image_pdfimage_print

Çox zaman bloqumuza çox saylı yeni biznesə başlayan və ya ümumilikdə orta səviyyəli biznesi olan sahibkarlar tərəfindən reklamın effektivliyi barədə suallar gəlir. Mən bu yazıda istəyirəm ki, son vaxtlar öz biznes təcrübəmdə istifadə etdiyim reklam alətləri barədə söhbət edim.

Yazıya başlamazdan əvvəl qeyd etməliyəm ki, bu dediklərim kiçik və ya orta biznes üçün kəçərlidir. Böyük şirkətlər və transmilli korporasiyalar üçün dediklərim heç bir şəkildə şamil edilmir. Şərti şumda kəsək…

Əziz oxucu, reklam biznesin əsas tərkib hissələrindən biridir. Reklam dediyimiz zaman biz öz məhsulumuzun müştəri tərəfindən alınması üçün aparılan təbliğatların cəmini başa düşürük, yəni bura PR-da aiddir.

Hamımıza məlumdur ki, kiçik və orta biznes üçün xərclənən hər bir manat həyatı əhəmiyyət kəsb edir və edilən səhv şirkət üçün çox baha ola bilər. Bu baxımdan əgər P&G və ya şirkətlərdən Azersunda işləyən marketoloqla, hansısa xırda Azərbaycan şirkətinin marketinq baxışı (yanaşması) fərqlidir və fərqlidə olmalıdır.

Beləliklə ilk əvvəl gəlin, OLMAZlardan başlayaq. Hansı reklam addımları orta və  kiçik biznes üçün yol verilməzdir:

  1. İmic reklamları etmək qəti olmaz. Bəli-bəli kiçik və orta biznes üçün ən düzgün imic reklamı – razı müştərinin öz qonşusuna danışmağıdır. Heç bir şəkildə imic reklamı adı ilə, pulun xərclənməsinə razı olmayın;
  2. Sponsorluq. İstər TV-də, istərsədə hansısa bir tədbirdə sponsorluq fəaliyyətlərindən istifadə etməyin. Bu satışa heç vaxt bir-başa təsir göstərmir, əvəzində… Sizin pulunuzu alır.
  3. Jurnallara reklam verməyin. Qısa və konkret. İnanın, uduzmayacaqsınız. Hətta nə vaxtsa mənə çox sağ ol deyəcəksiniz ki, pulunuzu cibinizdə saxladım!)
  4. Facebook, İnstagram səhfənizi digər adamlara verməyin. Əmin olun, bu fəaliyyəti Sizin işçilərdə edə bilər. Bundan ötrü pul və ya resurs sərf etməyə dəyməz.

İndi keçək olarlara… Əziz oxucu, düşünürəm ki, ən sadə və effektiv reklam müştərinin mağazaya gətirməlidir. Reklamın effekti yalnız o pul (müşəri) qazandırdığı zaman bilinir. Bu baxımdan Sizi aldatmaq istəyən reklamçılara uymayın!)

Kiçik və orta biznes üçün uğurlu reklam kampaniyasının uğur formulu özündə 3 komponentdən ibarətdir. Reklam mütləq:

  1. Maraq yaratmalıdır. Müştəri bizim reklamı görüb (eşidib) maraqlanmalıdır. Bizim təklifimiz onun üçün çox maraqlı olmalıdır.
  2. Qıtlıq hiss edilməlidir. Müştəri bilməlidir ki, onu maraqlandıran təklif ya çox azdır, ya çox tez bitəcək. Mütləq biz ona problem yaratmalıyıq. Belə olduqda bizim təklifimizi reaksiya artacaq.
  3. Hərəkətə çağırmalıdır. Reklam mütləq müştərini nesə etməyə çağırmalıdır. Bunu əlbəttə, butün reklam qanunları deyir… AMMA bu həqiqətdir. Reklama hərəkətə çağırdıqda daha çox effekt verir.

Düşünürəm ki, bu komponentləri özündə birləşdirən reklam mesajları Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində son dərəcə təsirlidir və yaxşı işləyir. Sizdə sınayın… birdə Sizə deyim ki, reklamsız biznes mümkün deyil… alver yoxdur – reklam edin, alver var – reklam edin. Bir sözlə bu xərcləri heç vaxt saxlamayın, məncə!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close