image_pdfimage_print

Əziz oxucu, bugün Azərbaycanda biznes sahəsində işləyən istənilən adam, ölkəmizdə olan iqtisadi böhranı hiss edir. Nəzərə alsaq ki, biznesində (iqtisadiyyatında) bir həyat tsıklı olur, deməli böhranlar, iqtisadi çətinliklər qaçılmazdır və mütləq olmalıdır. Azərbaycanda olan sahibkarlardan, şirkətlərdən, menecerlərdən fərqli olaraq xarici biznesmentlər bugün ki, vəziyyət dəfələrlə rastlaşıblar. Mən bu yazıda Sizlərə iqtisadi böhran barədə düşündüklərimi paylaşacam.

İlk əvvəl qeyd edim ki, ölkəmizdə biznesin yaşı “cavan” olması ilə yanaşı ölkə iqtisadiyyatı daim inkişaf tendensiya yaşayıb. Butün sahələrdə, daimi və sabit inkişaf olduğundan Azərbaycan şirkətlərində çalışan güclü menecerlər yalnız və yalnız “hücüm” stilində mübarizə aparmağı öyrənib. Məsələn, yadıma düşür… ölkəmizdə mebel sektoru 2000-ci ildən bu yana qədər hər il dinamik artım templəri göstərib, ev mebeli bazarının illik artım templəri minimum 30%, bəzi illərdə isə 60% keçib. Eyni şeyi, tikinti, pərakəndə, istehsal, xidmət… bir sözlə digər sahələrədə aid etmək olar. Təbii ki, bu zamanda işləyən bir şirkət üçün əsas hədəf daha çox satmaq və ya bazar payına daha çox sahib olmaq olub. AMMA və LAKİN…

… bugün ölkədə vəziyyət dəyişib. 2015-ci ilin sonuna qədər ölkəmizdə olan əsas istehlak bazarlarında 20% – 50% nominal ifadələrlə geriləmələr olacaq. Nəzərə alsaq ki, məlum fevral hadisələrindən sonra ölkədə istehlak mallarının qiyməti minimum 10, maksimum 30% qalxıb… deməli bazarda natural ifadələrlədə vəziyyət ürək açan deyil.

Təbii ki, biz bilirik ki, böhran – imkan mənasınıda verir… AMMA ümumi səhnədən heç kim imtina edə bilməz – ÖLKƏdə əsas istehlak bazarlarında ciddi geriləmələr var. Həmçinin dövlət büdcəsinin xərclərinin aşağı salınması, kütləvi ixtisarların başlaması, bankların kreditləşmə prosesini demək olar ki, saxlaması ölkə iqtisadiyyatında ciddi böhran vəziyyətindən xəbər verir. Bunu danmaq olmaz, bunu danmaq özünü quyu qazmağa bənzəyir.

Sizi bilmirəm, amma mən oxumaq üçün hansısa bir kitab seçməzdən əvvəl bunu bir neçə dəfə düşünürəm, amma oxumağa başladımsa, ən azı 2 dəfə oxuyuram, ən azı… Riçard Rumeltin – Good Strategy, Bad Strategy kitabı sözü gedən kiyablardandır və mən neçə gündür bu kitabı ikinci dəfə oxuyuram. Kitabda yaxşı və pis strateqiyalar barədə söhbətlər gedir və keyslərdən biri Amerika hökümətinin SSSR-ni dağıtma strateqiyası çox incə formada təhlil edilir və qoyulan ssenari birə-bir bugün ki, vəziyyətlə üst-üstə düşür. Dİqqət edin:

