image_pdfimage_print

Əlbəttə dünyada brend, brendinq yada düşəndə Starbucks – ilklərin sırasında olur. Əminəm ki, Azərbaycandan kənara çıxan hər birimiz heç olmasa bir dəfə bu kafedə oturmuşuq və burada olan marketinq alətlərinə fikir vermişik. Yox… qətiyyən… mən bu yazıda Sizinlə Starbucks brendi haqqında danışmayacam və bu yazıda daha dərin bir brendinq elementi – müştəri davranışları barədə fikirlərimi Sizinlə bölüşəcəm.

Niyə Azərbaycanda özünü göstərmək, olmadığın kimi görünmək və ya “məndən yoxdur” mesajını vermək xoş qarşılanır? Niyə bizdə əjdaha yoxdur, axı bizə əjdaha lazımdır!!!

Azərbaycan istehlakçısı (biz) barədə düşüncələrimizi danışmazdan əvvəl qeyd etməliyik ki, Starbucks həqiqətəndə bir vaxtlar marketinq yenilikləri ilə hamıya marketinq dərsi verən brendlərdəndir. Starbucsk haqqında Sizləridə təəcübləndirəcək bir neçə marketinq statistikasını paylaşmaq istəyirəm:

  • 2008-ci ildə Starbucks brendinin qlobal marketinq büdcəsi cəmi-cümlətəni 20 mln. olub. Təsəvvür edirsinizmi bu nə deməkdir? Əlbəttə, bu son dərəcə azdır. O vaxtlar Starbucskın marketinq direktoru intevyuda deyirdi: “Biz marketinq büdcəsimizi azaldaraq müştərilərimizlə, kafemizin daxilində danışmaq istəyiik”. Starbucsk mesajı adətən ənənəvi marketinq kommunikasiya kanalları ilə deyil, məhz Starbucksa girdikdən sonra müştərinin gördükləri ilə çatdırır;
  • Dünyada fərdi brendinq alətindən ilk istifadə edən kütləvi brenddə Starbucks olub. Əminəm diqqət etmisiniz, sifariş verildiyi zamanı, kassada müştərinin adını soruşurlar, sonra bu ad stakanın üzərində yazılır. Bir növ brend müştəri ilə fərdi danışır;
  • Starbucsk sosial şəbəkələrdə ilk reklam verən brendlərdəndir. İnstagramı aktiv reklam meydançası kimi istifadə edən ilk brend kimi Starbucks marketinq tarixinə öz adını yazdırıb və s.

Əziz oxucu, Starbucks haqqında müsbət 3 fakt dediyimə görə məcburam mənfi tərəflərindən yazam.

  • Starbucks müsəlman ölkələrində sevilmir. Bunun əsas səbəbi kimi, şirkətin verdiyi anti-müsəlman mesajları, loqosunda “satana” və ya “mason” işarələrindən istifadə və ya ən sadəsi şirkət rəhbərliyinin evreylərə qarşı aşırı sevgisi ola bilər (2003-cü ildə İzrayılda kafelərin bağlanma səbəblərini araşdırın);
  • Starbucsk kofesi zənn edildiyi qədər dadlı deyil. Ümumiyyətlə mən şəxsən özüm Starbucks kofesindən həzz almıram, məncə McDonalds olan klassik kofe daha dadlıdır. Söhbət yalnız məndən getmir… bu fikir dünya mətbuatında dəfələrlə öz əksini və sübutunu tapıb;
  • Starbucks rəhbəri Qovard Şuls (Howard Schultz) (üzdə olan sahibi, əslində hamı bilir ki, bu Evrey biznesidir) bir neçə dəfə islam ölkələrinə qarşı terrozmi dəstəkləyib. Həmçinin yadıma düşmüşkən deyim, Starbucks Istanbulda olan Gezi Park hadisələrində boğulan insanlara qapı açmadığını görə protesto edilmişdir.

Neysə… bu bizlik deyil, bizi narahat edən, bizim niyə bu qədər “ətraf mühit” üçün yaşamaq eşqimizdir. Biz çox az şeyləri özümüz üçün edirik. Sosial şəbəkələrdə az qalırıq bir-birimizi təbrik edək… əslində isə bunu edən adamların çoxları heç ömürlərində bir dəfədə olsun Starbucksda oturmayıblar. Bilirsiz harda bilirəm?! Çünki otursaydılar, Starbucskla McDonaldsa olan kofenin fərqini başa düşməzdilər.

Biz qlamurluğu sevirik, özümüzü göstərək və s. Sizdən nə gizlədim… Avropa Oyunlarından açılışından sonra Facebook-a girdim… baxdım, gördüm hamı sevinir, bir-azda dərinə getdim… gördüm hamı sevinir, qürür duyur (nəyə bilmirəm) amma çox az adam bunu ürəkdən edir, çoxları sadəcə bunu “like” üçün edir.

Bizim ölkədə olan özünü göstərmək trendi çooox təəsüfki həndəsi silsilə ilə artır, böyüyür. Bunun üçün heç Starbucksın açılışınıda gözləmək lazım deyil. Ətrafa baxın… və ŞOK-a düşün. Diqqət edin:

  • Övladımızı baxcaua qoyuruq… məqsəd İnstagramda şəkil çəkdirmək…
  • Övladımızı məktəbə qoyuruq, məqsəd qonum-qonşunun yanında öyünmək…
  • Ali məktəbə giririk (və ya girə bilmirik) əsas faktor yenədə özümüzü göstərmək;
  • Restoran açılır… yenədə əsas yemək deyil, orda Checkİn etmək;
  • Maşın alırıq – kreditə, telefon alırıq – kreditə, biznes açanda… hə burda uje düşünürük, çünki burda özünü göstərmək olmur. Hər şey netdir, işləsən, pulun olacaq, işləməsən… pulun yoxdur. Ona görədə ölkədə güclü sahibkarlar barmaqla sayılır.

Əziz oxucu, Starbucsklar, nə bilim hansısa digər …lar ola bilər, amma biz ola bilməz düzəlmədən inkişaf edək. Biz öz gücümüzə inanmalı və ağlımız kəsən işləri görüb uğur qazana bilərik. Özümüzü kiməsə göstərməklə irəli getmək… çətiiin olar!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close