image_pdfimage_print

Bugün çox maraqlı, amma maraqlı olduğu qədərdə ibratəmiz bir hadisə ilə rastlaşmışam, istəyirəm bu barədə Sizinlə danışaq. Hüsu Haciyevdə yerləşən şahmat məktəbinə getmişdim və gördüklərim bu yazını yazmağa məni vadar etdi.

Şahmatla az-çox maraqlanan hamı bilir, “beş mərtəbə” ərazisində yerləşən şahmat klubu, Azərbaycanda şahmatın tam beşiyi hesab edilir. Tanınmış butün şahmatçılar… Teymur Rəcəbov, rəhmətlik Vuqar Həşimov, Şəhriyar Məmmədyarov, keçmişlərdən, rəhmətlik Aydın Hüseynov, Fikrət Sideifzadə qadın şahmatçılardan Aynur Sofiyeva, Firuzə Vəlixanlı və ya İlahə Qədimova… bir sözlə Azərbaycan şahmatı Hüsi Haciyevdə olan şahmat klubundan başlayır. Buranın özünə məxsus və sehrli bir aurası var.

Təbii ki, bir vaxtlar şahmatla az-maz məşğul olan biri kimi, öz qızımıda heç düşünmədən bu şahmat məktəbinə qoymuşam və xeyli vaxtdır ki, qızım bu məktəbdə şahmat öyrənir. Sizə səmimi deyim, mən nəyin ki, bu kluba girəndə… hətta maşınla belə H.Haciyevdən keçəndə ürəyimdə bir həyacan, bir qorxu olur. Mənə elə gəlir ki, bir neçə dəqiqədən sonra burada yarış başlayacaq və heç cürə uduza bilmərəm və ya mütləq udmalıyam.

İşdən-gücdən vaxt tapan kimi, qızımı böyük həvəslə məktəbə özüm aparıram. Bugündə yarış olduğundan “oranı-kəsdirmişdim” – sivil oxucularımız üçün, “ora getmişdim” yazmaq olar. Yadıma təxminən 20cəəə il əvvəl mənim atamın məni gətirdiyi vaxtla, indi gördüyüm şahmat klubunun fərqləri düşdü…

  • O vaxt şahmat məktəbində əsas ünsiyyət dili – rus dili edi, hamı, istər müəllimlər, istərsədə şagirdlər rusca danışırdı… indi maşallah Azərbaycan dilini daha çox eşitmək olur. Bu Sizi təəcübləndirməsin… əzəl-gədimdən şahmatın dili rus dili olub. Necə ki, marketinq – ingilis, mühəndislik – alman, dizayn – ingilis, şahmat dili – rus dili olub. Bugün çox sevindirici haldır ki, bizim gənclər ana dilimizdə danışır və şahmata maraq göstərir;
  • O vaxt şahmat məktəbinə gələn valideynlər uşaqlarına qarşı daha aqressiv edi və ya “uşaq uduzdusa” matəm olardı… idni udub-uduzmasından asılı olmayaraq valideyn demək olar ki, reaksiya vermir. Daha soyuqqanlıdır. Bu yaxşıdırmı? Məncə yox, məncə! Hesab edirəm ki, “idman xasiyyəti” mütləq olmalıdır və uduzan oyuncu özünü məğlüb hiss etməlidir. Belə olmasa, udmağın nə ləzzəti oldu? Yadıma düşür ki, bizim vaxtlar uduzan uşağın (baş mən olmaqla) ağlamamağı təəcüb doğururdu. Məndə ağlamasaydım… çıxdıqdan sonra atamın dedikləri 100% məni ağladardı!));
  • Gələnlərin imkanı, o vaxtla müqayisədə daha çoxdur. Əmin olun, indi həyat səviyyəsi, keçmiş illərə müqayisədə çox-çox öndədir. Bunun müxtəlif səbəbləri var və bu səbəblər bu bloq postun mövzusu deyil, amma əsas olan odur ki, keçən illərlə müqayisədə bugün vəziyyət daha fərqlidir. Əlbəttə, bunu məktəbdə hiss etmək yaxşı deyil, düşünürəm ki, məktəb hamı üçün bərabər olmalıdır. Məktəbdə hamı eyni olmalıdır. Məncə;
  • Mobillik… yadıma düşür şahmat məktəbində valideynlər özləri üçün kitab, qəzet gətirərdilər… hamı oturub oxuyardı, uşaqda görərdi ki, valideyn oxuyur. Oda istər-istəməz valideynə baxardı… indi olan səhnə tam fərqlidir… hamının əlində bir balaca qutu və onları bu qutudan başqa heçnə maraqlandırmır. Bu haqda çox danışmışıq… bu ümumi-bəşər bəladır!)
  • O vaxt biz daha mehriban edik… düzdür – düşmənlikdə var edi, amma ümumi hamımız mehriban olmağa çalışırdıq. Məsələn, mənim uzun müddət şahmat karyeramda xatırladığım yeganə dava Sənən Dövlətovla olub)). İndi bu məsələlər, daha sakit və qurudur. Dava olanda… elə-belə, dost olandada elə-belə…

Əziz oxucu, əminəm ki, şahmatın uşaqların düzgün tərbiyə olunması üçün çox böyük əhəmiyyəti var. Bu baxımdan hamıya məsləhət görürəm, amma əsas demək istədiyim qətiyyən bu deyil – Hər birimizin həyatında mütləq ki, belə yerlər var. Düşünürəm ki, müəyyən zamanlarda bu yerlərə getməklə biz bir çox insani dəyərləri özümüzdə saxlamış oluruq. Bugün axı ən çətin şey insan olmaqdır. İnanın… bugün insanlıq, yaxşılıq, təmənnasızlıq azalır deməyək… amma 100% azalmaq istəyir. Məncə belə qorxuların dəf etmək üçün ən rahat yox keçmişi xatırlamaqdan keçir… keçmiş dediz yadıma düşdü, bugün Hüsi Haciyevdə özümün 2 köhnə tanışımı gördüm… biri Yevlaxdan edi, biridə elə əvvəldən bu klubda işləyən bir dostumuz. Hər ikisi mənə əlavə dəyərlər verdilər. Sağ olsunlar.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close