image_pdfimage_print

Əziz oxucu, bilirsiniz ki, bu bloq bizim birlikdə hazırladığımız bloqdur və mən hər şeyi ilk əvvəl səninlə Sizinlə məsləhətləşirəm. Qurban olduğumuzdan gizlin deyil, Sizdən nə gizlin… mən bloqumuzun dizaynını və ümumi tərtibatını dəyişmək istəyirəm. Bilirsiz niyə?!

Birincisi ona görə bloqumuzun dizaynı bizim gözümüzü yorub. Bilirsiz, biz daha əvvəldə demişik, daxili müştəri məmnun olmadan (yəni işçi, yəni mən), xarici müştəri heç vaxt məmnun ola bilməz və ya qalmaz. Bloqun dizaynı məni məmnun etmir.

İkincisi bizim bloqda çoxlu texniki problemlər var. Mən dərinliyə gedib bunu Sizə dərin-dərin izah etmək istəmirəm (əminəm Sizədə bu lazım deyil) amma fakt odur ki, biz daha yaxşı kontent yarada bilərik, sadəcə texniki imkanlar imkan vermir!)

Üçüncüsü əminəm ki, Sizdə bizim bloqun ümumi rəng və yazı şrfitindən (tərzindən yox aaa şriftindən) yorulmusunuz. Düşünürəm ki, bunuda dəyişməliyik.

Bloqumuzda nələr dəyişməz qalacaq?!

  • Bloqumuz yazı tərzi. Biz yalnız real praktikada olanlardan yazırıq, daha sonrada belə yazaceyik;
  • Bloqumuzun yenilənmə ardcıllığı. Biz ay ərzində bloqda təxminən 15 yazı yazırıq, həgin ki, yeni bloqdada eyni statistika qalacaq;
  • Biz bloqda yazıları redaktə etmirik. Yeni bloqda biz yenədə necə var elə Sizin qarşınıza çıxaceyik. Biz öz oxucumuz qarşısında “maskasız” dayanmağa öyrəşmişik. Sizin tənqidlərinizdən nəticə çıxararaq daha səliqəli yazmağa çalışırıq, amma səhvsiz yazı axtaranların yeri bu sayt deyil;
  • Bloqda şəkil olmayacaq. Bizim bloq postlarda “ət çox, su az olur” və biz istəmirik ki, yalançı şəkillərlə Sizin diqqətinizi yayındıraq. Bizim bloqa oxucular oxumağa gəlir, şəkillərə baxmağa yox;
  • Biz məsələlərə pozitiv baxırıq və əlbəttə ki, yalnız inandığımız məsələlər barədə Sizinlə fikirlər bölüşürük və s.

Bloqumuzda nələr dəyişəcək?

  • Dizayn fərqli olacaq. Biz Sizə daha təzə və səliqəli bloq təqdim edəcəyik. Əlbəttə, biz bilirik ki, bloqumuzda dizayn ən vacib kriteriya deyil, amma yenədə, dizayn yeni bloqda daha gözəl olacaq;
  • Videolar bölümünü daha aktiv edəcəyik. Biz həftədə minimum bir yeni video təqdim edəcəyik;
  • Sosial şəbəkələrdə bloq postlar daha tez müzakirə etmək olacaq. Komment yazmaq daha rahat və sistemli təşkil ediləcək;
  • Bloqumuzda olan yazıların tapılması daha sadə olacaq. Oxucu, biznesin hansısa sahəsi üzrə olan yazılarımızı daha sadə formada tapa biləcək.

Əziz oxucu, Sizdən xahişim… əgər aranızda bloq və ya internet sayt yaratmaq üzrə ixtisaslaşan kimsə varsa, mütləq mənimlə əlaqə saxlasın. Mən bloqumuzun yenilənməsi üçün çox pul verə bilməyəcəm, amma əvəzində bu dostumuza çoxlu, çox sağ ol deyə bilərəm.

Beləliklə… kömək etmək istəyən, mənə yazsın!)

P.S. Bloqumuza bu dəfədə redaktor lazım olmayacaq. Bizim bloqa redaktor lazım deyil, çünki biz özümüzü Sizə göstərmirik… nə var ortadadır. Ona görə orfoqrafik səhvləri düzəltmək təklif etməyin!))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close