image_pdfimage_print

Bir şey müşahidə edirəm – Biz hər zaman qonşu evini, öz evimizdən daha gözəl (oxu böyük, yaxşı, işıqlı və s.) hesab edirik. Bizə hər zaman, elə gəlir ki, bizim vətənimizdə vəziyyət pisdir, bizə hər zaman elə gəlir, Azərbaycanda Vergi dərəcələri çoxdur, biz əminik ki, bizim Gömrük biznesi məhv edir, biz öz polislərimizə “qan-içən” kimi baxırıq, bizdə olan təhsilə gülürük, biz öz dilimizdə danışmaq (oxumaq) istəmirik və s. Əziz oxucu, biz öz vətənimizlə fəxr etmirik!!! Bu bizim böyük problemimizdir, bilirsiz niyə?!

Əziz oxucu, əmin olun, dünyada mükəmməl insan olmadığı kimi, mükəmməl dövlət və ya mükəmməl Qanunvericilikdə ola bilməz – yoxdur. Bizim bloqun istiqaməti biznes olduğu üçün, icazə versəniz mən misalları daha çox iqtisadiyyat və ya biznes barədə çəkim. Müqayisəni bu sahələr üzrə aparım.

Vergi barədə

Çox zaman Azərbaycanda olan Vergi siyasətini bəyənmirlər. Sahibkarlar, deyir ki, bizdə olan Vergi siyasəti biznesi məhv etmək üçün işləyir. Əzizlərim… gəlin, baxaq görək həqiqətəndə belədirmi?!

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hamı bilir ki, yeni VÖEN açılmış biznesə 1 il ərzində yoxlama açılmır. Bu il ərzində sahibkar “hamı” kimi “qara” üsullarla işləyir. Vergi siyasəti prinsipial olaraq sahibkara bir il möhlət verir. Bir il ərzində sahibkar kassaya “simvolik” bir rəqəm vurur, yəni gəlir vergisini düzgün göstərmir və il ərzində çox kiçik bir məbləğdə vergi ödəyir (həmçinin sosial müdafiyə fonduna). Bir ildən sonra Vergi gəlir və səndən özünün haqqı olduğu bir illik fəaliyyət üçün rusumunu tələb edir. Bu idealdırmı?! Xeyr, əlbəttə, ideal deyil. 

Vergi işçilərinin arasında çox savadsız, kobud, işi bilməyən adamlarda olur, AMMA inanın səmimiyyətimə, auditdə dəfələrlə olmuş biri kimi, deyirəm, ildən-ilə belə adamların sayı azalır, yerinə savadlı, təhsilli, intelektual bazası olan adamlar gəlir. 

Biz – sahibkarlar illik audit gələndə “küsürük” bizə elə gəlir ki, biz bizneslə məşğul olmalıyıq və vergi ödəməli deyilik…, amma biz bilmirik, digər ölkələrdə heç bir biznes 1 il ərzində demək olar ki, kassasız işləyə bilməz. Sonda nə olur!?

Sonda Vergi bizdən faktiki ödəməli olduğumuz rəqəmdəndə aşağı bir şey alır. Almır, dövlət büdcəsinə köçürtdürür. Bu prosesdə, rüşvət, mədəniyyətsizlik olurmu!? Əlbəttə olur. Bəli hallar çoxdurmu?! Əziz oxucu, vallah yox. Çox deyil. Bugün Vergilər sistemində sahibkarlaın dəstək olunması üçün şəraitlər yaradılır. Əlbəttə, biz özümüz də başa düşməliyik, bizneslə məşğul olan hər kəs vergi verməlidir.

Digər dövlət strukturları barədə.

Vergidən əlavə istər sosial müdafiyyə, istər digər dövlət xidmətləri öz bir-başa əməllərinə uyğun olaraq öz işlərini aparırlar. Rüşvət alırlarmı? Bəli alırlar. Hamısı? Xeyr. Epizodik. Təkrar edirəm, ildən ilə bu sahələrdə şəxsən mən müsbət dəyişiklik görürəm. Bizneslə məşğulum, Sizdən başqa demək olar ki, heç bir dəstəyim yoxdur, amma heç bir dövlət qurumu öz manefeyi güdüb məndən nəsə tələb etməyib. Edibsədə, artıq indi etmir.

Polislərə baxaq. Əziz oxucu, Amerika, Almaniya polisləri ilə bizim polisimizi müqayisə edək?! Bizim polisdə problem yoxdur? Var. 100lərlə, minlərlə var. Amma eyni şeyi digər ölkələrdə axtarın. Google və ya YouTube axtarış verin, görün xaricdə polis özbaşnalığı nə səviyyədir?! Amerikan polisi saxladıqda, ona demək olar: “səbəbini de, sonra sənəd verim?!” İnanırsız, polis yerində güllələyər. Demirəm bizdəkilər düz edir, deyirəm ki, öz ayranımıza türş deməyək!!! Hamıda var, bizdədə var. 

