image_pdfimage_print

Bloqumuzun dəyərli oxucuları bilir ki, biz daha əvvəl real biznes proseslərə daha düzgün təsvir etmək üçün, ölkədə öz başımıza gələn bəzi epizodları bir-başa olaraq bloq-postlarımızda nəşr edirik. Uşaq vaxtı, şahmatla aktiv məşğul olduğum vaxtlar müəllimlərimiz bizə bir sadə məntiqi izah etmişdi… – etdiyiniz hər bir addımı təhlil edin və nəticələr çıxarın. Əgər icazə versəniz bu bloq postumuz qarşılamdığımız epizodlardan sonra olan nəticələri Sizinlə bölüşmək istəyirəm.

Beləliklə ümumi olaraq biz yazdığımız 5 yazı və bu yazılardan sonra əldə etdiyimiz nəticələr barədə danışaq.

  1. #epizod №1 – Çayın qiyməti niyə 35 manatdır?!. Biz bu yazıda ərəb restoranında çayın qiymətinin niyə 35 manat olması barədə yazmışdıq. Bu yazıdan sonra həmin restoranın meneceri olan bir şəxs mənə zəng etdi. Daha doğrusu bu restoran German Studio ilə yan-yana olduğundan mənim nömrəmi salondan soruşdular. Mağaza personalı mənə zəng edib, “Ərəb restoranından Sizin nömrənizi istəyirlər” dedilər. Məndə təbii ki, “Verin” dedim. Nəticədə bu yaxında görüşümüz oldu. İşini çox gözəl bilən və son dərəcə ciddi bir menecerlə qarşıma çıxdı, mənə restoranda istifadə edilən məməlatlar barədə dərin-dərin məlumat verdi. Ən əsası, restoranın fəaliyyətində ciddi şəkildə dönüş hiss edilirdi, qiymətlər son dərəcə münasib qiymətə edi (çayın qiymətinə diqqət etmədim) və ümumi içıridə olan ab-hava mənə çox xoş təsir etdi. Hətta marketinqədə fikir verilməyə başlamışdı, restoranın özünün İnstagram səhfəsi var edi. Bir sözlə bloqda olan butün yazılanlar ünvanı çatmış və ümumi restoranda müsbət dəyişiklər oldu. Bu məni çox sevindirdi. Sağ olsunlar. Mən bu restorana gedəcəm!))
  2. #epizod №2 – Niyə Azərbaycanda kitab satılmır?! . Hə-əəə, burda necə dəyərlər “kərəmi ağlamaq tutur…” bu kitab satışı evi nəyin ki, bir reaksiya verdi… hətta mənə olan borclarınıda hələ verməyiblər. Bu mövzunu açıq saxlamaq istəyirəm. Sizə açıq deyim, mənimdə bunlarla “məşğul” olmağa vaxtım və həvəsim yoxdur. Bilirsiz niyə?! Çünki bu kitab mağazası, Akademiyanın pulu yeyir, necə dəyərlər, həgin ki, bunlar subsidiya ilə işləyir – əsgər yatır, xidmət gedir. Orda olan xanımın.. adıdada yadımdan çıxıb, amma başım açılsın, bunların üstlərinə düşəcəm, Sİzinlədə bölüşəcəm. Yaxşı?!)
  3. #Epizod №3 – Niyə ZARA, Azərbaycanı sevmir? . Bu haqda yazını həgin ki, çoxlarınız oxumusunuz. Nəticəsinidə bilirsiniz. ZARA Zaqafqaziya şirkətinin HR direktoru mənə zəng edib, söz verdiki, Azərbaycanda bir dənədə olsun, xarici işçi ZARA-da olmayacaq. Xarici işçilər yalnız təlim demək üçün gələ bilərlər. Bizdə əlbəttə, mövzuya göstərdikləri həssasiyyətə görə çox sağ ol deyirik. Bu arada yazıdan sonra bir çox şəbəkələrdə Azərbaycan dilində danışmaq mütləq elan edildi. Bu bizi çox sevindirir. 
  4. #Epizod №4 – Avtomobili yuduğum zaman…  Hələlik yeganə pozitiv epizod Yevlaxda baş verib. Maşın yuduğum zaman. Sizə deyim bu, postdan sonra hardansa… Yevlaxlılar bu yazını oxuyub (mən hər dəfə təəəcüblənirəm belə şeylərə. Mən elə bilirəm bu bloqu ikinizdən başqa (Sizdən və ondan başqa) oxuyan yoxdur… AMMA okazivaemıçka oxuyurlar!). Neysə… dediyin budur ki, “moyka” dahada məhşur olub!))
  5. #Epizod – Niyə Novxanı Aquapark tezliklə iflas olacaq? Bunların işi əlbəttə, Qurban olduğumuza qalıb, Vergilər Nazirliyindən məsələ ilə, bağlı araşdırma başlayıb (ola bilər ki, bizim bloqumuzdan ilhamlanaraq) və mənə zəng ediblər Nazirlikdən (şöbənin adıda yadımda deyil). Ümumiyyətlə Sizə səmimi deyim, mən bloqumuzda çərçivəsində hansısa biznes haqda neqativ yazmamağa çalışıram. Hərdən bu mümkün olmur, hərdən inanın ki, onları “iflas”dan qorumaq üçün yazıram. Sizə əmin edirəm… Aquapark tezliklə iflas edəcək, yəni sahibini dəyişəcək. Çünki normal biznesmen belə ədalətsizlik və müştərilərə qarşı mənfiliklə işləyə bilməz.

Yazdığımız yazılar, paylaşdıqlarımız və ya ümumi sərgilədiyimiz fikirlərdə yalnız və yalnız bir məqsədimiz, bir prinsipimiz var. Biz ölkəmizdə biznesi daha güclü, daha sistemli, daha mərd görmək istəyirik. Azərbaycan sahibkarları belə biznes aparmağa qadirdir. 

Əziz oxucu, düşünürəm ki, tezliklə belə epizodlar barədə çox yazacam, amma çox istəyirəm ki, yazdıqlarım yerli sahibkarların, biznesmenlərin müsbət istiqamətləri barədə olsun. 

P.S. Sizə səmimi deyim, bugün ictimai fikir, ictimai qınaq çox güclü sılahdır. Hesab edirəm ki, bu istiqamətdə güclü bloqerlərə, yazarla ciddi ehtiyyac var. Bizi, bizdən yaxşı tərbiyə edən olmayacaq. Məncə.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close