image_pdfimage_print

Dünən Marketinq Azərbaycan Qrupu illər boyu yaratdığı ənənəyə sadiq qalaraq Marketoloqların iftar görüşünü etdi. Görüşdə marketoloqlar səmimi ortamda söhbətlər etdilər, danışdılar, birlikdə iftar etdilər və ən əsası biz bir daha sübüt edə bildikdə, marketoloqların ən böyük gücü – birlikdədir. Bəs Sizcə necə olur ki, biz artıq 6-cı dəfə Marketinq AİR tədbirləri edə bilirik, Milli Marketinq Forumu üçüncü ildir ki, keçirilir və ya Facemark.az (tv) birinci gün olduğundan dahada sistemli formada marketinq kontenti yaradır və s. Əzizlərim mən bu yazıda Sizlərə bu aktivliklərin əsas uğur səbəbini açıqlamaq istəyirəm. Necə olur ki, biz bu aktivlikləri edə bilirik?

İlk əvvəl qeyd etməliyəm ki, bizim etdiyimiz aktivliklərin heç biri kommersiya məqsədi güdmür. Məsələn, biz 3 ildir ölkənin ilk və hələlik yeganə olan praktik marketinq təlimlərini edirik. İki ay ərzində keçirilən seminara biz cəmi-cümlətəni 150-180 manat ödəniş məbləği qoyuruq. Bu heç bir şəkildə Marketinq AİR təsisçiləri olan Anar, Rafiq və ya mənim üçün qazanc yeri deyil, biz sadəcə istəyirik ki, daha çox marketoloqu “AİR”çi edə bilək. Bununla biz marketinqdən qazandıqlarımız pulları geriyə marketinqə qoyuruq. Biz çox istəyirik ki, ölkəmizdə marketinq daha çox inkişaf etsin, bu ölkəmizin gələcəyi üçün həyatı əhəmiyyət daşıyır. Marketinq AİR demişkən… artıq oktyabr ayından Marketinq AİR təlimləri Yenidən Yeni formada başlayır. Artıq yeddinci dəfə… Ardıcıllıq Marketinq AİR əsas güclərindən ola bilər, görəsən?

Əziz oxucu, biz Milli Marketinq Forumunu etdiyimiz birinci il, çoooxlu adamlar bunu tənqid edirdi. Onlar deyirdilər ki, Forumda spikerlər öz şirkətlərini reklam edirlər, onlar deyirdilər ki, biz Forum zamanı texniki qüsürları aradan qaldıra bilmirik, biz Forumu daha maraqlı təşkil edə bilərdik və s. Təbii ki, bu tənqidləri bizi heç bir şəkildə həvəsdə salmırdı və biz ardıcıl şəkildə öz üzərimizdə, Milli Marketinq Forumunun daha yaxşı olması istiqamətində çalışırdıq… nəticədə 2015-ci ildə digər keçirdiyimiz Forumlarla müqayisədə daha keyiyyətli və sistemli Forum keçirə bildik. Biz öz istək və arzularımızda ardıcıl edik. Biz ardıcıl şəkildə 2014-ci ildə olan Forumu, 2013-ən, 2015-isə , 2014-cü ildə olan forumdan yaxşı etdik. Nəticə göz qabağındadır, bugün Marketinq yeganə peşədir ki, artıq üçüncü il, öz Milli Forumunu edir.

Sizin oxuduğunuz bloq, bugün ana dilimizdə ən çox yazısı olan, populyar bloqdur. Amma mənim yadıma düşür vaxt var edi, bizim bloqda cəmi-cümləyəni 6 yazı var edi. Biz ardıcıl şəkildə bloqumuzun üzərində işlədik və bugün bloqumuzda 700-ə qədər yazı var. Bizim bloqda bir yazının ortalama oxunma sayı 500 keçir. Bu heç bir şəkildə birdən-birə olmayıb… bunun üçün biz gecə-gündüz, yorğun vaxtlarda oturub ardıcıl şəkildə bloqumuzun üzərində işləmişik. Düşünürük ki, zəhmətimiz bu bloqa dəyir, hə? Biz bu üç il ərzində bloq yazdığımız vaxt… 10larla adamlar bloq açıblar, amma heç biri bizim qədər ardıcıl ola bilməyib. Bəlkə buna görə bizim bloq ölkənin biznes-elitası tərəfindən bir mənalə şəkildə qəbul edilir. Siz necə düşünürsüz?) Ardıcıl şəkildə nəyinsə üzərində işləyəndə, deyəsən effekt olur.

Əziz oxucu, ardıcıllıq prinsipi biznesdədə çox vacibdir. Geriyə durmaq, təslim olmaq hər zaman tezdir. Əlbəttə, bu o demək deyil ki, ziyanın yarısından dönmək, xeyr deyil. Sadəcə biz hamımız başa düşməliyik ki, hədəflədiyimiz məqsədə çatmaq üçün ardıcıl şəkildə hərəkət etmək lazımdır. Yalnız bu zaman, xeyallar gerçək ola bilir. Bizim fikrimizcə.

Bizim yazdığımız və bugün Bakımızda ən çox satılan biznes ədəbiyyatı – 360 dərəcədə brendinq kitabıda bir başa olaraq, konkret hədəfin üzərində ardıcıl olaraq işləməyin nəticəsidir. Bugün kitab mağazalarından zəng edib təkidlə məndən əlavə kitablar istəməkləri bizi çox sevindirir və ardıcıllığın gücünü bir daha sübüt edir.

Məsələn, biz artıq dördüncü ildir ki, ardıcıl şəkildə German Studio brendinin üzərində çalışırıq. Ardıcıllıq və səbr bəzən insana böyük uğur, xeyr gətirə bilir. Əsasənda biznesdə. Diqqət edin, o şirkətlər ki, böhran dövründə biznes profil dəyişir və ya əsas istiqamətlərindən kənarlaşırlar, çox zaman uğursuz olurlar. Dünyada lider olan şirkətlərə diqqət edin… Və görəcəksiniz qlobal biznes bir mənalı şəkildə bu şirkətlərin ardıcıl inkişafının şahidi olacaq. Procter and Gamble, Coca-Cola, Heineken və ya digər… hər birincə öz ana strateqiyalarını necə ardıcıl şəkildə riayyət etdiyini görəcəksiniz.

Düşünürəm ki, siyasətdə olduğu kimi, gündəlik həyatımızdada ardıcıllıq əsas prinsip kimi, bizim daim müşahidə etməlidir. Sizə isə, əziz oxucu, mütləq qaydada gördüyünüz butün işlərdə ardıcıl və davamlı olmağınızı tövsiyyə edirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close