Neft gəlirləri barədə. Hiss edirəm… neftin qiyməti düşdükcə, biz hamımız bir ağızdan… “gördüüün” demək istəyirik. Biz istəyirik ki, ölkəmizin sərvəti hesab edilən neftin qiyməti düşsün və biz durun deyək ki: “neftin pulunu çölə tökəndə bilmirdiz belə olacaq?!”. Niyə biz bundan həzz alırıq?!

Neft gəlirləri demişkən… biz “seymurbaycanvari” yazıları çox sevirik. Özümüzü pisləsin… hə, bizdən sevinək. Nəyə sevinirik?! Niyə biz öz ayranımıza turş deyirik, bilmirəm. Amma bilirəm ki, biz öz üzərimizdə iştəməklə yanaşı, öz qədrimizi bilməliyik. Bilməliyik, əmin olun, istənilən millətin ən böyük problemi öz gücünə inanmadığı zaman başlayır. Burada vətəndaş mövqeyi vacibdir.

Əziz oxucu, biz hər şeyi dövlətdən gözləməli deyilik, Azərbaycan bazar iqtisadiyyatı ilə inkişaf etmək isəyən ölkədir. İnsanlar biznesə başlamır ki – monopoliya var. Sizə əmin edirəm ki, belə deyənlər nəyin ki, monopoliya ilə rastlaşıb, heç o sözün mənasını bilmir. Sadəcə, insan öz səhvlərini digərinə atmaq, öz fəaliyyətsizliyi fəaliyyət kimi göstərməyə meyllidir. Baxın, demirəm biz meylliyik, deyirəm hamı meyllidir.

Biz mütləq və mütləq öz vətənimizi sevməli, onunla qurur duymalıyıq. Biz əmin olmalıyıq ki, bu vətən, bu torpaqlar bizimdir. Bzi burda çıxmayacağıq, biz özümüz buranı düzəltməliyik və s. Axı durub dövləti tənqid edib, tənbəllik etməklə deyil!

Xahiş edirəm dediklərimi populistlik və aşırı optimizm kimi qəbul etməyin. Əzizlərim Azərbaycan biznes qurmaq üçün mükəmməl ölkələrdəndir – çünki burada olan rəqabət mühiti hələ tam formalaşmayıb. İnkişaf etmiş ölkələrdə rəqabətin necə pik nöqtədə olduğunu görməmək mümkün deyil… Hətta böhrandada belədir.

Birdə yadıma düşmüşkən deyim… həyatda olan butün faydalı dəyərlər məhz evolutsiya yolu ilə olub. Diqqət edin – evulyutsiya, revolyutsiya yox. Biz bugün heç bir strukturdan revulyutsiya gözləməli deyilik. Bu bizə lazım deyil, bu bizim üçün faydalı deyil. Məgər bizim özümüzdə hər şey mükəmməldir? Məgər İlkin Manafovun özü mükəmməldir ki, onun yaşadığı ölkədə hər şey mükəmməl olsun?!

Oxuduğunuz bloqda 100lərlə səhvlər, problemlər var. Öz işinizə baxın, hansısa ixtisas biliklərinizin səviyyəsinə baxın məgər onlar mükəmməldir?! Amma normal insan, cəmiyyət öz mənfilərinin üzərində daim işləməlidir. Eləcədə biz, eləcədə dövlət, eləcədə cəmiyyət və s.

Gəlin, biz öz ayranımıza türş deməyək, gəlin biz Azərbaycanımız, Azərbaycançılığımızla fəxr edək. Biz güclü olaq. Öz üstünlüklərimizi təbliğ edək, inanın ki, bizdən çox şey asılıdır. 

Təkrar edirəm – bu yazı qətiyyən Azərbaycan hər şey superdi – mesajını vermək deyil. Sadəcə, əmin olun… mükəmməl ölkə olmur, sadəcə biz insanlar bu ölkələri mükəmmək edir. İnsanlar, yəni sən, sevgilin, dostun, valideynin və s. Bəli Azərbaycanda böyük problemlər var, amma bu hər yerdə var və olacaq. Hərəkət edin, digər şeylər özləri düzəlir. 

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] bir sözdə deyim… buna görə məni dostlarımız qınasada bugün Azərbaycanda olan iqtisadi modeli bir mənalı pisləmək, neft gəlirlərinin səhv xərcləndiyini demək, […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close