image_pdfimage_print

Əziz oxucu, istəyirəm Sizə son dərəcə ibratamiz və mənim fikirlərimi “alt-üst” edən bir tarixi döyüş və ya hərbi strateqiya barədə danışım. Sizə danışacağım mövzu dünya tarixində İLK sistemli döyüş strateqiyası hesab edilir, buna baxmayaraq biznes, şəxsi həyatdada bu strateqiyadan istifadə etmək məncə olar. Beləliklə keçirəm bir-başa nəql etməyə…

Rim (Roma) imperiyası eramızdan əvvəl Qanniballa çoxlu tarixi döyüşlər etmişdir. Məlumdur ki, o vaxtlar Rim imperiyası dünyanın müxtəlif ölkələrini nəzarət edirdi və belə ölkələrdən biri Karfaqen şəhər-ölkəsi edi. Karfaqen Afrikada yerləşirdi və Rim imperiyası bu ölkəni işğal etdikdən sonra, Qannibal öz ordusu ilə, İspaniya – Fransadan keçərək alp dağlarından İtaliyaya çatır. Qannibal tez-tez italiyan şəhərlərin hücümlar çəkir və Rim imperiyasının zərərlər vurur. Bundan bəzən Rim hakimiyyəti öz sərkərdələrini böyük miqdarda ordu dəstəyi verərək Qannibalı məhv etmək tapşırığı verir.

Döyüşlər Adriatik dənizinin sahillərində (Mixaylo olan yerlərdə) olan Kannı (Monte-di-Kanne) adlanan yerdə baş tutur. Rim imperiyasının 85 min nəfərlik ordusu, 50 minlik Qannibal ordusu ilə üz-üzə gəlir.

Qannibal öz ordusunu eninə (vertikal) formada düzdürür və ortaya çox az miqdarda əsgər qoyur, bir növ ortanı boş saxlayır. Əsgərlərini arka formasında düzür, ortanı boş saxlayır və ordusunun böyük əksəriyyətini ortan hissənin arxasından düzür. Döyüş başlayan kimi, Qannibal orta cəbhənin sağ və sol tərəfə qaçmasını əmr verir. Başqa sözlə desək, ilk baxışdan orta boş görünsədə, əslində ortadan düşmən ordusu irəli çox getdiyi zaman böyük müqavimətlə rastlaşır.

Döyüş başlayır… və təbii  olaraq Rim ordusu ortada olan boşluğu hiss edir və butün orduyla ortadan Qannibalın ordusu olan əraziyə həmlə edir. Bu zaman sağ və sol cinahdan düzülmüş ordu passivlik göstərir. Düşmən ordusu orta cəbhədən içəriyə doğru gəldikdə düzülüşləri “kolbasa” formasını alır, çünki orta cinah çox dar formada boşaldılmış olur. Rim ordusu irəli getdikdən sonra, Qannibalın əsgərlərinin birdən-birə hücumuna məruz qalır. “Kolbasa” formasında düzülüş Rim ordusunu tam olaraq mobillikdən salır.

Bu zaman Qannibal sağ və sol cinahda gözləyən əsgərlərinə döyüşə girməyə tapşırıq verir və Rim əsgərləri üç istiqamətdən mühasirəyə düşür. Əsgər sayı, Qannibalın ordusundan 30 min çox olduğu təqdirdə ordu tam olaraq başsız formada qalır. Həmin döyüşdə Rim əsgərləri 50 min nəfər itki verir, Qannibal ordusu isə ümumi döyüşdə cəmi 5 min əsgərini itirir.

Əziz oxucu, dediklərimizdən hansı nəticələri əldə edirik:

  1. Düzgün planlama bəzən məhdud resursların çoxalmasına gətirib çıxarır. Konkret döyüşdədə göründüyü kimi, Qannibal əsgərləri sayca az olduqları halda, daha mobil və effektiv hərəkət edirlər;
  2. Vacib deyil, sənin imkanların nədir, vacib olan sən bu imkanlardan necə istifadə etməyindir. Nəzarət edilməyən güc, sənin deyil;
  3. Düşünmək hər zaman, lazımdır. Hətta düşmənlə burun-buruna gəldiyi vaxtda belə Qannibal düşünərək, hiylə edir və məhz bu hiylə hesabına Rim ordusunu qalib gəlir və s.

Düşünürük ki, deyilənlərin hər biri biznesdədə keçərlidir. Məhz düzgün planlama hesabına biz, öz iş prinsiplərimizi həyata keçirə bilərik.

Qrossmeesterlərin oyununa fikir verin… onlar şahmatda qalib gəlmək üçün heç vaxt hansısa fiquru vurmağı, mat qoymağı düşünmürlər. Onlar oyun boyu öz mövqeylərini möhkəmləndirirlər (məsələn, mərkəzi ələ keçirmək istəyirlər, topu açıq xəttə qoyurlar, fili diaqonala keçirirlər, atı formosta qoyurlar və s.). Oyun boyu öz məqamını gözləyirlər və yalnız imkan olduğu zaman hücuma keçirlər. Hər şeydə belədir. Hər şeydə şahmat prinsipləri işləyir. Düzgün planlama, səbr etmə, doyuş vaxtının düzgün təyin edilməsi hər yerdə vacibdir.

Əziz oxucu, mən bu misallı Riçard Rumeltin yazılarından oxumuşam, mənim üçün çox faydalı olub. İstədim Sizdə biləsiniz. Faydalı oldumsa, çox sevindim.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close