image_pdfimage_print

Çox zaman marketoloq olmaq istəyən dostlarımızı uzaqdan müşahidə edirəm və hiss edirəm ki, onlar əslində çox sadə olan bəzi addımları atmırlar. Bir tərəfdən bu məni məyus edir… amma digər tərəfdən məsələyə daha sadə formada baxıram, başa düşürəm ki, onlar bu haqda sadəcə və sadəcə bilmirlər. Beləliklə mən Sizə bu bloq vasitəsi ilə marketoloqun mütləq etməli olduğu TOP 10 addım barədə danışmaq istəyirəm. Başlayaq?!

Başlamazdan əvvəl bir sualla cavab vermək istəyirəm. Hətta bu suala cavab verməyə borcluyam. Orta statistik oxucu olaraq Sizi təxminən belə bir sual düşündürə bilər: “İlkin, sən hardan bilirsən TOP10 marketoloq hərəkəti necə olmalıdır!?”. Cavabım çox sadədir: “Mən bu metodlardan istifadə edib, marketinq-biznes karyerası qururam (qurmağa çalışıram). Necə dəyərlər… aşıq gördüyünü çalar. Bu yazılanların heççç biri qalın kitablardan köçürülməyib!” Keçək əsas məsələyə və vaxtınızı almadan başlayıram sıralamağa…

#10 – Hər sözə inanmayın. Çox zaman bizim ətrafımızda müxtəlif fikirlər səsləndirən adamlar olur. Bizə elə gələ bilər ki, onlar çox düzgün deyirlər… AMMA çox vacibdir ki, marketoloq eşitdiyi və ya gördüyü hər şeyi test etsin. Aşırı inam, bizim sahədə fəlakətlə nəticələnə bilər. Sizə deyilən sözləri və ya edilən təklifləri mütləq “filtdən” keçirin.

#9 – “YOX” deməyi bacarın. Bizə (marketoloqlara) iş fəaliyyətində çox saylı təkliflər olur. Məsələn, müştərilər daim biznesimizi daha yaxşı etmək üçün dəyişmək istəyirlər, təhçizatçılar daim yeniliklər istəyir, rəhbərlik yeni layihələr düşünür… biz marketoloqlar isə daim “YOX” deməyi bacarmalı, bunun üçün gücə və enerjinə sahib olmalıdır. Bunu belə etməsək, biznesimiz və karyeramız parçalana bilər, çünki güclü marketoloq, həmdə məsuliyyətli menecer deməkdir.

#8 – Rəhbərliklə dost olun. Əgər Sizin layihənizi rəhbərlik dəstəkləmirsə… bu bir-başa olaraq Sizin zəif marketoloq olmağınızın göstəricisidir. Marketinqin əlifbası… şirkət rəhbərliyi və şirkət əməkdaşlarının Sizin qəbul etməsindən başlayır.

#7 – Özünüzün marketinqinə fikir verin. Özünün marketinqini edə bilməyən adam, şirkətin marketinqi heç vaxt edə bilməz. Bu baxımdan sektorda tanınmağa, daim yeniliklər etməyə və şəxsi brendinizin güclənmısinə çalışın. Bu proses həm şirkət daxilində (iclaslarda, prezentasiyalarda və s.), həmdə şirkət xaricində (Milli Marketinq Forumunda, FMR TV-ə və s.) yerlərdə aktivliklə ölçülür.

#6 – Prezentasiya etməyi öyrənin. Marketoloqun ən güclü silahı – Pover Point-ir (KeyNote). Bunu bilin və mütləq qaydada gözəl və düzgün nitq qabiliyyəti formalaşdırın… Bunu necə etmək olar?! Çox sadə – hazırlaşın. Öz üzərinizdə çalışın… söz verirəm alınacaq. Çünki, istənilən parlaq ideyanı zəif prezentasiya ilə məhv etmək olar və ya əksinə.

#5 – Həftədə bir gün satış nöqtəsində olun. Bu bir çox gənc marketoloqda ən çatışmayan cəhətdir. Bu adamlar şirkətin necə pul qazandığını bilmir. Məsələn, onlar bilmir ki, hansısa məhsul alınan zaman mağazada satıcı ilı müştəri arasında nə dialoq ola bilər və s. Həftədə ən azı bir gün məhsulunuzun satıldığı yerdə olun, bu Sizə əvəzsiz məlumatlar qazandıracaq.

#4 – Akademik karyeradan qaçın. Xahiş edirəm… xətrinizə dəyməsin və mənə deməyin ki, “Bəs onda niyə özünüz PhD etmisiniz?!” İnanın səmimiyyətimə… akedemik karyera biznesin düşmənidir… Ali məktəblər… nə bilim, adları çətin xarici universitetlərdə təhsillə öyünənlərin marketinq biliyi çox zəif olur. Demirəm, akademik karyera qurmayın, amma birinci praktikanı öyrənin.

P.S. Sizə bir sirr açım. Mənim PhD dissertasiyamın adı bilirsiz nədir?! “Mebel sənayesinin marketinq strateqiyası əsasında inkişafı məsələləri…” mən bu dissertasiyanı yazanda Azərbaycanda mebel marketinqini bilən demək olar ki, yeganə adam edim. Çünki post-sovet ölkələrinin ən böyük mebel şirkətinin marketinq rəhbəri edim, çünki özümün mebel sənayesində mağazalarım var edi, çünki ildə ən azı 3 beynalxalq mebel forumunda olurdum və s. İndi düşünün bu sahədə, dissertasiya yazmaq necə asanddır… və bu dissertasiyanın cəmi 2 ilə bitirdim (müdafiyə etdim). 

#3 – Yekəxana olmayın. Marketoloq ki, xarici dildə bir-az çox danışdı… özünü yekə tutdu və ya qarşında olan adamı savadsızlıqda gunahlandırdı… bilin ki, marketoloq deyil, yekəxanaloqdu. Heç vaxt qarşınızdakıları özünüzdən zəif görməyin, əksinə onlara empatiya ilə baxın. Öyrənin.

#2 – Maliyyəni bilin. Marketoloq maliyyəni bilməyəndə sarı saçlı ağzında saqqız olan, çooox gözəl xanıma bənzəyir – baxırsan.. çox gözəldir, amma danışırsan… çox maraqsızdır!) Maliyyəni bilərək, biz ətrafımızla biznes dilində danışır, büdcələşmə prosesini bilirik, atdığımız addımlara layihə menecmenti kimi yanaşırıq. Belə olduqda, bizim qarşımızda heç kim tab gətirə bilmir, hətta maliyyə meneceridə!)

#1 – Sadə olun. Bunu bilirsizdə…

Hər birinizə güclü marketoloq olmaq arzulayıram. Siz marketoloq olmasınız belə, Sizə marketinq lazımdır!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close