image_pdfimage_print

Bugün son dərəcə maraqlı, amma maraqlı olduğu qədərdə “ağrılı” bir hadisənin şahidi olmuşam. Novxanı Aquapark-da olan biyabırçı xidmət, ölkəmizdə aparılan makro-iqtisadi addımların bəzi “keyfiyyətsiz” sahibkarlar tərəfindən necə yerə salındığını, Azərbaycanımızda daxili turizmin niyə bərbad vəziyyətdə olmasını hiss etdim. Problemlər heç bir şəkildə bəzi instansiyaların vəzifələrini səhv icra etməsindən deyil (hansıkı buda səbəbdir), problem, məhz yerli sahibkarların biznesə savadsız yanaşmasındadır. Əziz oxucu, yazıb burdan proqnoz verirəm… əgər Novxanı Aquapark-də təcili islahatlar olması bu biznes tezliklə iflas olacaq. Bilirsiz niyə?! Niyəsini deməzdən əvvəl bugün Aquaparkda başıma gələn insidenti Sizə nəql edim. Sonra deyəcəm niyə bunlar iflas edəcək… əslində insidenti danışandan sonra, Siz özünüzdə deyəcəksiniz ki, bunların axırına az qalıb!) Deməli bugün səhər spontan şəkildə ailəmlə birlikdə dənizə getmə gərarını verdik. Həftə sonu işlərin olduğundan bugün məcbur edim… qızımı söz vermişdim. Ortaq ailəvi tanışımızın Novxanıda olması bizə istirahət yeri kimi, məhz Novxanıda olan Aquapark-ı seçməyə vadar etdi. Mən Aquaparkda yay vaxtı, təxminən 4 il bundan əvvəl olmuşam. O vaxt məncə xidmət daha yaxşı edi… amma yadıma gəlir, ondada bir o qədər xoş olmadı və heç vaxt bura gəlmirdim. P.S. Pul çox olanda Jumairah, See Breeze, orta olanda Amburan, heç olmayanda (yəni çox vaxt (!)), Bilgəhdə olan Kardiologiyaya gedirəm. Sizədə bu yerləri tövsiyyə edirəm. Dalğa Beach-də yaxşıdır bu arada.  Neysə… Novxanı Aquapark-a gedəcəyimizi bilib tez bir şəkildə zəng etdim (0124483030 nömrəsinə) və dəstəyi qaldıran xanımdan dəqiqləşdirdim ki, uşaq üçün yemək götürmək olarmı və “Olar, əlbəttə, olar” cavabını aldım. Cavab məni təəcübləndirmədi… çünki, dünyanın bir çox yerlərində təsadüfən… istirahətdə olan biri kimi, deyirəm ki, bu sadə bir qaydadır. Hətta Paris Disneyland-i, Alman Europapark və ya The Palm Atlantis (Dubai) və ya  belə uşaqlar üçün olan hər şəyə “HƏ, olar” deyir. Belədə olmalıdırda, elə deyil, əziz oxucu?! Bu arada Bakıdada bu belədir, nə Jumairahı, nə Dalğa Beach-i uşaq yeməyinə bir söz demir, təkrar edirəm, deməsidə anormalllıq olar. Allah hamının uşaqlarını sağ eləsin, mənim qızım 5, oğlum 2 yaşlı olduğundan çalışıb onlara çimərlikdə və s. tipli yerlərdə heçnə almırıq. İnanın ki, səbəbi sırf təhlükəsizlikdir və heç bir şəkildə “xəsislik” deyil. Düzzzdü mən çox xəsisəm… amma baxır hardada!)) Çatdıq Novxanıya, Aquapark-a və girdik. Girən kimi… sağ olsunlar pulu hara vermək lazım olduğunu göstərdilər… məndə 40 manatımı verdim (2 böyük, 1 balaca, 1 ödənişsiz – 15×2+10+0=40 manat!!!). Mənim əlimdə uşaqlar… xanımın əlində sumka… girdik içəri, daha doğrusu girmək üçün hərəkət etdik. Turniketdə 3 oğlan və çöldə 1 polis var edi. Çantaya baxmaq olar sözünü eşidəndə… sevindim. Dedim – halaldır!) Bunlar təhlükəsizliyi düşünür, düz edir, hər şey ola bilər. Sumka baxışına 3+1 nəfər qoşuldu və mən birdən birə bunların nə etdiyini soruşdum?! Xorla cavab aldım – Yemək götürmək olmaz. yenədə 3+1. Yooox səhv etdim, bu dəfə artıq daha çox edilər, 3+1+POLİS – Polis, butün iş gücünü, müştəri təhlükəsizliyini unudub, başladı oda diqqətlə sumkaya baxmağa. Kefimin çox yaxşı olduğunu, yanımda uşaqlar olduğunu nəzərə alaraq gülümsədim və dedim ki, orda uşaq yeməyi var biz onlara çöldən nəsə almırıq. Yenədə… orda olanların minimum ikisi dedi ki, uşaq üçün hər şey içəridə satırlar, məsələn, Агуша suyu, Lays… bax inandıram ki, bir qramda olsun şişirtmirəm… nə var deyirəm (yazıram). Rusların yaxşı sözü var – Смех и Грех. Dedim indi Sizdə Lays var deyə biz içəriyə su və uşaq yeməyi keçirə bilmərik?!) Niyə Lays uşaq gidasıdır… vallah bilmirəm, bunu məndən soruşmayın. Vəziyyətin sadə yolla həll olunacağının mümkünsüz, qarşımdakıların çox “ponyatkasız” olduğunu hiss edib, uşaqları və xanımı içəriyə salıb, yenidən söhbətə qayıtdım. Özünüz bilirsiz, uşaqlarla geriyə qayıtmaq mümkün deyil… onlar tam baseyndə çimmək üçün özlərini konsentrasiya etmişdilər. Uşaqları içəriyə salıb, yenidən başladım “dostlarımızla” danışmağa. Danışmazzz olardım, biyabırçılıq başladı!!! Mən gələnə qədər bunlar tam müdafiyyə mövqeyini tutdular!)) Dialoq başladı…

