image_pdfimage_print

Bugün dostumuz Rafiq Vəliyevin (Hünaltayın) yazdığı bloq, əslində məni çox düşündürdü… Sizində bildiyiniz kimi, insan çətin vəziyyətdə olanda, nə dəyəcəyini bilməyəndə düzünü deməlidir. Beləliklə mən bu yazıda məni illərdir düşündürən bir suala… “Bəlkə, mən nəyisə düz etmirəm? Bəlkə mən nələrisə səhv edirəm? Bəlkə bugünə qədər düz bildiklərim, elə səhvdir?” cabab verəcəm. Bu yazını oxuyub, konfidensial saxlayacayağınıza söz verirsinizsə… başlayaq.

İlk əvvəl deyim ki, təxminən bir ay bundan əvvəl Rafiq və Anar (Anar Bayramov) müəllimlərlə oturub söhbət edirdik. Müzakirələr zamanı… Rafiq: “Bəlkə biz düz eləmirik?” deyə sual verdi… və bu mükəmməl bloq mövzusu kimi gündəmə gəldi. Rafiq müəllimlə dəvət üçün çox sağ ol deyərək əsas məsələyə keçmək istəyirəm.

Mən, bu yazıda “Bəlkə biz düz eləmirik” suallına 2 fərqli prizmadan yanaşmaq istəyirəm:

  1. Bəlkə mən biznesdə düz eləmirəm…
  2. Bəlkə mən maarifləndirici fəaliyyətdə düz etmirəm… növbə-növbə hər istiqamətdən söhbət edəcəm.

Bəlkə mən düz eləmirəm – BİZNES üçün… Düşünürəm ki, bizim həyatımız daim, alternativlərlə, müxtəlif istiqamətlərə gedə bilmə şansı ilə doludur. Biz əslində hər gün seçim etməliyik və bu seçimlər bizim həyatda nəyisə “düz” və ya “səhv” etmə ehtimalımızı artırır. Yalnız ölü insan, səhv etməyə bilər. Səhvsizlik, fəaliyyətsizlik sözünün sinonimidir. Buna baxmayaraq bizim fəaliyyətimizdədə… “Bəlkə… biz səhv edirik” dediyimiz vaxtlar olur.

