image_pdfimage_print

Əziz oxucu, həyatda insanın qazandığı istənilən uğurda mütləq qaydada kimlərinsə rolu var. Qazanılan hər bir qələbədə əsas gəhramandan başqa – görənməz gəhramanlar olur. Çox sevindirici haldır ki, bugün Sizin oxuduğunuz bu bloq, ana dilimizdə olan ən oxunaqlı biznes-bloqdur. Bu qələbədə, İlkin Manafov-un (mənim) rolum maksimum bu bloqu oxuyan oxucu qədərdir. Başqa sözlə desək, əgər bizi oxuyurlarsa, bu Sizin nailiyyətinizdir. Mən bu yazıda son vaxtlar sosial şəbəkələrdə çooox müzakirə edilən ZARA, ana dilimizdə ən çox satılan biznes ədəbiyyatlardan olan “360 dərəcədə brendinq” və digər bir neçə məsələ barədə fikirlərimi bölüşmək istəyirəm. Amma çox xahiş edirəm, öz aramızda qalsın, yaxşı?!

Bu bloq postda mən Sizinlə səmimiyyət “dozasını” dahada artıracam və çooox xahiş edirəm ki, məni düz başa düşəsiniz. Başa düşmək demişkən… dünən, kiçik oğlumla Yeni Bulvarda basketbola baxırdıq. Bu mənim oğlumla ilk birlikdə nəsə etməyimiz edi və “ata-bala” söhbətdə edirdik (basketbol, top və s. şeylər haqqında). Oğlumun 3 yaşı olduğu üçün söhbətimiz “yümşaq desək” bir o qədərdə tutmurdu))

…yanıma bir nəfər oğlan yaxınlaşdı və… “Siz İlkin Manafovsuz?” deyə sual verdi. Məndə nə gizlədim… “hə” dedim. Oğlan (təxminən 30-32 yaşında olardı) özünün neft sektorunda işlədyini və hər gün səhər işə gələndə ilk işinin www.ilkinmanafov.com saytını açmaq olduğunu dedi. Mənə çoooxlu xoş sözlər dedi… təbii ki, mən bu xoş sözlərə layiq olmadığımı desəmdə… mənə icazə vermədən öz pozitiv enerjisini mənə verib, bizi  (oğlumla məni) tərk etdi. Sizə bir sirr açım?! Bilirsiz nə qədər belə hallar olur?!

Əziz oxucu, getdiyim hər bir biznes görüşündə, görüşdüyüm hər bir şirkətdə mütləq bizim (yəni Sizin) bloqu oxuyan biri tapılır və mənə çox sağ ol deyir. Onlar elə danışırlar ki, az-qala mənim özümdə inanıram ki, güya bu bloqu mən yaratmışam… və güya mənim nesə bunlara xeyrim deyir.

Bu o deməkdir ki, bizim bloq insanları faydalı olur. Sağ olsunlar ki, bizim bloqu faydalı hesab edirlər!

2012-ci ilin yanvar ayı edi… və dostumuz İslamla internetdə bloq haqqında danışdıq… o vaxt elə indi olduğu kimi “bloq-muluq” nə olduğunu bilmirdim, amma Google ofisində stajirovkaya getmişdim, paylaşmaq istədiyim informasiyalar var edi. İslam sağ olsun, mənə gördüyünüz bu bloqu hədiyyə etdi… və yanvar ayının 12-də ilk bloq postumu dərc etdirdim.

Əziz oxucu, bugün bizim bloqda 750-ə qədər post var. Bizim bloqumuz bir dəfədə olsun reklam edilmədən, 300000 çox dəfə oxunmuşdur. Azərbaycan dilində belə bloq hazırlamaq üçün, mütləq və mütləq motivasiya olmalıdır. Mənim motivasiyam bilirsiz nə edi? Düz tapdınız. Mənim motivasiyam Sizsiniz. Məhz Sizin bizi oxuduğunuza görə bugün ana dilimizdə belə bir bloq yaranıb. Sizi əmin edirəm bizi oxuyurlar.

