image_pdfimage_print

Dostlar bilir ki, mən avtomobilə qarşı “ülvi” hisslər bəsləmirəm və maşın mənim üçün sadəcə və sadəcə hərəkət vasitəsidir. Əslində, başqa cürdə ola bilməz… kasıbın olanından olan, sadə bir sedanım var. Eyni zamanda mənim Yevlaxlı olduğumuda Sizlər bilirsiz və bugün Sizlərə Yevlaxda olan bir “moykada” başıma gələn hadisə barədə söhbət edəcəm. İnanıram ki, Sizin üçün maraqlı olacaq.

Deməli bugün, Yevlaxda mağazada ümumi işlərlə məşğul edim və avtomobilin çox pis vəziyyətdə olduğunu görüb, işçilərimizdən maşın yumaq üçün bir yer göstərməklərini xahiş etdim. Mağaza rəhbəri ilə birlikdə Yevlaxda ən “tanınmış” moykaya getdik. Moykaya girən kimi, işçimiz içəriyə yaxınlaşdı və açarı məndən alıb ( o öz maşını ilə getmişdi) maşını içəri, moykaya verdi. Moykada 7-8 maşın var edi.

Maşını təhvil aldıqda, elə salonun daxilində olan çayçıda oturduq. Bizə çox dadlı çay gətirdilər… Sizə səmimi deyim, işin gedişatı məndə çox böyük təəcüb yaratmışdı. Moykada işləyənlərdə biri mənə dedi: “Müəllim narahat olmayın, maşınınızı elə təmizləyəcəyik, Bakıda belə şey görməyəsiniz…” özümdə şoka düşdüm və gözlədim!)

Maşına və bizə qarşı xüsusi yanaşma var edi. Çay gətirdilər, məndə çay içə-içə ətrafa fikir verirdim, əməlli başlı növbə var edi (bilirəm çayı iki dəfə deyirəm, amma həqiqətəndə çay super edi!) . İş yoldaşımız dedi ki, “İlkin müəllim, Yevlaxda moyka çoxdur, amma bir dənədə burda belə növbə olur…” ürəyimdə dedim bugünə bloq mövzusu hazır – Niyə görə axı, bu moyka belə məhşurdur?!

Fikir verirdim ki, bir 50 yaşlarında kişisi yuyalan butün maşınların yanına yaxınlaşır, nəyəsə baxır, təlimatlar verir və əməlli-başlı işin üstündədir. Bu anda gördüm ki, sözü gedən adam stola yaxınlaşıb mənə dedi: “Qardaş, maşında razvala baxdırarsan, sonra səni yolda qoyar”. Qardaş düz deyirdi… həqiqətəndə maşında razval problemi var edi.

İşçimizdən soruşdum: “Bu qardaş kimdir?”, işçimiz cavab verdi: “Moykanın yiyəsidir, özü səhərdən burda olur, axırıncı maşına qədər üstündə durur. Bu olmasa iş getməz.” Həə-əəə… bax burda məndə başa düşdüm ki, niyə bu moyka Yevlaxda hamını cəlb edir. Səbəbləri Sizdə bilirsiniz:

  1. Biznes sahibi bir-başa olaraq işinə nəzarət edir. Müştərilərə qarşı son dərəcə diqqətlidir, o hər bir detala nəzarət edir;
  2. Moykada təklif edilən əlavə dəyərlər nəticəsində hamı ora getməyi daha çox istəyir. Məsələn, bizim işçimiz məni məhz bura gətirməsi təsadüfi deyil, axı burda ona hörmət edirlər;
  3. Butün müştərilərə fərdi xidmət göstərilir. Moyka sahibi demək olar ki, hamını üzdən tanıyır, yeni gələnlərə çayı, limonu özü gətirir. Butün maşınlara mütləq ozu baxır və təlimat verir.
  4. Növbə prosesi son dərəcə ciddi şəkildə gözlənilir. Baxmayaraq ki, rayon yerində hamı bir-birini tanıyır, növbə məsələsinə heç kim “girişmir” və s.

Əziz oxucu, bugün rastlaşdığım epizod bir daha sübüt etdi ki, biznes sahibinin öz biznesinin üstündə olması son dərəcə vacib və əhəmiyyətlidir. Məhz bunun nəticəsində sözü gedən moyka rayonda “qızıl” qazanır. Sizdə Yevlaxa getsəniz, mütləq bu moykaya gedin, inanırsız, Yevlaxda hamı oranı tanıyır.

Biznesdə müştəriyə yanaşma əsas rəqabətqabiliyyəti hesab edilə bilər. Bir vaxtlar liderlik üçün, münasib qiymət və ya xüsusi məhsul mütləq lazım edisə… bugün müştərilərlə yaxın olmaq, onlarla bir-başa təmasda olmaq biznesin həcmindən asılı olmayaraq birinci yerdədir. Vacib deyil… bu Starbucskdır, bu Mersedesdir və ya Yevlaxda olan bir moyka… vacib olan müştərilərlə bir-baaş ünsiyyət qura bilmək bacarığıdır.

Hesab edirəm ki, bugün gördüyüm biznes epizod mənim üçün yaxşı təlim oldu… hər gün nesə öyrənmək gözəldir, hə?!)

Bu arada qiymətdə moykada digər yerlərlə müqayisədə baha edi… maşının yuyulmasına 10 manat verdim. Halal xoşları olsun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close