar kimin pullarıdır ki?! Məgər Avropa Olimpiya Komitəsi (var belə bir komitə) bizə bu tədbir üçün pul verib?! Yox. Biz özümüz etmişikdə bunu, düzdür?! Bəs onda məqsəd infrastruktur edisə, bundan ötrü mütləq Avropa Oyunları olmalı edi?!

Sizcə bizə stadion lazımdır, ya Bakı kəndlərini su kəməri?! (oxu yollar, oxu internet xətti, oxu məktəblərin kompyuterləşməsi, oxu muasir kitabxanaların qurulması, oxu yanğından mühafizə xidmətinin qurulması, oxu… hələ mən ancaq paytaxtan danışıram aaa, gör bunun reqionları necədir…). Düşünürəm ki, biz çox şeyi bilməsəkdə, bizə nə lazım olduğunu gözəl bilirik və s.

Səbəb #3 – özümüzü, özümüzə göstəririk. Bax burdan… mənlik söz yoxdur. Mən bu sahədə… kompetent deyiləm. Bu biznes, iqtisadi və rasional yanaşma deyil. Bu siyasi yanaşmadır… bizim bloqda heç bir şəkildə siyasi deyil. Mən bu hədəfə komment verməyi biliyim, savadım və dünyü görüşüm çatmır…

Amma “yüngülvari” ağlım və cəsarətim çatır və rahat deyə bilərəm ki, “özünü, özünə göstərən adamların aqibəti yaxşı olmur”.

Çox istəyirəm ki, mənim yazdıqlarım səhv olsun… istəyirəm Sizə yalan deyim…

P.S. Yalan demişkən… mən yalan demədim, Avropa Oyunlarının finalına biletim var edi… AMMA getmədim, çünki başa düşmədim, savadsızlıq belə şeydi… adamın pulu gedir!))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Salam. hormetli İlkin bey. Size yazan İlkin Absəlimovdur. YAzdiqlarınızla 100% raziyam. Sizinle hemfikirəm. Bu infrastruktur neye gore mehz Avropa oyunlarina görə çəkilməli idi… Bunu elə adi vətəndaş üçün etmək olardı. Şəhərin Babək prospektini 3 ay əvvəl düzəltsəydilər inanın ki ən azə 68000 sadə vətəndaş bu hökümətdən yer göy qədər razı qalardı. Nəyimizə lazım idi axı yolları 3 günə düzəldib özümüzü də o yollardan keçməyə qoymurlar. Mən də siyasətə qarışmaq istəmirəm. Amma davamlı iqtisadi inkişaf istiqamətində ölkə büdcəsinin bu qədər talan edilib boş boş şeylərə sərf olunması məni bir iqtisadçı kimi narahat edir. Çünki sərf olunan vəsaitlər şirkət rəhbərlərinin və adi vətəndaşların cərimə, vergi yükü kimi yalançı öhdəlikləri hesabına (şantaj yolu ilə) ödənilib. 8 milyardlıq bir vəsaitlə 240000 tələbəni Avropada oxutdurmaq əvəzinə və Azərbaycanı 4 ildən sonra beyin mərkəzinə çevirmək əvəzinə Avropa olimpiya oyunlarına sərf etdik. Olimpdəki “allahlar” bunu götürməz axı!

    • 4 il sonra neftimiz tukenen de avropa oyunlari bizi xilas edecek deye dusunbler yeqin, savadli kadrlara ehtiyacimiz olmaz deyibler yeqin…

  2. Salam Ilkin məllim mən də sizinlə həmfikirəm. Təəsufki bəzi insanlar bu tədbirin iktisadi yöndən dəyərləndirmir daha çox hissiyatla yanaşırlar belə məsələlərə

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close