image_pdfimage_print

Artıq yeddinci dəfə Azərbaycanda ilk praktik Marketinq təlimi olan Marketinq AİR, oktyabr ayının birindən, Dəmirçi Towerda start götürür. Təlimlər də iştirak etmək üçün http://facemark.az/marketingair saytına girib geydiyyatdan keçmək lazımdır.

Mən bu yazıda Sizlərə Marketinq AİR təlimlərinin artıq 7-ci dəfə uğurla keçirilmə səbəbləri və əlbəttə, bu yeddinci təlimdə edəcəyimiz yeniliklər barədə məlumat vermək istəyirəm.

İlk əvvəl qeyd etməliyəm ki, Marketinq AİR təlimləri artıq üçüncü il davamlı şəkildə keçirilsədə, her təlim özündə yeni təlim bloklarını əhatə edir. Başqa sözlə desək, təlimin təsisçiləri olan Anar, Rafiq müəllimlər və mən hər Marketinq AİR təlimi üçün yeni təlim materialları hazırlayırıq. Niyə biz hər Marketinq AİR təlimi üçün yenilənmiş materiallar hazırlayırıq? Bunun səbəbləri aşağıdakılardır:

  • Marketinq AİR heç bir şəkildə akademik təlim deyil. Biz öz biliklərimizi paylaşırıq. Biz öyrətmirik, biz öyrənirik və real təcrübədə gördüklərimizi ürəklə, həvəslə öz dinləyicilərimizə çatdırırıq. Hər üçümüz real biznesdə çalışdıqları üçün və təlim ildə cəmi 2 dəfə olduğu üçün, biz mütləq yeni öyrəndiklərimizi deməliyik;
  • Marketinq AİR brendinin konsepsiyasında yenilikçilik dayanır. Bizim brendimizin əsas identifikasiyası yenilikçilikdir. Təbii olaraq bu bizim butün fəaliyyətimizin əsas istiqamətidir. Devid Aaakerin dilinlə desək Marketinq AİR brendinin əsas identifikasiyası – yenilikçilikdir. Bu baxımdan biz yenilikçilik etməyə borcluyuq;
  • Marketinq AİR əsas istiqaməti marketinq və biznes sahəsində olaln biliklərin artırılmasıdır. Biznes, marketinq isə yeniliyi sevir. Bizim butün təlimlərimizdə yenilikçilik prioritetdir və s.

Sizə açıq deyim. Biz hər zaman Marketinq AİR aktivliyinə bir təlim, bir öyrətmək fəaliyyəti kimi baxmırıq. Hər zaman demişəm, indidə təkrar edirəm – biznesdə networking (əlaqələr) vacibdir. Biz Marketinq AİR vasitəsi ilə mükəmməl əlaqələr qazanırıq. Yalnız qazanırıqmı?! Xeyr. Biz qazanıb, qazandıranlardanıq. Bunu fəxr hissi ilə deyə bilərəm… istənilən Marketinq AİR məzunun doslarını fikir verin – orda əsas prioritet məhz Marketinq AİRçilərdir. Bu superdir. Marketinq AİR təlimlərinin həm təsisçilərinin, həm iştirakçılarının əsas dəyəri, əsas qazancı, əsas faydası məhz qurulan əlaqələrdir. Mən əminəm ki, bunu butün AİRçilər bilir (bilməlidir) və başa düşürlər ki, onların biznes həyatlarında Marketinq AİR-in təsiri böyükdür.

Meşə çaqqalsız olmaz, əlbəttə bizim Marketinq AİR təlimlərinin də, məzunları arasında pis yola düşən, səhv addımlar atan, Marketinq AİR-ən özünə biznes-kontakt qurub, indi AİR-in “üzünə ağ” olan “ponyatkasızlar” var. Amma biz bilirik ki, o özüdə başa düşür ki, Marketinq AİR onun biznes həyatında bir mayak rolu oynayır. Həqiqətən də Marketinq AİR öz məzunları üçün bir mayak funksiyasını daşıyır. İstər təsisçilərdən Rafiq və Anar müəllim, istərsədə digər Marketinq AİRçilər hər zaman bir-birlərinə dəstək olurlar. Bu superdir.

Marketinq AİR yalnız marketinq haqqında biliklər vermir, Marketinq AİR öz məzunlarına pozitiv düşüncə, əzmkar fəaliyyət, biznes idarəetmə aşılayır  və sonsuz biliklər qazandırır.Bunu necə edirlər? Bu sirrdir, amma Sizə deyəcəm…

  1. Biz Marketinq AİR ürək qoyuruq. O fəaliyyətdə ki, sevgi, ürək və zəhmətsəvərlik birləşir, orda uğursuz olmaq şansı sıfıra bərabərdir. Yoxlayın, şahidi olacaqsınız!
  2. Biz Marketinq AİR-ən ciddi fayda qazanırıq. Heç bir fəaliyyət fayda verməsə, uzunmüddətli ola bilməz. Başqa sözlə desək Marketinq AİR təsisçiləri bu fəaliyyətdən fayda əldə edirlər. Bəli, bəli. Bu fayda biznes kontaktlarda olur. Bir gün boş vaxtımız olan da yadıma salarsınız, Sizə danışaram ki, bir Marketinq AİRçi məzun məni 4 rəqəmli xeyr verib. Ciddi deyirəm. Xahiş etdim… mənim üçün elə bir iş gördüyü ki, buna görə böyük məbləğdə xeyrim oldu. Sizdə sınayın, əgər hansısa işdən qazanc qazanmırsınızsa, bu heç vaxt daimi və ardıcıl olmur!
  3. Biz Marketinq AİR həyat tərzidir. Biz yalnız təlim və ya bilik fəaliyyətimi kimi deyil, əyləncə, istirahət, bilgi mübadiləsi kimi edirik Marketinq AİR-i. Məsələn, bu ayın 16-da sırf AİRçilər üçün party olacaq. Burada yalnız Marketinq AİR məzunları iştirak edə bilərlər. Mən hər zaman deyirəm… Marketinq AİR təlimlərini kopyalamaq mümkündür, amma orda olan auranı… hec cürə. Mümkün deyil.

Əziz oxucu, Sizlərə mütləq və mütləq Marketinq AİR təlimlərin də iştirak etməyi tövsiyyə edirəm. Təcili qeydiyyatdan keçin, 150 manat kimi xırda bir ödənişi edin və Marketinq AİR ailəsinin üzvü olun. Təcili!!! Bunun üçün sadəcə Facemark saytından qeydiyyata keçin və bizim əməkdaşlar özləri Sizinlə əlaqə quracaqlar!

P.S. Əməkdaş dediklərimiz də bizim AİRçi məzunlardır!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close