image_pdfimage_print

Çox zaman biznesdə bugün bizim üçün vacib məsələnin həllində, sabah ola biləcək problemlər barədədə düşünürük. Məsələn, “filan şey etsəm, birdən bu problem çıxar”, “bunu etsək, gələcəkdə bu olar”, “görəsən bazar 3 ildən sonra hara gedəcək” və s. suallar verirsiniz. Mən düşünürəm ki, gələcək problemləri düşünmək, kiçik və orta biznes üçün son dərəcə lazımsızdır. Hətta məhz belə düşüncələr bizi bizneslə məşğul olmaqdan qorxuzur. Bilirsiz niyə?

İlk əvvəl qeyd edim ki, biznesdə istənilən fəaliyyət risklə doludur. Bu bizim işimzin qaçılmaz tərkib hissəsidir və əlbəttə biz risk etməkdən qorxmadan, riskləri minimuma endirmək barədə düşünməliyik. Bunu etmənin ən rahat olu, məhz icraya daha diqqətli olmaqdır. Risklərin azalması üçün, uzun-uzadı biznes-plan yazmaq və proqnoz vermək yox, məhz sahədə daha çox olmaq lazımdır.

Düşünürəm ki, bugün hələ mövcud olmayan problemlərin həllini düşünmək, bunun üçün nesə addımlar atmaq və ya ümumiyyətlə atmamaq biznesdə əlavə əngəllər yaradır. Təcrübə göstərir ki, bu problemlərin böyük əksəriyyəti ya ümumiyyətcə mümkün olmur, yada baş vermir.

İkinci bir məsələ… əgər Siz düşünürsünüz ki, sabah hansısa bir problem ola bilər, bunun həllidə “sabah” olacaq şəraitdən asılı olacaq. Bugün hər şey çox böyük sürətlə dəyişir. Hər şey. İstehlakçı, məhsul, rəqabət, bazar, qanunvericilik və s. İndi verdiyiniz gərar sabah üçün onsuzda səhv olacaq. Amma bugün edə biləcəyimiz ən böyük səhv heçnə etməməkdir. Bu ölüm deməkdir. Ölülər səhv edə bilmir… AMMA ölü olurlar!!!

Kiçik və orta biznesin ən böyük üstünlükləri məhz tez gərar qəbul etməkdir. Məsələn, bugün hansısa bir mebel mağazasının məhsulları dəyişmə vaxtı ilə, Emba və ya İstikbal-ın dəyişmə tezliyi bir deyil… onlar düşünənə qədər xırda (orta) biznes artıq digər yeniliklər edəcək. Eyni şey butün sektorlarda belədir. Deməli sürət bugün biznesin əsas lokomotividir.

Düşünürəm ki, kiçik və orta biznes üçün, cari vəziyyətlə hərəkət etməsi çox vacibdir. Belə olduqda biznes öz ayaqları ilə gedə bilir. Bu baxımdan bugünlə yaşayın… əmin olun, gələcəkdə olanların cavabı barədə gələcəkdə düşünmək daha effektiv olur.

P.S. Bu o demək deyil ki, biznes “məmməd ağa vur-qabağa” prinsipi ilə olmalıdır. Vacib olan odur ki, nəyəsə nail olmaq üçün hərəkət etmək lazımdır. Bu hərəkət sözsüz ki risklə doludur, amma ən böyük risk, risk etməməkdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close