  • 1970 – 1975-ci illərdə neftin qiymətində güclü artım baş verir (bizim 2009-2014-cü illəri yada salın). Bunun səbəbi ərəb-izrayıl konflikti olur. Bu dövr SSSR iqtisadiyyatı güclü inkişaf templəri qazanır… eyni şeylər bizdədə olub (biz yəni Rusiya və nefti olan digər MDB ölkələri);
  • 1983 – 1988-ci illərdə neftin qiyməti ciddi şəkildə aşağı düşməyə başlayır. 70-ci illərdə neftən gələn gəlirlər hesabına SSSR iqtisadiyyatı tam neft ölkəsinə çevrilir və neftin birdən-birə qiymətinin düşməsi kommunist ölkəsini iqtisadi böhrana salır. İndi olan vəziyyətlə analoqiyanı özünüz aparın. Həmin dövrlərdə SSSR-in baş naziri Qaydar deyir: “Sovet İttifaqının dağılması məhz… 13 sentyabr, 1985-ci ildə olmuşdur. Həmin gün Səudiyyə Ərəbistanın neft naziri bildirir ki, biz OPEK olaraq neftin hasilatını yuxarıya qaldırırıq və bu sözdən sonra neftin qiyməti 7 dəfə aşağı düşərək… SSSR-ni məhv edir;
  • Amerika höküməti 1980-1985-ci illərdə dünyada ən böyük neft alıcısı olmaqla neft alışlarını minimuma endirir… indi olan 2014-1015 ssenarisi tam eyniliklə təkrar edilir. O vaxt SSSR üçün, indi isə Rusiya üçün…

Tarixi bilmək son dərəcə vacibdir. Belə vəziyyətlərdə düzgün proqnoz vermək üçün əlbəttə, ekstrapolyasiya metodundan istifadə etmək olar… bunun üçün sadəcə 1980-1990-ci illərdə olan sxemə diqqət etmək lazımdır.

Dediklərimizdən belə bir nəticəyə gəlmək olar ki, bu dəfə olacaq hadisələr son dərəcə uzunmüddətli və strateji xarakter daşıyır. Dünyada müharibə gedir… üçüncü dünya müharibəzi… sadəcə artıq 21-ci əsrdir və heç kim öz ölkəsində müharibə istəmir, bugün şərti Moskvanı bombalamaq heç kimə lazım deyil?! Çünki orda elə Amerikaya məxsus böyük investitsiyalar var və s.

Əgər 1985-ci ilin sentyabr ayında strateji bəyanat Səudiyyə Ərəbistanə tərəfindən verilmişdisə… bu dəfə bu bəyanat digər müsəlman ölkəsi, İran tərəfindən verildi. Başqa sözlə desək, neftin qiymətinin ciddi düşməsi qaçılmaz hiss edilir və mən 20 dollardan qorxuram, buna ehtiyyac olarsa bu 100% ediləcək.

Hamının bildiyi kimi, dünya iqtisadiyyatı bugün BRHC (Braziliya, Rusiya, Hindistan və Çin) üzərində inkişaf edir və təbii olaraq Amerikan bizneslərinə bu ölkələrə tam giriş lazımdır. Rusiya dedildiyi zaman söhbət digər MDB ölkələrindəndə gedir.

Bu dövrdə biz əmin olmalıyıq ki, Rafiq müəllimin bloqunda qeyd etdiyi tendensiyalar daha qabarıq şəkildə hiss ediləcək, bu dəfə böhran kifayət qədər uzunmüddətli və möhkəm formada bizə doğru gəlir. Daha bir mənfi xəbər… biz bu böhrana qarşı nesə etmək üçün demək olar ki, acizik, çünki bu böhran elnən gəlir… – elnən gələn isə… toy bayram olmalıdır!).

Biz nə etməliyik?! Biz mütləq və mütləq strateji düşünməliyik. Məsələlərə taktiki, xırda səviyyədə qərar vermək olmaz, çünki bu artıq böhrandan çıxmağın yolu, yalnız bu vəziyyətə adaptasiya olmaqdır, yəni biz biznesimizi böhran vəziyyətinə görə uyğunlaşdırmalıyıq.

Bunu necə etməliyik?! Bilmirəm. Çünki bu suallın cavabı artıq hər bir biznesin özündə yatıb, bunu sadəcə tapmaq lazımdır. Məndə axtarıram, amma hələlik konkret sxem cızmamışam, amma 100% bilirəm bu edilməlidir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close