image_pdfimage_print

Biz hesab edirik ki, biznes mütləq qaydada öz sahibkarı tərəfindən idarəedilməlidir. Bu heçdə o demək deyil ki, şirkətdə icraçı direktor və ya CEO olmalı deyil, sadəcə biznesin sahibi mütləq və mütləq öz biznesinin nəzarətini əlində saxlamalıdır. Məcazı dildə desək… “iplər əlində olmalıdır”. Bilirsiz niyə?!

Yazımıza, şəxsiyyətinə çox hörmət etdiyim və mənim üçün əsl biznes və heyat müəllimi olan bir sahibkarın sözləri ilə başlamaq istəyirəm:

İlkin biznes insan kimidir… daim özünə diqqət tələb edir. Əgər sən ondan diqqətini çəksən o səndən küsəcək və sənə pul qazandırmayacaq. Biznesə “sağmar inək” kimidə baxmaq olmaz… daim biznesdən qazandığının müəyyən bir hissəsini biznesə qaytarmalısan… belə olmasa hiss edəcəksən ki, biznes səndən tam qacıb, gedib.

Bu sözləri mən eşidəndə… çox təəcübləndim, amma sonra bunları yaşadıqca, bu sözlərin necə düzgün və dəqiq olduğunu bildim. İcazə verin, Sizə öz qısa biznes karyeramdan qarşılaşdığım hadisələr barədə… məlumat verim.

Birinci hadisə. Deməli… ilk biznes fəaliyyətimə Sumqayıtda mebel mağazasının açılışı ilə başlamışam. Sumqayıtda Qarabağ kino-teatrının yanında təxminən 6 il bundan əvvəl bir mebel mağazası açdıq – Embawood. Şirkətin ilk françayzinqlə işləyən mağazalarından biri edik. O vaxt bu mənim üçün böyük risk edi… heç vaxt bizneslə məşğul olmamışdım (taxıl söhbətini saymasaq) və 6 il bundan əvvəl hər şey yeni sahibkar üçün daha qorxulu edi.

Mağazanın açılmasına pulun harda tapılması… şərikli işin necə qurulması barədə fikirlərimi növbəti bloq posta saxlayaraq, qısadan getmək istəyirəm. Mağaza açıldığı İLK gündən hər şey yaxşı gedirdi və mən bu mağazadan elə ilk vaxtlardan pul qazanmağa başladım. Pul məni çox şirnikləşdirmişdi… həmdə Sizdən nə gizlədim bir-az görməmiş edim. Qazandığım butün pulları öz şəxsi güzəramımın yaxşılaşması xərcləyirdim. O vaxt yeni ev almışdım – mağaza borcları ödədi və evi təmir etdi.

Artıq üç ildi çalışırdı və mən bura heç bir investitsiya qoymadan, yalnız pul götürürdüm. Əlbəttə, biznes məndən küsməyə başlamışdı… satışlar düşürdü. Amma məni yenədə ancaq pul maraqlandırırdı və biznes məni tərk etdi. Necə?! Çox sadə… mağaza işlədən adam, mənim diqqətsizliyimdən istifadə etdi və böyük ziyan vurmaqla məni tərk etdi. Nəticədə mən bu mağazanı başqasına “satdım” və heç bir manatda olsun pul götürmədim. Çünki satışın pullarını mağazanı işlədən “dostumumuzun” ziyanı ancaq bağlayırdı.

İkinci hadisə. Yaxın bir dostumun iki mənfəətlə çalışan mağazası var edi. Bu bizneslər stabil olaraq dostuma gəlir gətirirdi və günlərin bir günündə dostumuzu tanınmış yerli şirkətlərin birinə CEO vəzifəsinə dəvət edirlər. Dostum çox düşündükdən sonra razılaşır, çünki əmək haqqı yüksək olur və s.

Fəaliyyəti başladığı vaxtdan mağazalara baş çəkmir. Günlərin bir günü, dostum statistikaya baxın görür ki, çalışdığı aydan bugünə qədər mağazalar tam zərərlə işləməyə başlayıb. Yəni ilk baxışdan ayda aldığı əlavə 7-8 min… mağazalara böyük zərbə vurub. CEO karyerası inkişaf etsədə, şəxsi biznes üçuruma doğru gedir.

Əziz oxucu, çox zaman “məmur biznesi” adlandırdığımız istənilən bir sahəyə diqqət edin və görəcəksiniz ki, hər şey son dərəcə pisdir. Biznes yox səviyyəsindədir. Məmurlar digər yollarla əldə etdikləri pulları öz bizneslərində itirirlər, çünki biznesin üstündə deyillər, çünki biznes onlardan küsüb!

Düşünürəm ki, güclü biznes qurmaq üçün mütləq və mütləq biznes sahibkar tərəfindən idarəedilməlidir. Ən azından… mən belə görmüşəm və bunun doğru olduğuna inanıram. Necə ki, yad qadın heç vaxt doğma ana ola bilməz, o cümlədən… “müzdlu” menecer şirkət sahibi kimi biznesi başa düşə bilməz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close