Bugün mənə Zara & Inditex Group Caucasus şirkətinin rəsmiləri 3 dəfə zəng ediblər. Daha doğrusu dünən 2 dəfə, bugün isə 3 dəfə zəng ediblər. Onlar ZARA 28 Mall mağazasında yaşanan insidentə görə Sizlərdən üzr istəyirlər. Onlar söz verirlər ki, tezliklə ZARA mağazalarında bir nəfərdə olsun, əcnəbi vətandaş işləməyəcək. Əcnəbilər yalnız və yalnız təlim… funsksiyanını yerinə yetirəcəklər… buda konkret vaxt kəsiyində. Sonuncu cümləni mənə Zara & Inditex Group Caucasus şirkətinin HR direktoru Tamar Gelashvili zəng edib deyib. Başqa sözlə desək… Sizin oxuduğunuz bloq hesabına Azərbaycanın tarixində İLK dəfə olaraq bir əcnəbi brenddi yalnız və yalnız yerli işçilər təmsil edəcək. Hə… bundan sonra biz öz millətimiz orda rusca danışar, ingiliscə danışar və ya nə bilim nəcə danışar… bu artıq bizim özümüzün işidir. Düzdür?!

Bu arada Sizin səyiniz hesabına bu yazı dəhşətli oxunma rekordları qırdır… demək ki, bizim yazı üslübumuz yaxşıdır. Statistika yaxşı elmdir axı!))

ƏZİZ OXUCU, SAĞ OL ki, bizim bloqumuzda olan çooooooox saylə qrammatik səhvlərə göz yumaraq bizi belə dinləyirsiniz. Bu arada deyim, bizim bloq yazılandan cəmi 3 saat sonra ölkənin butün aparıcı xəbər portalları bizə istinad edirdi. Halal olsun, Sizə!

Çoxlarınız bilir, bilməyənlər bilsin, biz ana dilimizdə İLK dəfə olaraq brendinq haqqında bir kitab yazdıq – 360 dərəcədə brendinq. Kitabın qiymətini Azərbaycan dilində olacaq bir ədəbiyyat üçün astronomik hesab edilən bir rəqəm – 12 manata qoyduq. Yaxın dostlar imkan vermədi… mən 21 manat qoymaq istəyirdim. Kitabımız nəşr ediləndən sonra artıq ikinci dəfə nəşr etdiririk. Kitabımız kitab mağazalarının diliylə desək “fantastik” satış rəqəmləri göstərir. Bizi oxuyurlar, bizdə kitabı pul verirlər. Mən bu faktla fəxr edirəm! Bilirsiz niyə?!

Çünki… biz “rus” dilli ədəbiyyat sevərlərə sübüt edə bilirik ki, Azərbaycan dilindədə kitab yazılır və oxunur. Bizim kitab istər sosial şəbəkələrdə, istər satış nöqtələrində həvəslə müzakirə edilir. Biz faydalı oluruq. Bu superdir!

ƏZİZ OXUCU, SAĞ OL ki, bizə belə motivasiya verirsiniz, biz Sizə güvənib ürəklə öz üzərimizdə işləyirik, kitablar yazırıq və nəticədə “360 dərəcədə brendinq”, “biznes nə istəyir” kimi kitabları masanın üstünə qoya bilirik.

Bizi tənqid edirlər… deyirlər ki, biz ana dilimizdə yaza bilmirik, biz qrammatik səhvlər edirik və s.

Sizə bir sual verim – Sizcə qrammatik səhvlə yazmaq yaxşıdır, yoxsa heç yazmamaq?! Amma əlinizi ürəyinizə qoyun, düzünü deyin…

Mən əminəm ki, çoxlarınız bunu bilmirsiz… AMMA deyim ki, bilin. Buna Sizə ona görə deyirəm ki, bu bloq məndən çox, Sizindir və Sizin haqqınızdır ki, öz işçinizi tanıyasınız – işçiniz mənəm. Siz bu bloqun rəhbərisiniz həmdə sahibisiniz, məndə bu bloqun kasıb, maaşa baxan… işçisi. Sizin haqqınızdır ki, işə götürdüyünüz adamı tanıyasınız, düzdür?!)

Mən orta məktəbi rus dilində bitirmişəm… ali məktəbi isə, Azərbaycanda, Almaniyada və Rusiyada oxumuşam. Başa düşdüyünüz kimi, mənim xarici dil biliklərim “yümşaq desək” yaxşıdır. Hətta… mən daha dərinə gedim… çox zaman bizim bloqda haqda deyirlər ki, guya Sizin işçiniz (yəni mən) biznes nəzıriyyəsini bilmirəm… bunada cavab verim.

