image_pdfimage_print

Dünən Facebook-a “gəzdiyim” vaxt… qarşıma çoxtandı heeeeç yadıma düşməyən, lakin bir vaxtlar favorit kumirlərimdən olan – Andrey Rukavişnikovun profili çıxdı. O anda çox düşündüm, yadıma Baltikanın, Evroset şirkətinin əfsanəvi marketinq direktorunun mənə keçdiyi marketinq dərsləri düşdü… və bu bloqu mənim marketinq karyeramda strateji rol oynayan 2 nəfər, 2 marketinq qurusu barədə yazmaq istəyirəm. Düşünürəm ki, gənc marketoloqlar üçün bu yazı maraqlı ola bilər.

Marketoloq olaraq işləməyin və ya marketinq karyeramda möhkəmləməyim üçün mənə ciddi dəstək və bir növ motivator kimi üç son dərəcə maraqlı və maraqlı olduqları qədərdə bir-birlərindən fərqli adamlar barədə Sizlərə danışmaq istəyirəm. Bu adamların hər biri əslində mənim karyeram böyu müxtəlif məqamlarda “peydə” olublar.

Çoxlarınızın bildiyi kimi mənim professional marketinq karyeram Embawood şirkətindən başlayıb. Yadıma gəlir… mən işə başlayanda şirkət eyni anda 6 nəfəri qəbul etdi. Bu 6 nəfərin hər biri kommersiya blokunda işləmək üçün götürülmüşdü. Bizim “komandadan” bugün Emba-da hələdə qalıb işləyən yalnız bir nəfərdir… Bu bəzilərinizin yaxşı tanıdığı – Cəbrayil Vəliyevdir. Bu 6 nəfərin arasında mənim yaxın dostlarım var. Məsələn, German Studio-dan biznes-partnyorum və dostum Elnur bəydə bu “altılığın” nümayəndəsidir.

Biz o vaxt Embawood gəldiyimiz zaman, şirkətdə nəyin ki, marketinq, ümumiyyətlə sistemli satış kanalları yox edi. Şirkət mebeli, “hara gəldi, bas getdi” metodu ilə satırdı və əlbəttə bu həmin dövr üçün uğurlu edi. O vaxt nəyin ki, Madeyra brendi… ümumiyyətlə Embawood brend olaraq – Masallı mebeli kimi xatırlanırdı. Ümumiyyətlə “brend” sözü şirkətdə yox edi. Reklamda ancaq barterlə verilirdi. Azərbaycan üzrə bir dənədə olsun Embawood loqolu satış nöqtəsi yox edi və s.

Mən, İlkin Manafov isə bu sahədə nəyin ki, təcrübəm var edi… ümumiyyətlə marketinqi yalnız Almaniya və ya Azərbaycanda öyrəndiklərimin əsasında bilirdim. Bu çox az edi. Bu o demək ediki, mən marketinqi ümumiyyətlə bilmirdim və… Və bu mərhələdə mənim köməyimi 2008-ci ildə Rusiyanın ən güclü marketinq direktoru hesab edilən Andrey Rukavişnikov yetişdi. Necə?!

Şirkətdə marketinqlə bağlı çox saylı suallar var edi və təbii olaraq bu suallar haqqında mən maksimum internet vasitəsi ilə məlumatlar toplayırdım. Hiss edirdim ki, toplandıqlarım mənim üçün çoxda faydalı olmur, çünki sırf nəzəri baxışlardır. Bundan sonra mən təsadüfən o vaxtlar yeni başlayan Marketinq One – seminarlarını tapdım. Orda olan spikerləri araşdırdım və Andrey Rukavişnikov öz marketinq karyerası ilə məni valeh etdi. Utanmadım!!! Andrey Rukavişnikovla əlaqəyə girdim, onunla Moskvada görüşdüm və onun dedikləri əsasında Emba-da öz marketinq karyeramı irəlilətməyə başladım. Andrey bu etapda mənə bəzən, özüdə bilmədən, bəzəndə bilərəkdə mənim üçün çox böyük imkanlar yaratdı. O mənə marketinqin praktik tərəflərini göstərdi. Sonradan mən Andrey Rukavişnikovla əməlli-başlı dostluq münasibətimiz oldu…

