image_pdfimage_print

Əziz oxucu, bugünlərdə “yayın” bizə verdiyi imkanlardan istifadə etdiyim üçün bloqda Sizinlə söhbət edə bilmirdim… Sizi bilmirəm, amma mən çox darıxmışam. Çox sentimental söhbətlərə qapılmadan ağlımda olan bir neçə mövzu barədə fikirlərimi paylaşmaq istəyirəm. Mən bilirəm ki, hər bir valideyn öz övladının gələcəyi, ona lazımı savad vermək barədə düşünür. Bu çox təbiidir. Savad dediyimiz zaman, biz onların xarici dil, kompyuter, məntiq, ümumi dünya görüş kimi bilikləri aiddir. AMMA çox az adam… öz övladına maliyyə savadı vermək barədə düşünür. İstəyirəm bu yazıda uşaqlara maliyyə savadının vacibliyi barədə danışım.

Dostlarında bildiyi kimi, mənim iki övladım var: qızım Ülkər (6 yaşa yaxın) və oğlum Namaz (3 yaşı olacaq). Orta statistik Azərbaycan atası kimi… məndə uşaqların dərslərinə, dünya görüşlərinə fikir verməyə çalışıram. Onlara kitab alıram, onları repititor (yalnız qızımı) yanına qoyuram və təbii ki, hansısa dərnəklərə yazdırmışam (şahmat, rəqs, rəsim).

Paralel olaraq… yenədə orta statistik Azərbaycan atası kimi… bizim evdədə uşaqların pul yığmaq qabı – loru dild – “kopilkası” var. Hətta uşaqlar etdikləri müsbət şeylərə görə, pulda alırlar. Amma bir məsələni müşahidə edirəm ki, bu bir o qədərdə onları motivasiya etmir. Məsələn, mənim qızım eşidəndə ki, şahmat yarışında qalib gəldiyi zaman 10 manat qazanacaq… motivasiya olunmur. Görəsən niyə!? Mən məhz dünənə qədər bunun səbəbini aça bilmirdim. Bu nöqtədə Sizə bir hadisə danışmaq istəyirəm. Xoşbəxtçilikdən danışdığım ailə evreydir, Sankt-Peterburqda yaşayır və azərbaycan dilini bilmir. Deməli mən ürəklə danışa bilərəm.

Deməli bu ailə ilə mən Almaniyada tanış olmuşdum. Bizim German Studio-da təmsil etdiyimiz Stormer Kuchen, bu ailə Rusiyada təmsil edir. Ər-arvad bir bizneslə məşğul olurdular və mənə ailədə uşaqları necə tərbiyə etdikləri barədə söhbət edirdilər. Ər işdən gəldiyi zaman, uşaqlara tapşırıq verir, hər tapşırıq konkret pulla bərkidilir, yəni bir misal məsələn, 10 rubl. Bundan sonra uşaqlara nənələrinə getmək üçün lazım olan məbləğ izah edilir. Nənə İzrayılda yaşayır və uşaqlar bilirlər ki, aviabiletin qiyməti neçəyədir. Əziz oxucu, mən öz gözlərimlə uşaqların puldan ötrü necə həvəslə dərslərini oxuduqlarının şahidi olmuşam… bundan başqa uşaqlar demək olar ki, artıq heç bir şeyə pul xərcləmək istəmirdilər. Ata-ana uşaqları restorana apara bilmirdi… çünki uşaqlar dəqiq şəkildə bilirdilər ki, onlar yay aylarına qədər pul yığmalıdılar. Mən tez-tez bu ailəilə internetdə danışıram və hər dəfə onların uşaqlarının necə yüksək nəticələrlə məktəbdə oxuduqlarını görürəm. Düşünürəm ki, bu metod işləyir.

Keçək bizim söhbətə… biz uşaqlara “kopilka” alırıq… AMMA pulun dəyərini və ya şirinliyini başa sala bilmirik. Ən azından məndə bu alınmırdı. Son günlərdə bu istiqamətdə Kraynovun araşdırmalarını oxuduqdan sonra… öz-özümdə uşaqların motivasiya edilməsi üçün yeni metoddan istifadə etməyə başlamışam. Beləliklə mən uşaqlara maliyyə savadı (puldan düzgün istifadə etmək) və motivasiya etditmək üçün aşağıdakıları edəcəm:

  1. Konkret hədəflər qoyulacaq və bu hədəflərə görə pul mukafatı olacaq.
  2. Müstəqil bu puldan xərcləməyə icazə veriləcək. Məsələn, uşaq özü sərbəst şəkildə mağazadan hansısa bir əşyanı, əgər pul çatırsa ala bilər.
  3. Lazım gəldikdə “borc” verilə bilər. Amma verilən borc onun hədəfi miqdarında olmalıdır. Məsələn, şahmat kitabında olan 5 misalı tapmaq, əvəzində 5 manat qazanmaq. Bu zaman misalı tapmamış 5 manat borc verilə bilər, misalı tapdıqda borc geri alınacaq.
  4. Uşaq arzuları konrket pula, puldan isə tapşırıqlara doğru kiçildiləcək. Məsələn, Moskva səyahəti 300 manat, bunun üçün 3 şahmat kitabında olan misalların hamısı həll edilməlidir və qazanılan pullar xərclənməməlidir və s.
  5. Riyaziyyatla əlaqəli xırda tapşırıqlar mütamadi qaydada verilməlidir. Məsələn filan qədər var edi, filan qədər getdi, yerdə nə qala bilər və s.

Əziz oxucu, bu dediklərim 3-6 yaşlı uşaqlar üçün tətbiq ediləcək və yuxarıda yazdıqlarım bu sahədə oxuduğum, diqqət etdiyim bir neçə ailənin təcrübəsindəndir. Bilirsizdə valideyn uşaqlara savadlı olmağın vacibliyini satmalıdır. Düşünürəm ki, hər bir valideyn mütləq qaydada övladına maliyyə savadıda aşılamalıdır. Bu olmadan cəmiyyətə faydalı ovlad yetişdirmək çox çətin görünür.

Bugün ölkəmizdə olan bir çox problemlərin kökündən sadə Azərbaycan ailəsinin maliyyə savadının azlığı dayanır. Aylıq əmək haqqısı 400-600 manat olan adamın kreditlə iphone alması və avtomobil alma səbəbinin kökü məhz bir vaxtlar valideynlır tərəfindən maliyyə savadının verilməməsindədir. “Pul əl çirkidir”, “dünya malı, dünyada qalır”, “Allah kərimdir…”, “3 günlük dünyadır” kimi sözlər bugün ölkəmizdə problemli kreditlərin belə acınacaqlı vəziyyətdə olmasının bariz nümunəsidir, məncə.

Məhz bu problemlərdən çıxış yolu, düzgün və sistemli maliyyə savadı olan vətandaşların formalaşmasından keçir. Bu sahədə yeni fikirlərə, düşüncələrə ehtiyyac var.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close