image_pdfimage_print

Əziz oxucu, çoxlarımızın standart kimi qəbul etdiyimiz bir çox məsələlər var. Biz bu tip məsələlərin, düzgün olub-olmamasını təhlil etmirik… sadəcə qərar veririk – bu bəlidir. Lakin unutmaq olmaz ki, həyatda baş verən bir çox yeniliklər məhz hamının əmin olduğu məsələlərə fərqli baxış bucağının göstərilməsindən keçir. Başqa sözlə desək, uğur qazanmaq üçün biz standart məsələlərə fərqli yanaşmalıyıq. Məsələn?!

Mən misallarımızı biznesdə çəkəcəm… amma əminəm ki, eyni şey istənilən digər sahədə (müəllim, həkim, mühəndis və s.) tapmaq olar.

Misal 1. Çoxlarımız kiminsə CV-sində 10 il, bəzən 15, 20 il hansısa bir sahədə işləməsinə böyük önəm veririk. Biz düşünürük ki, xaricdə hansısa bir şirkətdə böyük iş təcrübəsi olan adam yüksək biliyə malikdir.

Əslində isə, hansısa bir vəzifədə 3-4 ildən çox işləmək ekspertin necə statik karyeraya sahib olduğunun göstəricisidir. CV-də hansısa bir şirkətdə eyni post üzrə kimsə 5 il işləyibsə, bilin ki, o sadəcə 2 il işləyib, yerdə qalan 3 ili isə, sadəcə dincəlib. Nümunə kimi, qlobal şirkətlərdə olan kadr və ya işçi rotasiyasına fikir verin, görəcəksiniz ki, bir işçi yalnız 2-3 il eyni yerdə çalışır. Sonra mütləq yer dəyişməsi baş verir. Səbəb çox sadədir, işçilərə statiklik öyrətmək olmaz.

Misal 2. Bəzən bizə elə gəlir ki, hansısa xarici biznes (marketinq) ədəbiyyatında olan məsələ, Azərbaycandada keçərlidir və ya əgər kiabda belədirsə deməli mütləq bizdə belə etməliyik.

Əslində isə, biznes ədəbiyyatlar ən yaxşı halda hansısa bir şirkətin (fərdin) biznesdə etdiklərinin doğru təsviri ola bilir. Əksər hallarda isə, biznes kitablarında olanlar ya şişirdilmiş, ya da sifarişlə yazılanlar olur. Məsələn, Devid Aakerin, Filip Kotlerin brendinq, marketinq kitablarında yazdıqlarının böyük əksəriyyəti tam sifarişlə olur. Orda olan keyslər isə, həmin şirkətlərdə çalışan marketoloqların öz karyeralarını möhkəmlətmək üçün xərclədikləri pullar hesabına yazılır. Həqiqi işləyən metodlar çox nadir hallarda kitablarda olur.

Misal 3. Biznesi genişləndirmək üçün kredit, investorlar çox vacibdir. Hətta belə bir fikir var ki, inkişaf edən biznesin borcları çox olmalıdır. Borc biznesin düzgün idarəedildiyinin göstəricisidir və s. Belə düşünmək olar ki, biznesmenin borcu olar.

Əslində isə, kreditlə qurulan bizneslərdə sahibkarlar tezliklə biznesin kölgəsinə çevrilə bilər (çevrilir). Bunun səbəbi çox sadədir, kredit sahibkarı daim kreditor qarşısında hesabat verəcək vəziyyətə gətirib çıxarır. Beləliklə işlər tormuzlanır. Sahibkar biznesinin düzgün idarəedilməsi yerinə nəğd pul axtarmaq, kreditlərin qaytarılması barədə düşünür. Neticədə biznesin borcları yaranır və bu borcları sahibkarı nefəs almağa imkan vermir. Biznes daha pis idarə edilir.

Misaı 4. Reklam etmədən biznesi aparmaq mümkün olmur. Belə təsəvvür yaranır ki, guya reklam biznes üçün deyil, biznes reklam üçündür. Sahibkar mütləq reklam fəaliyyətinə pul xərcləməlidir. Belə olmasa iş getməz və s.

Əslində isə, reklam biznesin əsas hissəsi olsada yalnız və yalnız taktiki xarakter daşıyır. Reklam heç vaxt biznesdə əsas fəaliyyət olmayıb, olada bilməz. Əgər P&G vaxtında İvory sabunu üçün xüsusi resept tapmasaydı, “sabun köpüyü” adlanrılan reklamlardan istifadə etməzdi və s. Reklam vacibdir, amma reklam biznesə xidmət etmək üçün bir vasitədir. Bu vasitədən istifadə edib, etməmək haqqında qərarı isə bazar və sahibkarın fantaziyası verir.

Əziz oxucu, düşünürəm ki, həyatımızda olan bir çox şeylərə… standart yanaşmalarla yanaşı, “əslində isə…” baxışıda sərgiləmək lazımdır. Bu bizim üçün vacibdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close