Mən deyirəm: Siz niyə bu haqda bizə telefonda səhv məlumat vermisiz, bax indi, biz pulu vermişik, artıq burdayıq və Siz indi deyirsiz ki, olmaz. Bunu niyə əvvəldən demirdiz. Cavab verir POLİS: Sən başa düşən adamsan (SƏN haaa, düzdür məndə “SƏN” sözünə kompleks yoxdur, onsuzda hamı “Siz”ləyir, “SƏN” eşidəndə sevinirəm… amma nəysədə…) bizlik bir şey yoxdur. Olmaz, heç nə olmaz. Mən deyirəm (polisə): Siz kimsizki? Siz burda nə işləyirsiz? Burda menecer kimdir? Siz təlimatlandırırsız müştəriləri? Cavab verirlər (xorla): Yoxxx, eee, qardaş, biz deyirik olmazda, sən niyə belə edirsən. (polis şokdadır, oda bilmir, o kimdir – 100%) Mən deyirəm: Siz mənimlə beşiniz niyə danışırsız, özdə əl-qolla? Burda böyük, baş bilən kimdir?) Birdə mənə niyə “Sən” keçmisinizki? Nə olar, adam tək olanda sən deyərlər?)) Cavab verirlər: Mən… və mən deyildiyi anda, kimsə qaça-qaça gəlir. Deyir, mənəm rəhbər, Müşfiq Bəşirov. Bu təzə adamdır uje… 6 -cı dostumuz… inanın ki, Hotel personalı show-a baxır… məndə rahatam, uşaqlar artıq əyləncəyə başlayıb, mənim günəşə qarşı allerqiyam var… onsuzda Aquaparklıq bir işim yoxdur və ŞOK-dayam ki, bu böyda “obyektin”, biznesin baş biləni varmı?! Müşfiq dediyimiz, dostumuz, çox ürəklə işə girişib, gəncdir… tipik menecer simasındadır və bilinir ki, özüdə Aquqpark-da olan qaydalara nifrət edir, amma özünü o yerə qoymur. Mən deyirəm: Müşfiq, Siz niyə bu haqda məlumat vermirsiniz? (bir-az bunların nervisini yoxlamaq istəyirəm). Müşfiq baaax, mənə niyə çek verməmisiniz? Müştəri haqlarını pozursunuz. Niyə? Cavab verirlər: İlkin müəllim, biz kobudluğa görə üzr istəyirik, bu bizim səhvimizdir ki, bu qədər adamla cavab veririk… biz onları cərimə edəcəyik. Mən deyirəm: Niyə Vergidən yayınırsız? Niyə 40 manat ödənişə görə “çek” vermirsiz… niyə telefonda bir söz deyirsiz, burda başqa söz, niyə 6 nəfər kişi, gənc ailənin qarşısını ərəb-zəngi kimi kəsib?! Xeyrdimi?!)) Cavab verir: Müəllim, sularını götürə bilərsiniz, uşaq yeməklərini götürün… problem yoxdur və… və başlayır uşaqlaşır ki, rəhbərlikdən soruşsun ki, vergi çeki verək?

Bundan sonra mən Aquapark-ın rəhbərinin reaksiyasını gördüm… daha doğrusu hiss etdim. Müşfiq deyilən adam… uzaqlaşıb nəsə məsləhətləşdiyi zamanda… mənimlə ilk danışan işçilərin reaksiyası: “Müəllim… düz deyirsiniz, sadəcə bizlik deyil. Burda rəhbər buna görə bizi işdən çıxardar və s.”. Yəni hamı qəbul edir ki, İlkin düz deyir… sadəcə… Mən bunlardan “çek” tələb edirəm… bunlar deyirlər ki, bizdən kassa olmur… sonra kassa tapılır… (qorxurlar axı) və mən deyirəm ki, mənə çek verin… mən bu çekə əsasən, Sizi şikayət edəcəm. … və hardansa tapşırıq gəlir, ki “Kimə deyirsə desin… biz heçnədən qorxmuruq… və s.”. Bundan sonra məndən yenə üzr istənilir… AMMA bu nöqtədə orda olan biyabırçılıq barədə Sizə məlumat vermək yox, Aquapark haqqında nəticərimi demək istəyirəm. Beləliklə… mən tanımıram, orda olan menecment kimdir, oranın sahibi-rəhbəri kimdir, amma 100% bilirəm çox savadsız adamlardır. Niyə!?

