image_pdfimage_print

Əziz oxucu, bu bloq post ilə biz, Sizinlə artıq 700-cü dəfə bloq postla görüşürük. Bəli, bəli Sİzin oxuduğunuz bloq ana dilimizdə ən böyük kontenti olan, ən informativ biznes bloqdur. Mən bu yazıda Sizə daha əvvəl heç vaxt danışmadığım və bizim bloqumuzun inkişafı, hazırlanması, yazılması üçün son dərəcə vacib olan məlumatları paylaşacam. Amma bu məlumatları Sizə verməzdən əvvəl, Sizə… çox üzr istəyirəm, amma bu dəfə mən “sən” keçmək istəyirəm, SƏNƏ, əziz oxucu – Cox Sağ ol! demək istəyirəm. Bu bloq qətiyyən İlkin Manafovun deyil, bu bloq məhz sənin bloqundur. Bilirsən niyə?

  • çünki, mən bloqu bu qədər həvəsli yaza bilməzdim… əgər sən, bloqu oxumasaydın. Əmin ol, bu bloqun hazırlanması üçün biz böyük əziyyət çəkirik… AMMA bu sırf sənin bloqa olan diqqətinə görədir. Sən bu bloqu oxumasan… bizim bloq olmaz!
  • çünki, sən bizim bloqda olan məlumatların səmimiliyinə inanırsan. Mən bloqu yazmaq üçün hər gün nesə məlumatlar əldə edirəm, öz şəxsi biznes təcrübəmi, heçnədən utanmadan. heçnədən çəkinmədən səninlə bölüşürəm. Bilirsiz niyə?! Çünki, sən mənimlə səmimisən. Səmimi olmasaydın, bloqumuz olmazdı;
  • çünki, bu bloqu sən oxuyursan və oxuduqlarını tətbiq edirsən. Ciddi deyirəm, elə bilirsən bilmirəm… mənə yazılanlardan, mənə deyilənlərdən bilirəm ki, sən bu yalnız oxumursan, həmdə bu bloqdan nesə götürüm tətbig edirsən. Bu superdi. Bu o deməkdir, sən məni dinləyirsən! Dinləməsəydin… bu bloq olmazdı;
  • çünki, sən bu bloqu tövsiyyə edirsən. Mənim üçün çox xoşdur ki, sən bizim bloqu nümünə kimi, öz dostlarına göstərirsən. Həmdə… nə gizlədim, bəzən öz fikirlərimizi Sənin tərəfindən deyildiyini görəndə çox sevinirəm. Bu olmasaydı bloqumuz olmazdı.
  • çünki, çünki, çünki… +çünki – sənə sağ ol düşür!!!

Bu yazını yaza-yaza bloq yarandığı vaxtlar yadıma düşür… Sizə bir sirr açım – mən bugün bloqumuzu o qədər çox sevirəm ki, bloq fəaliyyətini öz işimin tərkib hissəsi kimi hesab edirəm. Bloq yaza-yaza mən istirahət edirəm, çox ümid edirəm ki, Sizdə oxuyanda istirahət edirsən, hə?)

Siz bilirsiz mənim xüsusi bloq qaydalarım var. İstəyirsiz bəzilərini açıqlayım, isyəyirsiz?

  1. Həftədə ən azı 3 dəfə yazıram. Mən çalışıram ki, bloqumuz daim yeniliklərlə dolu olsun. Bu mağaza kimidir, mağazada vitrin tez-tez yenilənməlidir ki, müştəriyə xoş gəlsin, eləcədə bloqun ən bötük gücü kontentin tez-tez yenilənməsidir. Biz buna ciddi raiyyət edirik.
  2. Açar sözlərin üzərində ciddi işləyirəm. Muasir dövrdə hər bir sayt mütləq “google” müəllimlə dost olmalıdır. Bizdə dost olmaq üçün açar sözlərdən istifadə edirik. Amma bu azdır… biz açar sözləri “ssilka” ilə veririk. Bizim bloqda marketinq, brendinq, İlkin Manafov, İlkin Manafov bloqu və s. sözlər daim “tag” edilir. Belə olanda “google” elə bilir ki, bizim bloqu çoxlu istinad var… buna görədə o bizi önə çəkir.
  3. Öz mövqeyimi gözləyirəm. Subyektivlik sözündən çox adam qorxur… amma biz ürəklə deyirik ki, bizim sayt İlkin Manafovun obyektiv hesab etdiyi, subyektiv fikirlərin cəmidir. Gizlətmirik… biz deyirik ki, MBA boş şeydir, biz deyirik ki, Azərbaycanda internet Start Up boş şeydir, biz deyirik ki, Avropa Oyunları lazımsızdır və s.
  4. Kopyalamıram, öz bildiklərimi yazıram. Bu bizim qızıl qaydamızdır. Kimdənsə oğramırıq, çalışırıq bloqda yaşadıqlarımızı yazaq, həmçinin oxuduqlarımız və öyrəndiklərimizi Sizə yazırıq ki, sonra problem olmasın!)
  5. Pozitiv baxıram. Bugün ölkəmizdə böhran var… düzdür. Amma bu o demək deyil ki, biznes yoxdur və ya yeni biznes açmaq səhvdir. Böhran yeni bizneslərin yaranması, kimlərinsə inkişaf etməsi mükəmməl vaxtdır. Diqqət edin, ən güclü şirkətlər məhz böhranda gücləndilər.

Əziz dostum, əziz oxucu, bizim bloqumuzda yazılan hər biri yazıya biz ürəyimizi, hisslərimizi və əlbəttə biliklərimizi tökürük. Məhz belə yazılan yazılar, bu bloqu mənim deyil, bizim edir. Əmin olun, Sizə daha çox fayda vermək, daha çox məlumat vermək üçün əlimizdən gələni edirik.

360 dərəcə brendinq kitabı məhz Sizin bugün oxuduğunuz bloqun bir məhsuludur. Düşünürəm ki, tezliklə biz bu istiqamətdə daha çox məhsullar çıxara biləcəyik… AMMA bunun üçün sənin bizim bloqumuzu oxumağın lazımdır. Xahiş edirəm, imkan olduqca bloqumuzu oxuyun, söz verirəm, maraqlı olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close