image_pdfimage_print

Muasir biznesdə Djek Trautun dediklərinin aktuallığı gündən-günə daha çox artır. Əgər bir vaxtlar böyük fabrikə sahib olmaq (General Motors kimi), mükəmməl təhcizat sistemi qurmaq (İKEA kimi), distribyutsiyada lider olmaq (Coca Cola kimi) bötük üstünlük hesab edilirdisə bugün bu anlayışlar geridə qalır. Bugünün biznesi fərqlənməyi tələb edir, bugünün düşüncəsi bənzərsizlik tələb edirbugünün biznesi qeyri-maddi aktivlərin gücünü tələb edir. Ətrafımıza baxaq…

Hər il olduğu kimi, dünyanın ən bahalı brendlərinin siyahısı dərc edildi… vaxtınızı çox almadan ilk 5-likdə olan brendlərə diqqət edin:

  1. Apple – 145,3 mlr. dollar. Xatırladırıq ki, Apple şirkəti 2014-cu ildə ilk dəfə olaraq Samsung-dan daha çox smartfon satmışdır və brend dəyəri keçən illə müqayisədə 17% artmışdır. Brendə diqqət edin… Apple demək olar ki, öz fabriki yoxdur, məhsulların hamısı autsorsinq vasitəsi ilə orda-burda istehsal edilir, şirkət isə bizə sadəcə hava – brend satır.
  2. Microsoft – 69,3 mlr. dollar. Şirkət liderdən demək olar ki, 2 dəfə daha az brend dəyərinə sahibdir. Eyni zamanda diqqət edirsinizsə bu brendində demək olar ki, məhsulu havadır. Keçən ilə görə brend dəyəri 10% artmışdır.
  3. Google – 65,6 mlr. dollar. Əziz oxucu, bəs google nə satır, hanı axı, onun məhsulu… buna baxmayaraq dünyanın üçüncü ən güclü brendidir. Keçən ilə görə Google-də 16% artım edib.
  4. Coca-Cola – 56 mlr. dollar. Bu arada Cola bu il brend dəyərində heç bir artım etməyib. Bu siyahıda Cola qeyri-IT sahəsindən yeganə şirkətdir. Amma çox sevinməyək… Colanın demək olar ki, fabriki yoxdur. Satdığı məhsul isə, sadəcə siroplardır. Əvəzində dünya lideridir.
  5. IBM – 49,8 mlr. dollar. Son vaxtlar şirkət avadanlıq istehsalında ciddi problemlər yaşayır və satışları aşağı düşür, amma hal-hazırda brendin gücü məhz “hava”da məlumatların saxlanılmasındadır. Başqa sözlə desək, indi IBM – IBM edən, havadır.

Digər beş brend müvafiq olaraq, McDonalds, Samsung, Toyota, General Electrik və Facebook-dur. Təxmini olaraq məncə səhnəni başa düşdünüz. İndi bu brendləri birləşdirən çox vacib bir məsələyə diqqət edin – bu brendlərin hər biri tam fərqlidir.

Dünyada Apple etdiklərini kiməsə desək… (Amma bu uğurdan xəbəri olmayan birinə) 100% alınacaq cavab sadə olacaq – bu iş alınmaz. Özünüz düşünün Siz elə bir brend qurursunuz və hər bir elementi fərqli eidrsiniz. Proqram təminatı fərqli, dizayn fərqli, informasiya mübadiləsi fərqli… və nəticədə dünyanın ən güclü brendi yaranır. Eyni şeyi digər brendlər haqdada demək olar.

Muasir biznes həcmindən asılı olmayaraq fərqli yanaşlamalar tələb edir. Bugün “kopyalamaq” yolu ilə uğur qazanmaq gündən-günə çətinləşir. Kiçik biznesdədə eyni məsələlər aktualdır, əgər sən daha fərqli konsepsiya ortaya qoya bilməsən səndən bötüklər səni məhv edə bilər.

Şəxsi karyera qurmaq və ya yeni biznes açmaq istəyən dostlarımız tez-tez bizdən “necə edək” kimi suallara cavab istəyirlər.

Əziz oxucu, Sizə səmimi şəkildə deyim, uğurlu biznesin düsturu yoxdur! Bəlkə buna görə, şəxsi biznes quran və uğurlu adamlar “barmaqla” sayılır. Amma əmin olun, biznesdə və şəxsi karyera qurmaqda Sizin ən böyük dəstəkçiniz öz fikirləriniz ola bilər. Sizi, Sizdən yaxşı bilən yoxdur.

Mən hər il özüm üçün “kumir” hesab etdiyim 2-3 nəfər seçirəm… bu adamları daim izləyirəm, həyat baxışlarına diqqət edirəm və maksimum onların güclü tərəflərini özümdə birləşdirmək istəyirəm… konkret zaman kəsiyində hədəflərimə görə bu adamların adları dəyişir. Amma əsas odur ki, “kumirlər” mütləq real personajlar olmalıdır. Məsələn, bir vaxtlar Andrey Rukavişnikov, Güvən Borça – gülcü marketoloq kimi, daha sonra prioritetlər dəyişir axı… Eışad Abbasov (Embawood), Vadim Cirkov (rusiyalı butik brend mağazaları olan biznesmen), sonra Sergey Qaliskiy və s… əsas odur ki, personajlar maksimum real həyatdan götürülsün.

Mən istəməzdim ki, “kumir” kimi Ricard Brenson, Djek Traut və ya Stiv Djobs götürülsün… çünki bu adamların həqiqi uğurlarını görmək çox çətindir. Bu adamlar artıq əfsanələşiblər, onlardan faydalı nesə öyrənmək çətin olur.

Əziz oxucu, düşünürəm ki, muasir zamanda mütləq və mütləq öz yolunu tapmalı və bu yolun uğuruna inanıb hərəkət etmək lazımdır. Heç bir şəkildə, digər məsələlərə baxmaq olmaz. Bənzərsizlik Sizin əsas gücünüz olmalıdır, məncə.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close