Monthly Archives Avqust 2015

Əlbəttə dünyada brend, brendinq yada düşəndə Starbucks – ilklərin sırasında olur. Əminəm ki, Azərbaycandan kənara çıxan hər birimiz heç olmasa bir dəfə bu kafedə oturmuşuq və burada olan marketinq alətlərinə fikir vermişik. Yox… qətiyyən… mən bu yazıda Sizinlə Starbucks brendi haqqında danışmayacam və bu yazıda daha dərin bir brendinq elementi – müştəri davranışları barədə fikirlərimi Sizinlə bölüşəcəm.

Niyə Azərbaycanda özünü göstərmək, olmadığın kimi görünmək və ya “məndən yoxdur” mesajını vermək xoş qarşılanır? Niyə bizdə əjdaha yoxdur, axı bizə əjdaha lazımdır!!!

OTV kanalında yayımlanan "Azərbaycanın pərakəndə dünyası" verilişinin qonağı oldum. Sizə videonu təqdim edib əsas keynote bölüşmək istəyirəm. Videoda biz aşağıdakı məsələlər haqqında danışdıq: Marketoloq necə olmalıdır? Güclü marketoloqun fundamenti necə olmalıdır? Marketoloq hansı kitabları oxumalıdır? Marketinq AİR bizim üçün nədir? Niyə 360 dərəcədə brendinq kitabı bu qədər çox satılır? İlkin Manafov necə edir? İnsan marketinqi necə olur? Və s. marketinqə…

Artıq yeddinci dəfə Azərbaycanda ilk praktik Marketinq təlimi olan Marketinq AİR, oktyabr ayının birindən, Dəmirçi Towerda start götürür. Təlimlər də iştirak etmək üçün http://facemark.az/marketingair saytına girib geydiyyatdan keçmək lazımdır.

Mən bu yazıda Sizlərə Marketinq AİR təlimlərinin artıq 7-ci dəfə uğurla keçirilmə səbəbləri və əlbəttə, bu yeddinci təlimdə edəcəyimiz yeniliklər barədə məlumat vermək istəyirəm.

Vaxt var idi… ana dilimizdə kitab yox idi. Vaxt var edi… deyirdik ki, kitab olsaydı oxuyardıq. Vaxt var edi… hamımız ana dilimizdə kitabların azlığından danışırdıq… düzdü indi də danışırıq, AMMA Anar Bayramov kimi dostlarımız yalnız danışmır… həm də öz hərəkətləri ilə bu qıtlığı azaldır. Beləliklə, cəmi bir həftə sonra ana dilimizdə olan super bir kitab “Biznes nə istəyir?” kitabı, Anar Bayramov tərəfindən təqdim edilir. Kitabın hazırlanması prosesində uzaqdan-uzağa da olsa iştirak edən biri kimi, istəyirəm, bəzi sirləri Sizinlə bölüşüm. Niyə Anarın kitabını mütləq oxumaq lazımdır?

12
Close