image_pdfimage_print

Dünyada ən çətin iş nədir?! Məncə yaxşı uşaq böyütmək. Dünyada insanın ən vacib missiyası nədir? Məncə yaxşı uşaq böyütmək. Gələcək üçün ən vacib investitsiya nədir? Məncə yaxşı uşaq böyütmək. Bu yazıda mən əmin olduğum çox sadə bir həqiqət barədə Sizinlə fikirlərimi bölüşmək istəyirəm. Əgər uşaqların tərbiyəsi Sizin üçün aktualdırsa bu yazını mütləq oxuyun, yaxşı?

İcazə verim… yazını bugün başıma gələn bir hadisə ilə başlayım. Deməli… axşam divanda oturub dostumuz Anar Bayrmaovun “Biznes nə istəyir?” kitabını oxuyurdum… Allah hamının övladını özünə bağışlasın… oğlüm yaxınlaşdı, 3 yaşı noyabrda olacaq. Aramızda belə bir dialoq oldu:

Oğlum: Ataaaa, sən dostunuuun çitabını oxuyursan?

Mən: Necə oğlum?

Oğlum: Sən dostuuunun çitabını oxuyursan? (çitab = kitab – deməkdir, atanın ağzından!)

Mən: Bəli oğlum, dostumun kitabını oxuyuram.

Oğlum: Onda… məndə gedim öz dostumun çitabını oxuyum…

Otaqdan çıxır, öz otağından nağıl kitabını gəririr və mənim yanımda oturur, kitabın şəkillərini baxır. Oğlumun kitabın tanınma səbəbi, çox sadədir, Anar-ın kitabın arxasında şəkli var, buda şəkli görüb və real həyatdan tanıdığı üçün, tanıyıb.

Çox zaman bəli şeylər eşidirik… indi ki, uşaqlar telefona yaman maraqlıdır və s. Sizcə niyə?! Səbəb çox sadədir… çünki, uşaq görür ki, valideyn daim əlində telefon oynadır. Nəticədə… uşaq telefon xəstəsinə çevrilir.

Düşünürəm ki, valideyn tətbig edəcəyi ən ideal tərbiyə metodur, məhz göstərməkdir. Demək yox, göstərmək. Məsələn, əgər biz istəyiriksə uşaqlarımız ingilis dilinə marağı olsun, onlara göstərmək lazımdır… ingilis dilini bilmək nə qədər yaxşıdır.

İstəyiriksə uşaq valideynlərə qarşı sevgi dolu olsun, özünüz bunu edin, övladınız görsün ki, bunu necə etmək olar. Uşaq tərbiyəsində “Aşıq gördüyünü çalar” misalı birə-bir işləyir, məncə.

Yadıma gəlir… bir dəfə söhbət əsasında Zəynab Məmmədyarova demişdi ki, övladım… heçnə öyrətmədən şahmat oynamağa başlayıb… çünki evdə hamı şahmat oynayır (Şəhriyar, Türkan və Zəynəb Məmmədyarovalar). Bu arada mənidə heç kim şahmata öyrətməyib… evdə daim atam kiminləsə şahmat oynayırdı (dayı, əmi) və mən onlara baxıb rahat öyrənmişəm (düzdür sonra atamın böyük dəstəyi ilə şahmatda uğurlar qazanmışam…).

Bir sözlə düşünürəm ki, uşaq tərbiyəsində göstərmək hər zaman deməkdən daha təsirlidir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close