image_pdfimage_print

Əzizim Rafiq!

Bu məktubu mən yazmazdım, amma nə gizlədim Aysel xanım, məni vadar elədi, onun sözündən çıxa bilmədim. Bilirsən mən Ayselin xətrini çox istəyirəm, Aysel dedi ki, Rafiq müəllimin Doğum Gününə surpriz edirik, mütləq nesə yazmalısız, məndə düşündüm əgər nə yazacağını (deyəcəyini) bilmirsənsə ən düzgünü, doğrunu demək lazımdır. Beləliklə, doğrular barədə sənə açıq məktub yazıram!

Səninlə tanışlıq 2012-ci ildə olub, yadıma gəlir Facebook-da profilini gördüm və o vaxt İdealın mükəmməl imic kampaniyası layihəsinin meneceri kimi mənə çox maraqlı edi… Rafiq. Azərbaycanda olan tək-tük işləyən marketoloqlardan olduğunu hiss etdim. Bu səninlə ilk qiyabi tanışlığım olub. Facebook-a dost olduq. İlk dialoqumuzda Facebook-da oldu, mən Azərbaycanda deyildim… gələn kimi görüşüb tanış olmağı danışdıq.

Daha sonra, səninlə görüşümüz Atatürk parkında oldu… indi olduğu kimi yadımdadır… Almaniyanın Steinbeis Universitetinin bir proqramını müzakirə edirdik və Rafiq: “İlkin biz özümüz bunu niyə etmirik?” dedi. Məndə “mütləq edək, amma əvvəlcədən deyim bu çox çətin işdir, ikimiz edə bilmərik…” dedim. İkimiz demişkən…həqiqətəndə bunu Anar müəllim sübüt etdi… o olmasaydı Marketinq AİR, Milli Marketinq Forumu, FMR TV, çox saylı marketinq tədbirləri olmayacaqdı və ən əsası mən Rafiq Hünaltay kimi yaxşı dostum olmayacaqdı. Heç AİR-ə olmayacaqdı, AİR yoxdursa, bəlkədə əlində tutduğun bu kitabda olmayacaqdı Rafiq Hunaltay, düzdür?

Steinbeis dedim, Anar müəllim və ordakı Universitetdə olan görüşdə olan dialoq düşdü. Anarın mükəmməl ingiliscəsi, Steinbeisda olan müəllim-professor heyyətini valeh etmişdi. Ümumiyyətlə Anar çox savadlıdır, səndə bunu bilirsən!?)

Rafiq, indi oxuduğun bu yazının formalaşmasında AİR böyük rolu var. Əminəm ki, mənimlə razılaşacaqsan. Bizə birləşdirən əsas deyərlərdin biri, bəlkədə birincisi Marketinq AİR xüsusi abhavasıdır… bunu elə belə dedim… yanı yadıma düşdü, sadəcə!)

Açıq deyim, Rafiq bir dost olaraq, bir şəxsiyyət və ya bir türk sevgisi olan insan kimi mənə çox şey qazandırmısan. Sənin yaratdığın “Hünaltay” obrazı belə türkçülüyə nə qədər dərin sevgin olduğunun bariz nümünəsidir. Mən türkçülüyü, millətimizi daha çox sevməyə səndən öyrənmişəm. Buna görə sənə daim minnətdaram.

Rafiq bu məktub açıq olduğundan istəyirəm, digər oxucularada bir sirr açım… AMMA öz aramızda qalsın. Sağ ol ki, icazə verirsən.

Əziz oxucu, Rafiqin bağ evində böyük kitabxanası var. Mən hər dəfə bu kitabxanada olanda “acizanə” şəkildə utanıram, utanıram və qurur duyuram ki, Rafiq kimi dostum var. Niyə?!

