image_pdfimage_print

Əziz oxucu, istəyirəm bugün mənim üçün son dərəcə vacib və sevindirici bir hadisə və ya faktı Sizinlə bölüşüm. Düşünürəm ki, bu xəbər Sizi çox sevindirəcək. Bugün bilirsiz nə olub?

Hamınıza məlumdur ki, biz öz bilik və təcrübəmizdə olan hadisələr əsasında ana dilimizdə ilk dəfə “360 dərəcədə brendinq” adlı kitabımızı dərc etdirmişik. İlk olaraq kitabımızın tirajı cəmi 500 ədəd edi. Kitabımız Elm və Təhsil nəşriyyatında dərc edilmişdi. Kitabımızı Milli Marketinq Forumundan sonra kütləvi satışa təqdim etmişdik və bugün vaxtım olduğundan kitab mağazalarını gəzmək və kitab haqqında satıcıların fikirlərini öyrənmək istədim. Nəticələr məni çooox sevindirdi. Beləliklə:

  • Ali&Nino və Akadem Kitab kitab şəbəkəsində “360 dərəcədə brendinq” kitabı bugünə qədər ən çox satılan biznes ədəbiyyat olub. Yalnız Azərbaycan dilində deyil… rus və türk dilində olan ədəbiyyatlar daxil olmaqla. Nəzərə alsaq ki, kitablar “polkalarda” daim “yox” satıb… yəni, biz yetərində kitabla mağazaları operativ təmin edə bilmirik… bu məni çox sevindirir. (təəsüf ki, rəqəmlərə açıq deyə bilmirəm, çünki digər şəbəkələrin biznesidir…);
  • Yalnız mənim özümə… sırf mənə yazan dostları, kitabımız olan adamlara yönəltməklə 52 kitab satışı həyata keçirilib. Burada heç bir reklam olmayıb. Sadəcə mənə yazıblar, məndə yazmışam kitab istəyirsinizsə ya mağazalardan alın… orda yoxdursa, filankəs xanım (Gunel, Yeganə, Aytən xanımlar) və ya filankəs bəyə (Tərlan, Vaqif) müraciyyət edin. Ediblər və nəticədə 52 kitab satılıb!!!
  • Milli Marketinq forumunda “360 dərəcədə brendinq” kitabımız, kitabınız 142 nəfərə satılıb (və ya hədiyyə edilib). Bu super nəticədədir.

Butün bunlarla yanaşı mən Statistika bir yana, kitab mağazalarında olan satıcıların… “İlkin Manafov kitabları hamı soruşur… amma mağazalarda çox az olur. Bunu niyə görəsən çox gətirmirlər…” deməsi, məni çox sevindirdi. Bu o demək ediki, bizim kitabımızı həqəqətəndə oxuyurlar və alırlar. Axı satıcılar bilmirlərdi ki, mən – İlkin Manafovam. Məndə bilmirdim ki, “Bizdə kitab oxuyan yoxdur…” deyilən ölkədə biznes ədəbiyyata belə maraq olar. Bu məni çox sevindirir… Deməli bizim kitab həqiqətəndə yaxşıdır, hə?!)

Bizim kitabımız özündə 10 fəsli birləşdirir. Çox sevindirici haldır ki, satıcılar belə kitabı oxumuş və ya ən azı vərəqləmiş vəziyyətdə edilər. Bizim kitabın çoxlu adamlar tərəfində soruşulması mənim üçün son dərəcə böyük motivasiya edi… AMMA biz hələdə kitabı, ruslar kimi nəyin ki, oxuya… satada bilmirik. Kitab mağazalarımızda böyük merçandayzinq problemləri var.

  1. “360 dərəcədə brendinq” kitabı… bəzi mağazalarda ümumiyyətlə biznes ədəbiyyatları sirasında deyildi… yəni kitabı tanımayan adamın bunu alması demək olar ki, mümkün deyil.
  2. Bəzi mağazalarda ümumiyyətlə elementar merçandayzinq mövzudluğu barədə xəbərsiz edilər. Çox maraqlı məqam budur ki, onlar heç bilmirdilər bu edilsə, satışlar artar!)
  3. Mən deyəndə ki, “gəlin birlikdə kitab satışını artıraq…” onlar elə bilirlər ki, heç bir problem yoxdur.

Maraqlı və problemli məqam budur ki, biz hamımız kor-təbii şəkildə inanırıq ki, bizim millət kitab oxumur. Amma biz kitab oxutmaq üçün nə edirik?! Ana dilimizdə ciddi biznes təcrübəsi olan nəçə nəfər kitab yazıb?! Yaxşı ana dilimizdə olmasın, rus dilində olan kitabların satılması, həvəsləndirilməsi üçün nə edirik?!

Mən tezliklə ölkəmizdə kitab satışı, kitablar evləri barədə düşündüklərimi və gördüklərimi Sizinlə paylaşacam… sadəcə indidən deyim ki, bu işi biznes məntiqi ilə görən yeganə kitab satışı Ali Nino şəbəkəsidir. Kitab satışına əsl biznes kimi baxırlar. Düşünürəm ki, doğru edirlər!

Düşünürəm ki, hər birimiz Azərbaycanda kitabın oxunması və ya kitab satılması üçün mütləq çalışmalıyıq. Bunun üçün ana dilimizdə keyfiyyətli və maraqlı kontet yaratmaq və mütləq bu kontentə pul vermək, kitab almaq lazımdır. Tam ciddi deyirəm. Əgər biz Azərbaycanda marketinqin inkişafını, ana dilimizdə biznes ədəbiyyatların çoxalmasını istəyiriksə, sadəcə belə kitablar almaq lazımdır. Almaq və oxumaq.

Hiss edirəm ki, daha əvvəl məndən kitabı hədiyyə götürmək istəyən dostlarımızın demək olar ki, hamısı… hədiyyə istəmir, sadəcə kitabımızı pulla əldə edir. Bu çox yaxşı və düzgün adətdir.

P.S. Kitab çıxmamışdan 1-2 nəfər yaxın dosta, kitab söz vermişəm… indi kitab bitib… bilmirəm necə edim?! Necə edəcəm, yenidən daha kütləvi formada kitabımızı dərc etdirəcəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close