image_pdfimage_print

Bugünlərdə sevimli Marketinq AİR məzunumuz olan Rəşad bəy, özünün ilk bloq postlarının birində “niyə bloq yaratdım?” suallı ilə bizə səslənmişdi… Əslində bu suallın cavabını mən hələ 2012-ci ildə bloq yaratdığımız zaman düşünürdüm və cavabını özüm üçün bilirdim, daha əvvəl Sizinlə bu haqda heeeç söhbət etməmişdim. Amma Rəşadın yazdığı bloq mənim üçün yaxşı stimul oldu və İLK dəfə olaraq Sizin qarşınızda niyə bloq yazdığımı deyə bilim. Maraqlıdırsa oxuyarsız, yaxşı?

Əziz oxucu, ilk əvvəl istərdim ki, Sizə mənim üçün bloqun nə olduğu barədə fikirlərimi bölüşüm. Beləliklə bloq mənim üçün nədir?

  1. Bloq özümü ifadə vasitəsidir. Bloq ilk əvvəl İlkin Manafov üçün özünü ifadə vasitəsidir. Biz bloq vasitəsi ilə, öz düşüncələrimizi Sizinlə bölüşürük. Biz susmuruq, biz öz fikirlərimizi aktiv şəkildə Sizinlə bölüşürük. Biz müşahidə edirik və müşahidə etdiklərimizi, bizim gözümüzdə konkret məsələlərin necə göründüyünü yazırıq.
  2. Bloq paylaşma arenasıdır. Bloq vasitəsi ilə mən öz düşüncərimizi Sizinlə paylaşıram. Bloq mənim üçün bir kürsü, bir platformadır. Məhz bu platforma vasisədi ilə biz Sizinlə tanış ola bilirik.
  3. Bloq tanışlıq meydanıdır. Sizə səmimi deyim, mən bloq vasitəsi ilə özümə çoxlu faydalı tanışlıqlar qazanmışam və bloqumuzun hesabını biz daha əvvəl tanış olduğumuz adamlarla fərqli müstəvidə görüşmüşük.

İndi keçək daha vacib məsələyə, mən niyə bloq yazıram? İcazə versəniz mən bu sualla bir-az fərqli tərəfdən yanaşardım… mən nələrə görə bu bloqu yazmıram?

Bloqu mən şəxsi PR üçün yazmıram. Çox zaman bizim bloqumuzu oxuyan adamlar belə iradlar tuturlar… “Sizin yazılarda çoxlu səhvlər olur… Siz bununla öz imicinizə mənfi təsir edirsiniz, niyə?!” Əzizlərim… hər dəfə deyirəm, yenədə deyim – bloq mənim üçün şəxsi PR vasitəsi deyil.

Məni yaxından tanıyanlar bilir, Sizdə əmin olun, biz bloqu sadəcə xobbi üçün, fikirlərimizi Sizinlə bölüşmək üçün yazırıq. Biz maska taxmırıq, necə düşünürük yazırıq. Biz maska taxmırıq, bəzən hərf səhvlərini, qrammatik səhvləri bilmədən edirik, sadəcə bilmirik düz necə yazmaq olar. Amma yazırıq, çünki biz burda Sizinlə səmimiyyət edirik.

Əlbəttə, bu hamının xoşuna gəlmir. Bilirik, bizdə bilirik ki, bloqumuzda səhvlər az olsa daha yaxşı olar… AMMA və LAKİN bizim qüsursuz bir sayt yaratmaq kimi düşüncəmiz, planımız yoxdur. Bizə sadəcə öz fikirlərimizi maskasız formada Sizinlə bölüşmək üçün platforma lazımdır. Bu hamının xoşuna gəlməyə bilər, amma bizdən xoşu gələnlərdə var. Düzdür?!)

Bloqu mən elmi biliklərimi sübüt etmək üçün yazmıram. Çox zaman dostlarla söhbət zamanı belə sözlər eşidirəm… “Məndə bloq yazmaq istəyirəm, sadəcə hələlik oxuyuram (öyrənirəm)”. Mən bu fikri heç başa düşmürəm. Bloq yazmaq üçün biz gündəlik həyatımızda baş verənləri bölüşməliyik. Təkrar edirəm, biz hansısa bir elmi istiqamati işıqlandıracaq deyə kiməsə söz verməmişik. İstəyirik yazırıq və s. Bloq yazmaq üçün nəyisə öyrənmək lazım deyil, əgər bloq yazmaq haqda düşünürsüzsə, bunu təcili edin və birinci bloq postunuzda “Mən bloq yazmağı düşünrəm” haqda yazın… sonra özünüz görəcəksiniz – Karvan yolda düzələr

Bloqu mən təlim tutmaq üçün yazmıram. Çox zaman mənə deyirlər “İlkin müəllim, Sizin təlimlər bizim çox xoşumuza gəlir, Siz çox güclü təlimçisiniz…” İnandıram Sizə, bilmirəm bu dostlar kimdən danışır. Axı mən təlim demirəm, mən sadəcə fikirlərimi bölüşürəm. Mən sadəcə məni dinləyənlərlə söhbət edirəm. Onlardan nələrisə öyrənirəm… mən öyrətmirəm, mən payşıram, necə biz Marketinq AİR əsas konsepsiyasını – We Share – etmişik.

Bəzən şirkətlər məni təlimə dəvət edəndə… utanıram. Axı mən təlimçi deyiləm. Mən sadəcə bizneslə məşğul oluram və daxili istəyim olduğu üçün öz biznesdə bildiklərimi həvəslə çatdırmağa bölüşməyə yazıram. Bizim bloq heç bir şəkildə “mən təlim deyirəm” mesajını vermək üçün deyil.

Bilirsiz indi bu cümlələri yaza-yaza nə düşünürəm?! Düşünürəm görəsən, Siz bu bloqu oxuduğunuz zaman özünüz nə düşünəcəksiniz, Sizcə nə düşünürsüz – İlkin Manafov niyə bloq yazır?

Əgər fikirləriniz olsa xahiş edirəm mənə yazın, birlikdə müzakirə edək, yaxşı?

Hə birdə, yadıma düşmüşkən deyim… bloq fəaliyyətinə başlamaq çox asanddır, amma mütamadi qaydada ayda minimum 14 postla illər boyu yazmaq bizdən çox böyük iradə və əməksevərlik tələb edir. Diqqət edin… əksər bloqerlər “bir vaxt yazırdım…” aurasındadır. Hər bir işdə olduğu kimi, bloq fəaliyyətidə ardıcıllığı və davamiyyəti sevir. Ardıcıl və davamlı olun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close