  • Mən təxminən 3 ildir, tam olaraq şəxsi bizneslə məşğul oluram. Ümumi olaraq biznes fəaliyyətim (sahibkarlıq) 6 ildir gedir, amma mən daha əvvəl “maaşla işləməklə” “özünə işləmək” arasında olan bir miks sistemdə çalışırdım. Həm böyük şirkətdə Marketinq rəhbəri edim, həmdə kiçik biznesə sahib edim. Bu zaman mən çox stabil bir həyatım var edi… 09:00 – 18:00, həftənin cəmi 5 günü!!! İndi mən tam olaraq sərbəst… həmdə tam olaraq asılı vəziyyətdə çalışıram. Mənim 40 nəfərdən çox adama əmək haqqı verirəm və əslində özüm-özümün rəhbərim olsamda, məsuliyyət səviyyəm artıb. Çox artıb, artıq mən “işin tez bitməsini” deyil, özümün təyin etdiyim hədəflərə necə çatmaq lazım olduğunu düşünürəm (mən hələ vergi, təhcizatçılar, işçilər, müştərilərlə olanları demirəm). İndi Sizcə mən səhv eləmirəm?)) #BəlkəBizDüzeləmirik ;
  • 2015-ci il, ölkə biznesi üçün digər illərlə müqayisədə çox çətindir. Bu il 2008-2009-cu illərdə olan maliyyə böhranına heeeç bənzəmir. Məhz 2015-ci ildə biz Mingeçevirdə özümüzün sayca 6-cı, amma böyük və investitsiya tələbinə görə bütün digər mağazalarımızdan ağır bir işə başladıq. Əslində hamı bu dövrlərdə ticari ərazisini kiçildir, rentabelsiz mağazalarını bağlayır, biz 2500 kv.metrlik mağaza açmışıq… Elə bilirsiz asanddır?! “Yumşaq desək” yox, asand deyil. Çünki çoxlu maliyyə öhdəliklərimiz var, çünki böyük risklər var və böyük fiziki zəhmət tələb edir bu işlər. Biz axı, məmur deyilik, biz puluda havadan tapmırıq, 1 qazanırıq və 1 investitsiya edirik… Sizcə biz səhv etmirik, niyə qazandığımızı rahat saxlayıb böhranın bitməsini gözləmirik və ya qazandığımızı niyə rahat-rahat xərcləmirik? #BəlkəBizDüzeləmirik ;
  • Dostlar bilir ki, mənim marketinq-biznes fəaliyyətimdə Almaniyanın rolu böyükdür. Təxminən 2 il bundan əvvəl biz Almaniyadan bahalı, lüks seqment üçün olan mətbəx mebeli salonu açdıq, German Studio . O vaxtlar biz bunu edəndə… demək olar ki, Alman mətbəxi Azərbaycanda yox edi. Amma biz bilirdik ki, dünyanın ən güclü mətbəx mebelləri məhz Alman şirkətləridir. Necə ki, avtomobildə Almanlar güclüdür, eləcədə mətbəx mebelində Almaniya hətta İtalyanlardan belə üstündür. Amma buna baxmayaraq Almaniyanın özündə belə çox saylı mətbəx mebeli fabrikləri var və biz bu fabriklərin ən güclülərindən olan SieMatic və Stormer Kuchen-la işə başladıq. Başqa sözlə desək, biz VolksWagen, Opel deyil, elə ilk vaxtlardan Mersedes və BMW təklif edirdik (təklif edirik). Bugün Alman mətbəxi təklif edən bir neçə rəqib şirkət var, Azərbaycanda amma təbii ki, bizim brendlər Almaniyanın (dünyanın) ən güclüləridir. Təbii ki, bizdə qiymətdə baha olduğundan biz məcburən daha az qazanırıq… məcbur oluruq Mersedes-i, Opel qiymətinə sataq. Rentabellik düşür, amma keyfiyyət yüksəkdir. Görəsən biz səhv eləmirik? Elə bəlkə əvvəlcədən gedib ucuz (təbii ki, az keyfiyyətli) Alman mətbəx mebelləri brendlərini təklif edək?! #BəlkəBizDüzeləmirik.

Əziz oxucu, düşünürəm ki, heçdə belə deyil… və biz düz edirik. Bilirsiz niyə düz edirik?

Birincisi biz bilirik xəyallara çatmağın yeganə yolu, şəxsi biznesdən keçir. Biz hansı böyük şirkətdə CEO, CMO ola bilərik… AMMA bu zaman biz heç vaxt, 40 nəfər ailəyə çörək qazanmaq şansı yarada bilməyəcəyik. Biz xəyallarımızda olan şirkəti, biznesidə qura bilmərik. Əgər xəyallara çatmaq istəyiriksə şəxsi biznesdə olmalıyıq. Düz edirik!

İkincisi biz bilirik ki, böhran vəziyyəti olsada biznes daim bir prosesdir. Pis vaxtlardan qalib gələrək biz “ötəri” oyunçu deyil, məhz güclü biznes adamı olduğumuzu sübüt edə bilərik… sübüt edə bilməsək?! Sübüt edə bilməsək… biləcəyik ki, güclü deyilik, burda nə var ki?! Biznes risk etməyi sevir, biz riskdən həzz alırıq. Düz edirik!

Üçüncüsü biz German Studio-nı bir günlük, bir illik açmamışıq. Bizim ən böyük investitsiyamız bizdən razı qalan müştəridir. Sevinirik ki, bizdən bir dəfə mətbəx alan… bir daha alacaq. Düz edirik!

İndi keçək maarifçilik söhbətinə… və ya qeyri-biznes fəaliyyətimizə… Bilirəm uzundur, amma inanın ki, vacib mövzudur. Mənə vacibdir!) Mən burdan yalnız əmin olduqlarımdan yazacam. Qıraqdan #BəlkəBizDüzeləmirik fikri olsada içəridə hamısı 100% məsələlərdi.