  1. Müştəri biznesin şahıdır. Əgər müştəri haqlıdırsa, ona qarşı haqsızlıq gunahdır. Sadəcə, yediyin çörəyə “təpik” atmaqdır. Bugün mənim 40 manatıma təpik atan, əmin olun, sabah o biznesə tepik atacaq. Deməli bunların axırına az qalıb.
  2. O boyda bina, obyekt sahibi bilmir ki, işçilərə təlim, danışıq mədəniyyəti öyrətmək lazımdır. Türkiyyədə xidmət obyektlərində müştəri ilə davranışın 100/1 sahib olmamağımızın yeganə səbəbi… yenədə bizim sahibkarlırımızın savadsızlığıdır. İşçi gördüyünü çalır, işçi görəndə ki, sahibkar öz sözünü polislə deyir… işçidən nə gözləyəsən?!
  3. Uşaqlar bizim gələcəyimizdir və s… bir yana, uşaqlar biznesin gələcəyidir. Sizi bilmirəm, mən butün istehlakçı qərarlarımı uşaqlara, övladlarıma görə verirəm. Bugün hansısa 10-15 manata görə uşaq yeməyini içəriyə qoymayan, sahibkarın yedikləri, əmin olun – haramdır. Mən biznesdə belə şeylərə çox əhəmiyyət verirəm, deməli Aquapark-ın sahibi haramçılıqla pul qazanır və ya onun işçilərinin “sezondan” sonra qazanacağı pul haramdır. Haramdan xeyr tapan tanımıram.
  4. Aquapark personalı yalançıdır. Çünki onlar telefonda bir söz deyir, pul alandan sonra başqa söz. Çünki, onlar “çek” vurmur və mənən deyir ki, bizdə çek olmur… hiss edəndə ki, mən nəyisə bir-az bilirəm… o dəqiqə yalanlarını ifşa edir. Çünki onlar, öz yalanları ilə uşaq qidasından pul qazanır və s. Yalançının “buynuzu” olur?!)

Bu vəziyyətdə mən nə etdim və ya nə edəcəm… əzizlərim inanın ki, heçnə. Mən nə İqtisadi İnkişaf Nazirliyində olan dostlarımızdan və ya rəsmi kanallardan istifadə edən, nə Mədəniyyət və Turizm Nazirliyinə şikayət edəcəm, nədə Vergilər Nazirliyinə… etməyəcəm. Bilirsiz niyə!? Çünki biznesi cəzalandırmaq üçün ən güclü silah müştəridir. Bu adamlar, özləri-özlərini məhv edəcək… AMMA pis oluram. Pis oluram ki, bu biznesmen başa düşmür ki, uşaqlardan qazandığı 3-5 manatla xeyr tapa bilməz… həgin özünündə övladları var… əminəm ki, Yaradan belə şeyləri bağışlamır. Əziz oxucu, mən ölü, Siz diri… baxın, əgər Novxanı Aquapark öz işlərində haramçılıq, yalan, mədəniyyətsizlikləri davam etsə… biz tezliklə bu biznesin iflas etməsi barədə bloq-post yazaceyik. İstəmirəm… bu postu yazam və əslində bu yazı ilə biz Aquapark üçün “pulsuz” araşdırma etmiş olduq. Halalları olsun, onlar bizdən 10 manat güzəştə getmədi… biz onlara pulsuz araşdırma güzəştə gedirik. P.S. Bu arada istirahət çox yaxşı oldu… mən tezliklə ailəmlə birlikdə istirahətə döndüm… yeməkdə yedik. Ola bilər 5-10 manat artıq xərclədim… əvəzində Sizinlə söhbət etmiş olduq, əziz oxucu, elə deyil?) ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Tam 1 il qabaq biz də, Aquaparkda təlimdə olduq. İstirahət üçün mükəmməl şərait olmasına baxmayaraq, xidmətin 0 dan aşağı olduğu aydın idi.
    İşçilərin vahid geyimi yox idi.
    İşçidən çox özlərini qonaq kimi aparırdılar.
    Müştərilər üçün olan əyləncə alətlərindən (məs: stolustu tennis) istifadə etmək üçün, işçilərin oynayıb qurtarmağını gözlüyürdük, bitirdikdə də raketləri özləri ilə aparırdılar.
    Personal (qız, oğlan) təlim keçdiyimiz zalda gecəliyirdilər.
    1 həftə boyunca bir-birilə küçə dilində danışırdılar.
    Nömrələrə isə pulsuz oıan heç nəyi gətirmədilər, yalnız özümüz gedib götürməli olurduq.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close