Andreylə tanış olduqdan sonra mən başa düşdüm ki, İgor Mann, Aleksandr Levitas və ya digər adını təlimçi qoymuşlardan qaçmaq lazımdır. Marketinqi öyrənmək üçün uğurlu marketinq karyerası qurmuş praktik marketoloqları tanımaq şərtdir. Praktik marketoloq hər zaman “təlimçi” marketoloqdan güclü olur.

Şirkətdə artıq №1 marketoloq edim. Şirkətin butün ölkələrdə və kateqoriyalarda marketinq fəaliyyətinə nəzarət edirdim – Marketinq Direktoru vəzifəsində edim və yenədə əlavə gücə ehtiyyac var edi. Bazara ikinci brend salmaq lazım edi, həmçinin ana brend olan Embawood üçün rebrendinq lazım edi. Mənim nə təcrübəm, nə biliyim bu proseslərə aparmağa imkan vermirdi (bu haqda 360 dərəcədə brendinq kitabında ətraflı yazmışıq) … və mənim köməyimi növbəti dahi marketoloq, brend menecmentin qurusu Güvən Borça çıxdı.

Əgər Andrey Rukavişnikova mən özüm çıxmışdımsa… Güvən bəylə tanışlıq bizim Türkiyyə proyektimiz zamanı oldu. Güvən Borça mənə sözün həqiqi mənasında brendinq dərsi verdi. İstər təcrübəsində olan çox saylı brendlərin yaradılması, istərsədə qlobal brend menecment praktikasını mənə “hopuzdurdu”. O vaxt mən gecə-gündüz brend menecment oxuyurdum, çünki gördüyüm iş bir-başa olaraq bu edi. Demək olar ki, eyni zaman kəsiyin ana brend rebrendinq edilməli, Madeyra isə yeni brend kimi bazara təqdim edilməli edi…

Bir tərəfdən Devid Aakerin kitabları, digər tərəfdən Güvən Borçanın canlı praktikası nəticəsində mən bəlkədə həyatımın ən böyük brendinq dərslərini keçirdim. Güvən bəyin komandasının yaratdığı “Mənim brendim” təlimini mən keçirməli edi. Bu təlim Embawood brendi üçün çevirdik və Mersedes Benz brendinin təcrübəsindən bençmarkinq edib son dərəcə təsirli bir daxili brend təlimi yaratdıq. Yeni obrazlı Embawood brendini Güvən bəy necə tanıtmaq lazımdır suallına mükəmməl cavab verdi… məndə öyrəndim.

Əziz oxucu, düşünürəm ki, hər bir menecerin həyatında mütləq və mütləq belə insanlar olmalıdır. Biz bunlarda rəsmən təhsil almalıyıq. Bu çox vacibdir. Çox vacibdir ki, bu insan doğru seçilsin. Məsələn, Andrey Rukavişnikovu marketoloq edən… onun bitirdiyi MBA deyil, məhz Mars LLC şirkətində qazındıqlarıdır və ya Güvən Borçanı marka üzə ekspert edən Colgate olan təcrübədir və s.

Güclü marketoloq olmaq üçün mütləq və mütləq aktivləşmək lazımdır… Sizdə aktiv olun, “təlimçilərə” deyil, praktiklərə inanın. Əmin olun, əgər kimsə özünə təlimçi deyirsə, bilin əlində heçnə gəlmir deyə, təlimlə məşğul olur. Çalışın Sizə bilik verənlər praktiklər olsun, təlimçilər yox. Məncə!)

P.S. Sizə vacib bir şeyi deyim… indi bu mərhələdə mənim öyrəndiyim adamlar var. Bunlar Сергей Галицкий və Михаил Кучмент-di… söz verirəm 1-2 ilə bu haqda yazacam, Qurban Olduğumuz ömür versə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close