  • Düüüz 3 il bundan əvvəl… söhbət hər zaman olduğu kimi, zamanına çəkər, yay ayları edi. Facebook-da Rafiq müəllimlə (Bizim AİR-in “R” hərfi!) Facebook-da ilk söhbətimiz oldu. Mən o vaxtlar Bakıda deyildim… və danışdıq ki, mən Azərbaycana gələn kimi görüşürük. Rafiqi o vaxt tanımırdım… Görüşdük və Marketinq AİR təlimləri formalaşdı, Anar müəllimində (bizim AİR-in “A” hərfi) əməyi və bir-başa iştirakı ilə. Biz ilk Marketinq AİR-də həftədə 6 gün… bildiklərimizi paylaşırdıq. Öyrətmirdik… nə öyrədək?! Bizim özümüzə öyrədən lazımdır, sadəcə fikirlərimizi, təcrübəmizi hər üçümüz paylaşırdıq. Biz elə sözü gedən AİR-in platformasında Milli Marketinq Forumu, FMR TV, çox saylı marketinq görüşləri keçiririk. Bu işlər heç bir şəkildə biznes proyekt olmur, amma biz bunu mütləq etməliyik… biz düz edirik! Əgər bu işləri biz etməsək… ölkəmizdə Marketinqin inkişafı bu sürətlə getməz. Əmin olun, gələcəyi yalnız biz gətiririk. Gələcək heç vaxt özü gələcək deyə bir şey yoxdur. Düz edirik!
  • 360 dərəcədə brendinq” kitabı mənim demək olar ki, 2 il öncə hazırladığım bir kitab edi. Bu kitab nəşr edilməmişdi… və günlərin bir günü, dekabr ayının sonlarına doğru mən bir nəfər yaxın adama söz verdim: “Dedim bu il mütləq kitab çıxaracam”, səhv etmirəmsə, Milli Marketinq Forumuna qədər sözünüdə verdim. Bu kitab hazırdı, düşünmək olar ki, mən 2 il kitabı gecikdirməkdə səhv etmişəm… AMMA əslində heçdə elə deyil. Sadəcə bu kitabın çıxması üçün mən mütləq “söz verməli edim”. Həyatdada belədir… bəzən hansısa bir addımın atılması üçün bizə stimul, motivasiya verən adamlar olmalıdır. Ümumiyyətlə həyatda səhv və ya düz addımlar olmur. Səhv və ya düz onların nəticələri ola bilər. Düz edirik!
  • Bugün Sizin oxuduğunuz bloqda demək olar ki, 700-ə qədər bloq post var. Məlumat üçün deyim… bizdə başlayanda 1 yazı ilə başlamışıq!)) Amma bugün ana dilimizdə ən geniş kontenti olan şəxsi bloquq. Bununla fəxr edirik, bunun doğru və faydalı olduğunu düşünürük. Yalnız oxucu üçün deyil, bu bloq İlkin Manafov üçündə faydalıdır. Mən çox düzgün addım hesab edirəm ki, bloq yazıram. Bəzən elə olur ki, işdən çox yorğun gəlirəm, bəzən elə olur ki, demək olar ki heçnəyə həvəsim olmur… AMMA əgər bloq yazmaq günüdürsə, mütləq bloq-postumuz olmalıdır. Yalnız belə olduğu zaman, yalnız nəyinsə üzərində əzmlə işləməklə biz nəyəsə nail ola bilərik. Düz edirik!

Əziz oxucu, biz əminik ki, həyatda nəyəsə nail olmağın yolu, ilk olaraq inanmaqdan başlayır. Məhz inandığımız. məhz doğru olduğunu bildiyimiz, məhz müsbət sonluq bitəcəyinə inandığımız məsələlər uğurla bitir, bizə fayda gətirir. Bu baxımdan heç bir vaxt, atdığınlız addımlarda şühbə, inamsızlıq və neqativ düşüncəli olmayın. İnanın səmiyyətimə, pozitiv baxış, nəyəsə tam inanma səhrli işlər görür. Çalışıb etdiklərimizdən şübhəli olmayaq… ondan hər şey daha sadə və uğurlu olacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. […] hələ də yaxşı cütlük idi, gərək ayrılmayardılar kimi xatırlayırıq. Rafiq bəyin, İlkin bəyin, Samir bəyin bloqlarını izləyənlər söhbətin nədən getdiyini yəqin ki, başa düşdü. […]

  2. […] 2. 01.07.2015. İlkin Manafov. #BəlkəBizDüzEləmirik və ya səsli düşüncələr… […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close