Monthly Archives İyul 2015

Bugün dostlarımızla söhbət zamanı ölkədə olan problemli kreditlər barədə söhbət açdıq… gördüyüm işlərin içərisində kreditli satış vacib əhəmiyyət kəsb etdiyindən məndə qismən (və ya bir başa)  bu proseslərdən xəbərdaram. Ölkəmiz problemli kreditlərdə həqiqətəndə “liderdir” desək… həgin ki, səhv etmiş olmarıq. Bəzi qeyri-rəsmi məlumatlara görə ölkə əhalisinin bir nəfərinə düşən kredit 1,3 təşkil edir. Yəni ölkə əhalisinin hamısı artıqlaması ilə kreditə “düşüb”. Bunun səbəbləri Sizcə nədir?

Çox zaman mən yazılarımda kitabda yazılanların real bizneslə tam üst-üstə düşmədiyini deyirəm. Bu həqiqətəndə belədir, çünki adətən biznes kitabları ya bir vaxtlar bizneslə aktiv məşğul olmuş adamlar (məsələn, şirkət rəhbərləri və s.) ya da ümumiyyətlə bizneslə heç bir əlaqəsi olmayan adamlar tərəfindən yazılır. Hər iki kütlə biznes real biznes haqqında danışması real deyil. Amma bu heç də o demək deyil ki, kitab oxumaq ziyandır və ya faydası yoxdur. Kitab oxumaq marketoloq, bizneslə məşğul olanlar üçün həyatı vacibdir. Bilirsiz niyə?

Son vaxtlar bu bloq – www.ilkinmanafov.com bloqu artıq İlkin Manafovun özü üçündə köməklik edir. Biilirsiz necə? Çox sadə, mən keçmişdə yazdığım bloq postları oxuyaraq o vaxt olan, düşüncələrimi, fikirlərimi aydın şəkildə izləyə bilirəm. Bu çox yaxşıdır. Məsələn, mən 2013-cu ilin yanvar ayında yazdıqlarımı oxuyaraq həmin dövrlərdə nə düşündüyümü aydın şəkildə sezə bilirəm. Həmçinin mənim ildə bir dəfə standart olaraq yazdığım bloq postlar olur ki, burdada bəzi düşüncələrimi 0xuyaraq aydın sezirəm. Düşünürəm ki, indi Sizinlə paylaşacağım bloq postda belələrindən olacaq. Beləliklə mənim qızıl 10luğum hal-hazırda nədir?

Əziz oxucu, çoxlarımızın standart kimi qəbul etdiyimiz bir çox məsələlər var. Biz bu tip məsələlərin, düzgün olub-olmamasını təhlil etmirik… sadəcə qərar veririk – bu bəlidir. Lakin unutmaq olmaz ki, həyatda baş verən bir çox yeniliklər məhz hamının əmin olduğu məsələlərə fərqli baxış bucağının göstərilməsindən keçir. Başqa sözlə desək, uğur qazanmaq üçün biz standart məsələlərə fərqli yanaşmalıyıq. Məsələn?!

Əziz oxucu, bugünlərdə “yayın” bizə verdiyi imkanlardan istifadə etdiyim üçün bloqda Sizinlə söhbət edə bilmirdim… Sizi bilmirəm, amma mən çox darıxmışam. Çox sentimental söhbətlərə qapılmadan ağlımda olan bir neçə mövzu barədə fikirlərimi paylaşmaq istəyirəm. Mən bilirəm ki, hər bir valideyn öz övladının gələcəyi, ona lazımı savad vermək barədə düşünür. Bu çox təbiidir. Savad dediyimiz zaman, biz onların xarici dil, kompyuter, məntiq, ümumi dünya görüş kimi bilikləri aiddir. AMMA çox az adam… öz övladına maliyyə savadı vermək barədə düşünür. İstəyirəm bu yazıda uşaqlara maliyyə savadının vacibliyi barədə danışım.

Əziz oxucu, 12 ayın sultanı, insanlığın, mərhəmətin və əlbəttə ki, ədalətin simvolu hesab edilən Ramazan ayı, Orucluq Bayramı münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Mənim dini savadım yoxdur, amma istəyirəm bu əziz gündə Sizə son dərəcə vacib hesab etdiyim bir-iki kəlməni deyim.