  1. Mən Rafiqin oxuduğunun 10/1 oxumuram. Ümumiyyətlə mən yalnız ixtisasla əlaqəli kitablar oxuyuram, Rafiq isə hər şey oxuyur. Sözün açığı bunu heç Anar Bayramovunda yanında deməmişəm… utanıram ki, Rafiqlə dostluq edirəm, amma onun kimi bilikli deyiləm.
  2. Rafiq kitaba, elmə-təhsilə dəhşətli pullar xərcləyir. İnanın ki, heç Anar Bayramovda bu qədər pul vermir kitaba… (məlumat üçün deyim ki, bu adamlar kitab alışlarına ciddi təkan verirlər). Mən utanıram ki, kitab demək olar ki, almıram, yalnız rus kitabları alıram.
  3. Yalan olmasın bir 10 ildir mən mebel satıram (alver edirəm), amma hələ bugünə qədər evimizdə kitab rəfi yoxdur, amma Rafiqin bir dənə kitab rəfi var… inandıram ki, italyan dizaynerlər bunu görsələr kopyalayarlar. Buda mənə utanc verir və fəxarət hissi yaradır.

Sadaladığım bu 3 fakt Rafiqin elmə, təhsilə öyrənməyə və paylaşmağa necə dəyər verdiyinin göstəricisidir.

Sonda bir məsələnidə deyim. Hər dəfə Rafiq və Anarla söhbət edəndə (bizim demək olar ki, butün görüşlərimiz 3lu formatda olur) hiss edirəm ki, bu adamların hər ikisi qətiyyən mənfəətçi və ya etdiklərinə görə nesə uman deyillər. Çox maraqlıdır… deyirlər yaxşı etmək hamının işidir, amma əsas yaxşılıq edib, unutmaqdır. Rafiq… öz aramızdı sən bunu çox yaxşı  edirsən. Sən yaxşılıq edirsən və onu tezliklə unudursan.

P.S. İnanıram məni etdiyin yaxşılığıda unudacaqsan, Anar müəllim bilir hansı yaxşılığı, o bağda bir xırda yaxşılıq etmişdin eee, onu unutmusanda elə deyil?! Əla. Unut. Qəti xatırlama!))

Rafiq haqqında çox yaza bilərəm… AMMA sonda demək istəyirəm ki, sənin etdiklərinin faydasını biz nəyin ki, bugün görürük, yaxın 5 ildən sonra daha çox görəcəyik… sənin yetişdirdiyi AİR-çilər, sənin yazdıqları əsasında güclünən və savadlanan gənclər, sənin dərslərindən marketinqi öyrənən cavanlar və s.

Rafiq sənə minnətdaram, ona görə ki, bugün mən ürəklə deyə bilirəm ki, “Rafiq mənim dostumdur”.

Neysəəə… xahiş edirəm məktubu oxuduqdan sonra mütləq yandır, yad adamın əlinə keçməsin!)

bilirəm yeri deyil, amma yenədə deyim, Ad Günün Mübarək!!!

İMZA: İlkin Manafov

Yevlax şəhəri, 15.07.2015, saat 23:45

şərhlər

şərhlər

2 Comments

  1. Teessuf ki bu yazini indi oxuyuram. Men Rafiq Hünaltayı 1 hefte önce marketinq haqqında telimde tanımışam. Heqiqeten çox savadli insan, mütexessis olduğu bilinir. Hetta 2 gün sonra tehsil aldığım univesitetde oxuduğum ixtisasın kafedrasında muellim olduğunu öyrenende çox teeccüblenmişdim. Teessüf ki, ixtisas qruplarına ders demir.. Men sizin yazılarınızı oxuduqca başa düşdüm ki, marketinq nedir. Çox teşekkür edirem size. Bacardığım qeder çalışıram ki sizlerden daha çox bilik elde edim ve arzumdakı kimi bir gün men de yaxşı marketoloq olum…

Leave a Reply to Niyə Anar Bayramov mənimlə razılaşmır?! | İlkin Manafov

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close