Mən İqtisad Elmləri Namizədiyəm, qlamurların dilinlə desək PhD-yəm, özdə VAK tərəfində diplom almış PhD, aspirantlar, dissertantlar bunun nə olduğunu bilir. Mənim dissertasiya işim Azərbaycan dilində yazılan yeganə elmi işdir ki, həm İqtisadi İnkişaf Nazirliyi həmdə xarici “balaca” şirkət olan Siemens AG tərəfindən – “BU DİSSERTASİYA NƏTİCƏLƏRİNİ BİZ TƏTBİG EDİRİK VƏ MÜSBƏT NƏTİCƏLƏR ALIRIQ” məktubu verib. Digər sözlə desək… mən Sizi istəsəm, uzun-uzadı qəliz sözlərlə yora bilərəm… AMMA mən 100% bilirəm ki, biznes bunu sevmir. Biznes sadə və bir-başa olan şeyləri sevir və əgər mənim biznes təcrübəm olmasaydı… akademik karyeram – 0 qəpiyə dəyməz!!!

Niyə bəs mən ana dilimizdə düzgün yaza bilmirəm… çünki mənim buna savadım çatmır. Öz üzərimdə isə bu istiqmətdə işləmək istəmirəm. Sizin haqqınız var ki, məni öz bloqunuzun yazarı kimi işdən çıxardasınız, yada bu mənfi xüsisiyyətimə göz yumasınız.

Sizə bir sirr daha açım… məni valideymlərimin hər ikisi filoloqdur, özdə BÖYÜK filoqlardan atam Elmlər Doktorudur filologiya Elmləri doktoru!!! Onlarda məndən çox narazıdır… mənim bloqu oxuyub, mənə zəng edirlər… məni tənqid edirlər… AMMA mən düşünürəm ki, öz filoloji biliklərimi artırmaq əvəzinə biznes, marketinq biliklərimi artırmalıyam. Belə olduqda özümə və Sizə daha faydalı olaram. Bilirsiz… valideynlərimiz razı salmışam.

Axi mən iqtisadçıyam. Siz bilirsizdə, iqtisad resurslar hər zaman məhdud, insan ehtiyyacları sərhədsizdir. Məndə çox şey istəyirəm, amma bu vaxtı hələlik başqa şeyə xərcləyirəm. Neyə, xərcləyirəm – suallı çıxır, düzdür?

  1. Ölkəmizdə Milli Marketinq Forumu edirəm, yaxşı Azərbaycanca yazanlar nə edir?!
  2. İLK praktik Marketinq təlimləri yaradıram (Anar və Rafiq müəllimlərlə) və artıq 3-cü ildir ediirk, yaxşı Azərbaycanca yazanlar nə edir?!
  3. Onlayn Marketinq Televiziyası yaradıram, yaxşı Azərbaycanca yazanlar nə edir?!
  4. Biznes haqqında satış rekordları qıran kitab yazmışam, yaxşı Azərbaycanca yazanlar nə edir?
  5. Ölkəmizdə ən oxunaqlı biznes bloq yaratmışam, yaxşı Azərbaycanca yazanlar nə edir?!
  6. Aparıcı Ali məktəblərdə mühazirələr deyirəm, yaxşı Azərbaycanca yazanlar nə edir?!

Bundan əlavə təbii ki, bizneslə məşğul oluram. Sizə səmimi deyirəm, sahibkarlıq fəaliyyəti dünyada ən çətin işdirsə, Azərbaycanda bu daha çətindir. Bilirsiz niyəsi…

Əziz oxucu, biz birinci gündən Sİzinlə şərt kəsmişik… biz ana dilində yaxşı yaza bilmirik. Kim yaxşı, səliqəli nə bilim qramatik cəhətdən düz yazı oxumaq istəyir, bizim bloq bəlkədə onun üçün deyil. Hələlik oxumasın, sonra lazım olsa, bizdə savadlansaq oxuyar. Mənim fikrim bu mövzuda budur.

İnanıram ki, biz bir-birimizi kifayət qədər yaxşı başa düşürük, düzdür?!

Sağ olun ki, oxuyursunuz!

P.S. Bilirəm bu yazıdada səhv çoxdur… nə edək, kasıbın olanından!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close