image_pdfimage_print

Bugün dostlarımızla söhbət zamanı ölkədə olan problemli kreditlər barədə söhbət açdıq… gördüyüm işlərin içərisində kreditli satış vacib əhəmiyyət kəsb etdiyindən məndə qismən (və ya bir başa)  bu proseslərdən xəbərdaram. Ölkəmiz problemli kreditlərdə həqiqətəndə “liderdir” desək… həgin ki, səhv etmiş olmarıq. Bəzi qeyri-rəsmi məlumatlara görə ölkə əhalisinin bir nəfərinə düşən kredit 1,3 təşkil edir. Yəni ölkə əhalisinin hamısı artıqlaması ilə kreditə “düşüb”. Bunun səbəbləri Sizcə nədir?

Yadıma düşür… təxminən 1 il bundan əvvəl tanınmış bir qlobal mobil telefon brendinin aparıcı işçiləri ilə görüşümüz var edi. Görüşdə… Azərbaycan, Gürcüstanda, Ükraynada mobil telefon satışlarından danışırdıq… və maraqlı bir fakt xarici qonaqları çooox təəcübləndirirdi… “necə ola bilər ki, bu ölkədə mobil telefonların satışında kreditli satışların payı 90% keçir?!”. Biz o vaxt… bunun təhlükəsini başa düşmürdük.

Nəzərinizə çatdırım ki, Gürcüstanda, Risiyada mobil telefonların satışında kreditin payı 40% keçmir… Almaniyada isə, faizsiz kredit (həqiqi faizsiz) hardasa 18 ay olduqda yalnız cib telefonları kreditlə alınır…

Bir vaxtlar mən Marketinq AİR təlimlərində yarı zarafat, yarı ciddi deyirdim ki, ölkəmiz yeganə ölkədir ki, burda Porsche kreditlə alınır… o vaxt biz  bunun nə demək olduğunu başa düşmürdük… amma indi mənə (əminəm ki, çoxlarına) yaxşı çatır ki, bahalı avtomobil kreditlə alınmaz. Ümumiyyətlə dünyada avtomobil kreditlə taksi sürmək üçün alınır. Adam düşünür ki, işsiz qalınca, kreditlə xüsusi proqram üzrə avtomobil alsın və pul qazansın. Bəs bizdə!?)

Ölkəmizdə demək olar ki, butün sektorlar üzrə nəğd satışların həcmi son dərəcə aşağı səviyyədə edi. Avtomobil, mebel, məişət texnikası, mənzil… və s. əşyaların satış konkret olaraq kreditlə olurdu. Hətta kürk kimi premium məhsul belə… “fazisiz” kreditlə Feminada təklif edilirdi və çox effektiv edi. Bir sözlə biz hər şeyin pulunu sonra ödəmək istəyirdik… biz “Allah kərimdir…”, “Allah yetirəcək…”, “Düzələr…” kimi yumşaq desək qeyri-biznes düşüncələri ilə kreditlər alır… və hər şeyi sonraya saxlayırdıq… sonra isə fevral ayı oldu. Fevral ayından sonra… ölkədə problemli kreditlər anlayışı dahada aktuallaşdı. Çünki?!

  • Çünki, onsuzda ölkədə neftin qiymətinin düşməsi ilə, pul yox edi;
  • Çünki, Rusiyada olan vəziyyət Rusiya qədər bizədə təsir edirdi… ordan pul gəlmirdi…
  • Çünki dollar qalxması ilə, hamı 35% kasıbladı, və eyni şey 35% daha baha oldu və s.

Xatırladıram ki, bugün ölkə əhalisi yenədə… durmadan borclanmaq üçün metodlar axtarır. Məsələn, qeyri-bank kreditləri bugün yenədə kütləvi şəkildə tətbiq edilir. Yəni biznes kreditdən imtina edə bilmir, çünki hər şeyin  kreditli bazar üçün hesablanıb.

Bugün ölkədə olan problemli kreditlərin kökündə bir vaxtlar və daima bizim millət olaraq rasional olmamağımız və əlbəttə ki, maliyyə savadsızlığı dayanır. Düşünürəm ki, biz tezliklə biznesimizə böyük zərbələr vuracaq. Necə ki, makro iqtisadiyyat, mikro iqtisadiyyatdan asılıdır, eləcədə biznes son istehlakçıdan asılıdır. Bugün ölkə biznesinində “yuxulu” olması, əslində istehlakçının belə olmasının nəticəsidir. Bazar hər şeyi yönləndirir!)

Düşünürəm ki, bugün hamımız kredit sözündən uzaqlaşmalı və “istehlak kreditit” bazarını tam minimallaşdırmalıyıq. Yalnız belə olduğu zaman ölkəmizdə sosial vəziyyət düzə, insanlar rahat yaşaya bilərlər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close