image_pdfimage_print

Bugünlər də dostlarımızdan birinin, Aspiranturaya sənəd verməsi ilə əlaqəli olaraq, keçmiş arxivimi “eşələyirdim”. Çox baxdım… çox düşündüm, o vaxt yazdığım məqalələr, o vaxt ki, düşüncərim yadıma düşdü. Sizə 2007-2008-ci illərdən danışıram. Bilirsiz nə nəticə çıxardım?

İlk əvvəl deyim ki, həyatda çətin heçnə yoxdur. Sadəcə biz hansısa işləri öz gözümüzdə çətinləşdiririk, nəticədə bu bizim hədəflərə çatmağımızı mənfi təsir edir. Həyat tutduğunun kimi gedir. Çox dərinə getmək, hansısa bir prosesin üzərində möhkəm fokus olmaq əslində bizi hədəfdən uzaqlaşdırır. Bunları niyə deyirəm?!

Birincisi bizim hamımız hədəflərimiz, həyatdan nail olmaq istədiklərimiz var. Nəyəsə nail olmağın yolu inanın ki, öz üzərimizdə ciddi işləmək və hamının “çətin” baxdığı şeylərdə faydalı olacaq nələrisə tapmaqdan keçir.

İkincisi həyatda asand heçnə olmur. Hətta Sizin üçün nəsə asand bir şey kimi görünürsə, bilin ki, bu qorxuludur. İnsan yüksəkliyə qalxanda ona çətin olur, çünki qalxır, aşağı düşəndə asanddır, çünki aşağı düşür. Bizim işlərimizdə belədir. Çətinlikdən qorxmaq və ya asand olana qaçmaq, azla qane olmaq heç vaxt xeyr vermir.

Üçüncüsü istənilən bir yeni uğur bizi digər bir hədəfə istiqamətləndirir. Tam rahat, tam sakit, hər şeyə nail olmuş və s. kimi olmaq mümkün deyil. Sizin (bizim) arzumuz bitdiyi zaman, həyatımız, həyat eşqimiz, motivasiyamızda yox olur. Bu isə tənəzzül deməkdir.

Yadıma düşür aspiranturaya təzə daxil olduğum vaxtlar Ali məktəbləri gəzib özümə elmi rəhbər axtarırdım… hətta nədən yazacağımıda bilmirdim. Texniki Universitetdə Menecment kafedrasının keçmiş rəhbəri, rəhmətlik Şəmil Səmədzadə ilə tanış oldu. Qapısını döydüm və aspiranturaya daxil olduğumuzu elmi iş üçün onun rəhbərliyi ilə işləmək istədiyimi dedim. Rəhmətlik məni dinləyib… mənə Alternativ Enerjilərin ölkəmizdə iqtisadi əsaslandırılması sahəsində elmi iş götürməyimi tövsiyyə etdi.

Mən çox düşündüm… və gəlib dedim ki, Şəmil müəllim, mən bu sahəni istəmirəm, mənim ki, marketinqdir və sektor olaraqda mebel seçmək istəyirəm… Şəmil müəllim o vaxt məni motivasiya edəcək bir iki kəlmə dedi (indiyənə qədər xatırlayıram bu sözləri). Onun sahəsi marketinq olmadığından mənim Elmi rəhbərim Təbriz müəllim oldu və cəmi 2 ilə dissertasiya tam bitirə bildim.

İndi o vaxt yazdığım məqalələrə baxıram… taaaam elmi. O vaxt mənim biliklərim bir mənalı şəkildə nəzəri bazanın üzərində dayanırdı… alver nədi bilmirdim, biznesim yox edi, ticarətçi kimi özü görmək istəmirdim və s. təbii ki, biliklərimdə elə ancaq nəzəri edi. Bugün təxminən bu statusda olan dostları görəndə onları yaxşı başa düşürəm. Məsələn, o vaxt mən “marketinq nədir” suallı üzərində saatlarca müzakirələr edə bilərdim… filankəslər belə dedi, filankəslər belə dedi və s.

Sizə deyim eyni şeyi indidə edə bilərəm… AMMA bilirsiz niyə etmirəm?! Çünki bunun heç bir mənası yoxdur, ay marketinq belə getdi, ay marketinq belə gəldi… inanırsız boş şeydi. Marketinq pul qazanmaq elmidir… eyni şeyə nə deyirsən nə, əsas odur ki, bunu bacara bil.

Bəzən görürəm… sosial şəbəkələrdə yazılan hansısa fikirin çox sadə olduğunu deyirlər… yenə gülməyim gəlir. Fikir sadə olmalıdır. Əgər fikir sadə deyilsə, bilin ki, burda çox böyük problem var. Mühazirilərdə tələbələrimizə deyirəm… “Əgər kimsə Sizinlə gəliz terminlərlə, uzun-uzadı cümlələrlə danışırsa… qaçın o adamdın. Deməli bilmir. Bilən adam heç vaxt gəliz danışmaz”

Sovetin dövründə alim dedikdə gəliz danışan, kitab cümlələri quran, çətin xarici sözlər deyən biri göz onünə gəlirdisə… indinin alimi elə deyil, məncə. İndinin elm adamı mütləq praktikadan gəlməlidir, onun başı daşdan-daşa dəyməli, düzgün düşünməlidir. Bunun üşün isə mütləq real biznesdən olan adamlar marketinqdən, biznes idarəetmədən alim kimi ola bilər, məncə.

Daha əvvəl dediyim kimi, praktikasız heç bir elmi fəaliyyət biznesdə əsas ola bilməz. Yalnız işin üstündə olan adamlar, yalnız biznes praktikası olan adamlar PhD etdiyi zaman daha faydalı ola bilər.

Birdə bir söz deyim… bilirsiz ən çox hansı insani hiss bizi irəli getməyə qoymur?! Narazılır, məsələlərə neqativ yanaşma. Bu adamlar son dərəcə qorxuludurlar və belə adamları ətrafımızda saxlamaq olmaz. Qəti olmaz. Yol verilməzdir.

Bu adamlar son vaxtlar çoxalıb… çünki, iqtisadi böhran, iqtisadi çətinliklər insanları mənfi xüsusiyyətlərini daha tez formada ortaya qoyur. Belə vaxtlar içində narazılıq olan adamlar dahada aqressivləşir, onsuzda əllərindən bir şey gəlmirdi, belə olduqda ümumiyyətlə iş görmürlər. Bu çox pisdir.

Əziz oxucu, inanın həyat gözəldir. Gözəldir və asanddır, sadəcə yaşamağı bilməliyik, hə?!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close