image_pdfimage_print

Əziz oxucu, bilirəm ki, Siz hər gün bizim bloqa girib yeni, faydalı məlumatlar almaq istəyirsiniz. Bu çox təbiidir, məndə Sizin yerinizə olsa, eyni şeyi istəyərəm. Amma biz bir məsələ də konkret razılağa gəlməliyik – Mən bu bloqda yalnız və yalnız əmin olduğum, şəxsi təcrübəmdə yaşadıqlarım barədə yazıram (yazacam). Ola bilər ki, bu Sizi qane etmir, ola bilər ki, Siz daha fərqli məlumatlar əldə etmək istəyirsiniz… AMMA sözümüz sözdür  – Mən yalnız yaşadığım məsələlər barədə bloqda yazıram. Bugün isə, mən bu yazı ilə bloqumuzda bir yeniliyə imza atıram. Beləki… bugündən sonra mənim gündəlik həyatımda marketinq, bizneslə bağlı yaşadığım maraqlı epizodlar barədə Sizinlə söhbət edəcəm. Beləliklə birinci epizodumuz – Çayın qiymətinin 35 manat olması kimə xeyrdir?

“Uzaq tanışımız” Anar Bayramov, Azərbaycan biznes icması üçün son dərəcə əhəmiyyətli olan kitabını dərc etdirdi və bizimlə “uzaqdan-uzağa” münasibəti olduğu üçün öz kitabını bizə təqdim etdi (BİZNES NƏ İSTƏYİR? – kitabın adı), müəllif olaraq. Kitab çox maraqlı olması, mütləq oxunmalı olması bir yana, görüşümüz nahar fasiləsində olduğundan Gate25 nahar yeyəsi olduq. Üç nəfər, Rafiq və Anar müəllimlər, mən. Yeməyimizi bitirməyə yaxın digər bir dostumuz Firdovsi müəllim yaxınlaşdı.

Hamılıqla ümümi Azərbaycanda olan vəziyyət, reklam bazarı, marketinq, mebel… (heç mebelin yeridir?!) kimi mövzulardan danışdıqdan sonra çay içmək digər yerə getməyi qərara gəldik. Çox da baha olmayan bir hesabı Gate 25 ödəyib… düşdük aşağı çay içməyə.

Bizim yeni açdığımız German Studio salonu, həmən ərazidə olduğundan düz mağazamızla yan-yana Ərəb restoranı olduğunu xatırladım və ora çay içməyə dostları təşviq etdim. Dedim həmdə salonun yanında olaram. Beləliklə 4 nəfər oturduq Ərəb restoranında (German Studio-nın yanı).

Xatırladım ki, bu restoran Bakımızda ilk ərəb restoranıdır – “Əl Xəlil” adı ilə işləyir. Yeməkləri ilk vaxtlar çox dadlı edi və s. Bu dəfə içəriyə girdikdə, ürəyimə damdı ki, nesə o yer deyil… niyə?!

  • restoranda bizdən başqa müştəri yox edi;
  • ofisiant demək olar ki, yatırdı, hiss edilirdi ki, çoxtandıııııı bura adam gəlmir;
  • ərəb restoranında qeyri-ərəb mahnısı oxunurdu (bu xırda şey olsada, əslində bir göstəricidir).

Neysə… ofisianta dedim ki, bizə çay verin. Sifariş verildikdən bir 15 dəq. sonra çay dəstgahı gəldi… dəstgah dedikdə, bir növ mürəbbə və digər şirniyyatlar. Restoranda oturduğumuz təxminən 2 saat ərzində bir nəfərdə oslun, müştəri gəlmədi və biz hesabı istəyəndə bizdən 35 manat hesab istənildi…

Əlbəttə, ediləcək bir şey yox edi və ilin-günün bu vaxtında 35 manat pulu ofisianta verdik. Hə, yadıma düşmüşkən, ofisianta 100 manatlıq verdik və təbii olaraq restoranda xırda pul yox edi, nəticədə ofisiant Xətai ərazisini gəzib bizim pulu gətirdi… Amma sözümüzün canı qətiyyən bu deyil.

Bu restoranın iç görünüşü, ümumi ab-havası imkan verir ki, bu yerə, şəhərin digər tərəflərindən belə adamlar gəlsin… Bakı əsl ərəb mətbəxi təklif edən yeganə restoran olmaq axı, üstünlükdür, düzdür?!

Mən düşünürəm ki, bu restoranda bəzi ciddi problemlər var. Biznes isə problemləri sevmir. Bu problemlər nələrdir?

  • Restoranın məhsul siyasəti tam oturmayıb. Restoranın yerləşdiyi ərazi iş mərkəzləri ilə doludur və buna baxmayaraq restoran heç bir biznes-nahar təklifi yoxdur.
  • Restoranın qiymətləri astronomik səviyyədə bahadır. Biz Gate 25 verdiyimiz hesabdan, baha bir hesabı yalnız çay üçün verdik. Əldə etdiyimiz dəyər… 100% 35 manatlıq deyil;
  • Restoranın demək olar ki, marketinq-kommunikasiya planı yoxdur. Nə FB səhfəsi, nə İnstagram və ya saytı… nə bir Billbord… bir sözlə biznes tam olaraq “Qurban olduğumuzun” ümidinə buraxılıb!;

Düşünürəm ki, biz bir daha bu restorana gəlməyəcəyik (çünki qorxuruq, 35 manat bahadır!) və hesab edirəm ki, bu restoran təcili şəkildə öz iş prinsipini dəyişməsə… bura gələn ümumiyyətlə olmayacaq, yalnız restoran sahibinin dost-tanışı gələcək. Amma restoran çox böyük imkanları ola bilər, çünki ərazisi superdi, menyusu yaxşıdır və sadəcə işlətməyə ehtiyyac duyur.

Əziz oxucu, inanıram ki, tezliklə biz Ərəb restoranı barədə daha müsbət formada bloq yazaceyik… hələlik isə, biz birinci epizodu Sizinlə danışdıq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close