Əzizim Rafiq! Bu məktubu mən yazmazdım, amma nə gizlədim Aysel xanım, məni vadar elədi, onun sözündən çıxa bilmədim. Bilirsən mən Ayselin xətrini çox istəyirəm, Aysel dedi ki, Rafiq müəllimin Doğum Gününə surpriz edirik, mütləq nesə yazmalısız, məndə düşündüm əgər nə yazacağını (deyəcəyini) bilmirsənsə ən düzgünü, doğrunu demək lazımdır. Beləliklə, doğrular barədə sənə açıq məktub yazıram! Səninlə tanışlıq 2012-ci ildə olub,…

Əziz oxucu, bu bloq post ilə biz, Sizinlə artıq 700-cü dəfə bloq postla görüşürük. Bəli, bəli Sİzin oxuduğunuz bloq ana dilimizdə ən böyük kontenti olan, ən informativ biznes bloqdur. Mən bu yazıda Sizə daha əvvəl heç vaxt danışmadığım və bizim bloqumuzun inkişafı, hazırlanması, yazılması üçün son dərəcə vacib olan məlumatları paylaşacam. Amma bu məlumatları Sizə verməzdən əvvəl, Sizə… çox üzr istəyirəm, amma bu dəfə mən “sən” keçmək istəyirəm, SƏNƏ, əziz oxucu – Cox Sağ ol! demək istəyirəm. Bu bloq qətiyyən İlkin Manafovun deyil, bu bloq məhz sənin bloqundur. Bilirsən niyə?

Bugün son dərəcə maraqlı, amma maraqlı olduğu qədərdə “ağrılı” bir hadisənin şahidi olmuşam. Novxanı Aquapark-da olan biyabırçı xidmət, ölkəmizdə aparılan makro-iqtisadi addımların bəzi “keyfiyyətsiz” sahibkarlar tərəfindən necə yerə salındığını, Azərbaycanımızda daxili turizmin niyə bərbad vəziyyətdə olmasını hiss etdim. Problemlər heç bir şəkildə bəzi instansiyaların vəzifələrini səhv icra etməsindən deyil (hansıkı buda səbəbdir), problem, məhz yerli sahibkarların biznesə savadsız yanaşmasındadır. Əziz oxucu, yazıb burdan proqnoz verirəm… əgər Novxanı Aquapark-də təcili islahatlar olması bu biznes tezliklə iflas olacaq. Bilirsiz niyə?!

Dünən Marketinq Azərbaycan Qrupu illər boyu yaratdığı ənənəyə sadiq qalaraq Marketoloqların iftar görüşünü etdi. Görüşdə marketoloqlar səmimi ortamda söhbətlər etdilər, danışdılar, birlikdə iftar etdilər və ən əsası biz bir daha sübüt edə bildikdə, marketoloqların ən böyük gücü – birlikdədir. Bəs Sizcə necə olur ki, biz artıq 6-cı dəfə Marketinq AİR tədbirləri edə bilirik, Milli Marketinq Forumu üçüncü ildir ki, keçirilir və ya Facemark.az (tv) birinci gün olduğundan dahada sistemli formada marketinq kontenti yaradır və s. Əzizlərim mən bu yazıda Sizlərə bu aktivliklərin əsas uğur səbəbini açıqlamaq istəyirəm. Necə olur ki, biz bu aktivlikləri edə bilirik?

Çox zaman biznesdə bugün bizim üçün vacib məsələnin həllində, sabah ola biləcək problemlər barədədə düşünürük. Məsələn, “filan şey etsəm, birdən bu problem çıxar”, “bunu etsək, gələcəkdə bu olar”, “görəsən bazar 3 ildən sonra hara gedəcək” və s. suallar verirsiniz. Mən düşünürəm ki, gələcək problemləri düşünmək, kiçik və orta biznes üçün son dərəcə lazımsızdır. Hətta məhz belə düşüncələr bizi bizneslə məşğul olmaqdan qorxuzur. Bilirsiz niyə?

Bugün çox maraqlı, amma maraqlı olduğu qədərdə ibratəmiz bir hadisə ilə rastlaşmışam, istəyirəm bu barədə Sizinlə danışaq. Hüsu Haciyevdə yerləşən şahmat məktəbinə getmişdim və gördüklərim bu yazını yazmağa məni vadar etdi.

12
Close