image_pdfimage_print

Əziz oxucu, bu yazıda doğma vətənimizdə məni çox düşündürən bəzi suallar və bu suallara mənim, İlkin Manafovun nəzər nöqtəsini Sizlərlə bölüşəcəm. Azərbaycanımız son vaxtlar son dərəcə maraqlı və təəcübləndirici bir neçə tendensiyalar yaranıb bu tendensiyalara fikirlərimi paylaşıram.

Mən yazını sadə ardıcıllıqla yazacam: hansısa sual (niyə?) və sualla mənim subyektiv cavabım (çünki) şəklində olacaq. Başlayaq?

Niyə – Dünən ölkəmizdə ən mötəbər şahmat yarışının açılışına demək olar ki, adam gəlməmişdi, amma Starbucksın açılışı hələ olmadan millət orda gedib şəkil çəkdirir? Dünya şahmat elitasının “gözü” hal-hazırda Bakımızdadır. Hamı dünya kubokuna baxmağa gəlib, həmçinin burada Azərbaycanlı qrossmeysterlər də iştirak edir. 

Çünki – Bizim üçün görüntü, məzmundan daha vacibdir. Biz göstərməyi, izah etməkdən çox sevirik, biz qışğırmağı, başa salmaqdan çox sevirik. Bir sözlə bizim üçün sakit şahmat yox, səsli sambo (Güləş) daha vacibdir. Buna görədə bizim üçün daha maraqlıdır özümüzü, hansısa bir qlamur restoranda check in edib, yenə nesə “göstərək”. Şahmat bu olmur, ürəyimiz sıxılır.

Niyə – Bizim yerli pərakəndə şəbəkələrimizdən olan İdeal Parfumeriyada, Music Galleridə (xatırladıram hər iki brend sırf Azərbaycan şirkətidir) xarici işçilərə (ukrayınlara) üstünlük verilir? Niyə bizim AZAL-ın biznes klassın gözləmə salonunda olan göööözəl xanımlar ana dilimizdə nəyin ki, aksentlə, bəzən ümumiyyətlə danışa bilmir?

Çünki – Biz öz ana dilimizə hörmət qoymuruq. Biz daim özümüzü kiməsə göstərmək istəyirik, bizə elə gəlir ki, “bahalı” “kübar” “elit” adamlar Azərbaycanca danışa bilməz. Biz öz millətimizi sevmirik, bizə elə gəlir ki, xaricidirsə deməli savadlıdır… əslində isə heçdə elə deyil. Mən 100% bilirəm ki, İdeal Parfumeriyanı İdeal edən, orada olan ideal marketinq olub və bu marketinq heç bir şəkildə xaricilər tərəfindən qurulmayıb, bunu edən bizim yerli menecerlər olub və olacaq. Birdə Sizə bir söz deyim, mən inanmıram ki, AZAL-ın TOP menecerlərinin evində ünsiyyət dili Azərbaycan dili olsun. Bu baxımdan biznes klassda xidmət edən xanımın ana dilində pis danışması heç təəcüblü deyil, çünki bu xanımı seçəndə onunla intervyuda həgin ki, elə rusca olub. 

Bu yaxında bir hadisə başıma gəlib… yaxın dostum 2 günlük Bakıda qalmaq üçün məndən Hotel rezervasiya etməyimi xahiş etdi və mən Fairmont-da yer bron etdim. Dostumuz Pekin – Bakı reysi ilə gəlir və səhər saatlarında hava limanından bir başa Hotelə gedir… resepşində Azərbaycan dilində danışan bir nəfərdə olsun yoxdur!!! Təsəvvür edirsiniz?! Biz Sizinlə Amerika və Kanada olan Fairmontdan danışmırıq, Bakımızın mərkəzində az qala şəhər simvoluna çevrilən Hotelin resepşindən danışırıq. Dostum deyir, prinsipial olaraq ingiliscə (rusca) danışmadım… gedib ofisiantı çağırdılar ki, gəl bununla Azərbaycanca danış. (100% ürəklərində deyiblər, sən ingiliscə, rusca bilmirsənsə Fairmontda nə gəzirsən!?). Mən dünyanın çoxluuu ölkəsində olmuşam və Sizi əmin edirəm bu hadisə xaricdə ola bilməzdi… Gürcustanda… ola bilməzdi!

Niyə biz ölkəmizdə olan butün problemlərin çıxış yolunu dövlətdən, hökümətdən gözləyirik? Bizdən kimsə düşünür ki, onun özü nə edib? Məsələn, yadıma düşür, bizim ZARA insidentimiz olanda ilk əvvəl bunu German Studio-da olan işçilərimizə danışdım, onlardada dedi ki: “Eşi… ZARA-dan şikahət edən çox olub, nə olsun ki?! Gərək bunu dövlət həll etsin…” biz reaksiya verdik və ZARA reqional rəhbərlikdən zəng edib dedilər ki, ZARA Azərbaycanda bir nefərdə olsun əcnəbi işləməyəcək, yalnız treninqlər veriləcək və s. Niyə biz hər şeyi kimdənsə gözləyirik?!

Çünki, biz öz gücümüzü inanmırıq, çünki illər boyu, bizim beynimizə yeridiblər ki, biz heçnə edə bilmərik. Əslində isə, heçdə elə deyil. Siz, biz bir olsaq hər şeyi qadirik. Ən azı, çox şeyi, demək olar ki, hər şeyə. Əziz oxucu, bizim millətdə motivasiya, özünə inam əksikliyə var, məncə. Biz özümüzə, öz gücümüzə digər xalqların nümayəndələri müqayisədə daha az inanırıq. Əslində isə… heçdə elə deyil. Biz güclü olmuşuq, biz biznesi, ticarəti, marketinq hamıdan yaxşı bacarırıq… sadəcə bunu bilmirik.

Belə “niyə”lər əminəm ki, Sizlərində beynində var. Amma əmin olun, bu problemlərin həlli yolu, bir başa olaraq daxili gücümüzü göstərməkdən keçir. Biz qəbul etməliyik, her şeyidə olmasada, çox şeyi “sənlər” düzəldə bilər.

Bəs niyə düzəltmirik!?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Salam, İlkin müəllim. Dünən günlük etməli olduqlarımı yazdım və hər gün 5 məqalə oxumağı da buna əlavə etdim. Təsadüfə inanmıram. Təvafükən ağlıma siz gəldiniz. Sizin məqalələrdən oxumağa başladım. Düzü, mən sadəcə ADİU – da təhsil alan 1 – ci kurs tələbəsiyəm, fəqət düşünürəm ki, müşahidə və analiz qabiliyyəti sizdə olduqca üstün səviyyədədir. İnşaAllah, məqalələrinizi oxumağa davam edəcəm. Təşəkkürlər:)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close