image_pdfimage_print

Əziz oxucu, kompyuter qarşısında oturub Sizinlə söhbət etmək istəyirdim. Mövzunu düşünə-düşünə gün ərzində etdiklərimi düşünməyə başladım. Düşündüm bəlkə, bügün başıma gələnlər barədə danışım. Maraqlı olsa oxuyun, yaxşı?

Deməli bugün altıncı gün olduğu üçün iş qrafikin çox “yumşaq” edi. Beləliklə başlayaq…

#Bugün – Port Bakuda yeni açılan supermarket Bazaar getmişdim. Supermarketinq rəsmi açılışı 18-də olmuşdu. Bakımızda bugünə qədər olmayan konsepsiyada çalışacaq ticarət obyekti hələlik tam dolu deyildi. Əlbəttə, açılış dünən olduğu üçün market tam formalaşmamışdır. Qiymətlər orta statistik Azərbaycanlı üçün dəhşətli baha deyiləcək səviyyədə edi. Həqiqətəndə hiss edilirdi ki, marketdə satılan məhsulların ən azı 60% tam eksklüziv təkliflər edi, lüks brendlərdir. Yəni bu məhsullar Bakıda yalnız Bazaarda, Port Bakuda almaq olar. Xeyrli olsun. Amma bir məsələni deyim ki, bu bahalı qiymətlərlə krizisin bu vaxtında belə supermarket işltəmək çox çətin olacaq. 

#Bugün – Starbucksada getdim. Təbii ki, altıncı gün olduğu üçün ailəmlə orda edim. Sizə deyim… Bakıdakı Starbucks ənənəvi konseptində daha kiçik göründü. Adətən Avropada bu brend daha böyük ərazilərə girdiyi halda, Bakıda olacaq yeri bir o qədər mənə geniş, səliqəli gəlmıdi. Qiymətlər Avropa qiymətləri ilə eynidir. Ola bilər, Evro = Manat kimidir, yəni hələ məncə Avropada qiymətlər daha bahadır. Türkiyyə və Rusiya haqda bir söz deyə bilməyəcəm, qiymətləri yadımda qalmayıb. Ümumi olaraq deyim ki, çox sevindiri haldır ki, belə tanınmış brend bugün Azərbaycanımızda var.

#Bugün – gunortadan sonra, əlbəttə, biz ölkəmizdə ilk dəfə keçirilən Dijital Marketinq Konfransının spikerləri ilə Demirçi Plazada görüş keçirdik. Bu Konfrans bizim gələcəyimiz olan Marketinq AİR məzunları tərəfindən keçirilir. Konfransın belə formada təşkil edilməsi bizi daha çox sevindirir. Bu o deməkdir ki, tezliklə AİRçilər estafeti tam əla ala biləcəklər. Sizə səmimi şəkildə deyim, Dijital Konfrans heç bir şəkildə Milli Marketinq Forumunun təşkilatından geri qalmır. 

#Bugün – Dijital Marketinq Konfransının spikerləri ilə görüşü bitirdikdən sonra, Marketinq AİR 7, gələcək məzunları ilə görüşümüz oldu. Bu görüş günün ən pozitiv və mükəmməl dəqiqələrini yaşatda bizə. Hər dəfə təkrar etdiyimiz məsələ yadımıza düşdü… Marketinq AİR təlimlərinin ən böyük gücü onların məzunlarıdır. Bu məzunlar xüsusi yolla tapılır, bu məzunlar bizi daha güclü edir. Bu məzunların hesabına Marketinq AİR brendi dahada güclu olur. Marketinq AİR 7 böhranın bu dövründə anşlanq edir. Cəmi 40 yer olmasına baxmayaraq artıq 80 nəfərdən çox iştirakçı var və hələdə artım durmadan artır. 

Sizə səmimi deyim, Marketinq AİR təlimlərinə mütləq iştirak etmək lazımdır. Bizim zamanımızda yox edi belə təlimlər…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close