image_pdfimage_print

Əziz oxucu, 12 ayın sultanı, insanlığın, mərhəmətin və əlbəttə ki, ədalətin simvolu hesab edilən Ramazan ayı, Orucluq Bayramı münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Mənim dini savadım yoxdur, amma istəyirəm bu əziz gündə Sizə son dərəcə vacib hesab etdiyim bir-iki kəlməni deyim.

Marketoloqların ənənəvi iftar toplantısında dostumuz və yerlimiz Elşad Miri (oda Yevlaxdandır) mənə dedi ki, Oruc sözünün mənası – tutmaq, saxlamaqdır. Başqa sözlə desək Oruc insanın öz nəfsini, pis əməllərini qarşı üsyanı, onların qarşısında iradəsinin göstəricisidir. Orucluq ideyaloqiyasında şərə, ədalətsizliyə qarşı üsyan, ondan uzaq olmaq durur. Hər bir müsəlman Oruc tutaraq öz iradəsini göstərir və bu ay bizi xeyrxaxlığa, insaniyyətə, dünya malına həris olmamağa, paylaşmağa, bölüşməyə səsləyir.

Bugün ki, Azərbaycanımızda Orucluğa həqiqətəndə ehtiyyac var. Vacib deyil bu Ali məktəblərdə olan bir proseslərdə, hüquq mühafizə orqanlarında və ya biznesdə… bugün insanlıq öz nəfsinə, çirkin əməllərə qarşı daim oruc olmalıdır. Ondan uzaq durmaq üçün yetərincə iradəyə sahib olmalıdır.

Bəzən sosial şəbəkələrdə… özlərini “savadlı”, “muasir”, “oxumuş” kimi göstərən dünya görüşü az insanlar, İslamı, dini, bu müqəddəs ayı pisləməyə çalışır. Əlbəttə, bu həmin adamların həyatdan necə “kəm” keçdiyinin göstəricisidir. İslam dini mövcud olan dinlər arasında ən tolerantı, ən humanisti və əlbəttə ki, biliyə, təhsili, düzgün həyat tərzinə bizə çağıran dindir.

Əlbəttə, 70 illik sovet imperiyasında olan əsarət bizi bu müqəddəs dindən, haqq yolundan xeyli uzaqlaşdırıb. Təsadüfi deyil ki, həmin yaşlı adamlarda içkiyə, səhv yolla pul qazanmağa maraq daha çoxdur. Bu Sovetin bizə verdiyi tərbiyədir və bu tərbiyədən bizim hamımızın tezliklə yaxa qurtarmağımız lazımdır.

Əziz oxucu, Müqəddəs kitabımızdada yazıldığı kimi nəyinsə tiryakisi olmaq, aşırı istəkli və ya radikal düşüncələr insaniyyəti ziyandır. Bizim dinimizin müqəddəs olması belə, bizə haqq qazandıra bilməz ki, hansısa məsələyə aşırı aqressiya və barışmaz mövqe göstərək. İslam dininin bugün qlobal arenada əsas problemi bizim dinimizin “radikallıq” anlayışı ilə sinonimləşdirilməsidir. Bu yanaşma təəsüf ki, bugün ölkəmizdədə geniş vüsat alır. Dinin təbliğatı, dinin lazımsız formalarının aşıra şəkildə cəmiyyətdə təbliği bir mənalı şəkildə cəmiyyət üçün ziyandır. Din heç bir şəkildə biliyə, təhsilə, maarifləndirməyə ziyan olmalı deyil. Əksinə bizim dinimiz 1 saatlıq elmlə məşğul olmanı, 60 illik ibadətdən üstün tutur və ya müsəlman dinin ailimin yeri son dərəcə yüksəkdir. Biz İslam dininin bu istiqamətlərini mütləq təbliğ etməliyik.

Ramazan ayını, ac qalmaq ayı kimi deyil, nəfsimizə, çirkli əməllərdən qaçınmaq ayı kimi qələmə verməliyik. Bugün YouTube olan videolarda avtomat səsi ilə “Allah Əkbər” sözünü eyni işlədilən videolara qarşı mübarizə aparmalıyıq. Biz izah etməliyik ki, İslam barış, ədalət, təhsil və sevgi dinidir. Heç bir şəkildə biz radikallıq sözünün sahibi deyilik, bizim dinimiz barış dinidir.

Düşünürəm ki, biz yalnız Ramazan ayında deyil, daim Oruc olmalıyıq. Düşünürəm ki, Orucluq yalnız ac qalmaq deyil… hətta düşünürəm ki, ac qalmaq sadəcə “aysberqin görünən” hissəsidir. Biz daim əyriliyə qarşı oruc olmalıyıq. İslam dininin gücünü, müsbət obrazını mütləq qaydada qorumalı, İslamı barış dini kmi təbliğ etməliyik.

Mən bu Ramazanda “yeməklə” Oruc tutmadım… bunun bəzi səbəbləri oldu… AMMA düşünürəm ki, öz əməllərim, düşüncəm və ya ümumi baxışlarımla ədalətsizliyə, “əli əyriliyə”, qeyri-insani amillərə qarşı daim Oruc olacam. Başda Ramazanda yüksək iradə göstərmiş xanımlar və bəylər olmaqla butün Müsəlman dostlarımızın Ramazan Bayramını təbrik edirəm. Qurban olduğum bizim dualarımızı qəbul etsin!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close