image_pdfimage_print

Bugün iqtisadi nəzəriyyənin necə vacib və gündəlik həyatımıza faydalı olduğunun bir daha şahidi oldum. Düşünürəm ki, hər bir marketoloqun bilməsi vacib olan bir neçə iqtisadi cəriyan və ya istiqamətlər var. İstəyirəm bu barədə Sizinlə səmimiyyət edəm.

Daha əvvəl “Hər şey ondan başlayır” adlı bloq yazımız da biz, iqtisad elminin əsas istiqaməti barədə yazmışdıq. Bu yazıda Sizinlə Adam Smitin “görünməz əllər” nəzəriyyəsindən danışacam.

1776-cı ildə şotland iqtisadçı-alim Adam Smit ilk dəfə olaraq fərdlərin şəxsi maraqlarına xidmət etmələri ilə cəmiyyətədə faydalı olacaqları barədə fikirlər yürüdür. Bu zmaan Adam Smit “bazarın görünməz əli” – invisible hand of the market metaforasından istifadə edir. Şotland alimı görə hər bir şəxs öz manəfeyini güdsədə, əslində kollektiv (cəmiyyət) maraqlarına xidmət etmiş olur, çünki o ən mükəmməlini edir. Hər birimizin bildiyi kimi, nəzəriyyənin məhşur olmasında “görünməz əl” metaforasının rolu böyükdür.

Nəzəriyyənin məntiqində dayanan əsas məntiq aşağıdakılardan ibarətdir: Dövlət fərdlərin özlərinin edə bilməyəcəyi amillərin həyata keçirməlidir, digər məsələləri fərdlər özlərini ən yaxşısı nədirsə onu edərək, əslində cəmiyyətin manefeyini xidmət etmiş olur. Adam Smit nəzəriyyətsinə görə (daha sonra bu nəzəriyyə klassik iqtisadi cəriyan adlandırıldı) dövlət insanların həyat və mülk (qanun) təhlükəsizliyi təmin etməkdən başqa iqtisadiyyatı heç bir müdaxilə etməli deyil.

Sahibkarlar öz manefeylərinə güdərək cəmiyyətə xidmət edir. Onlar mükəmməl məhsullar düzəldir (mebel istehsal edir, mebel satır – aşıq gördüyünü çalar…), rəqabətə görə istehlakçı maraqlarını qoruyur, vergi verirlər və s. Görünməz əllər hər şeyi idarəedir, görünməz əllər biznesmeni səhvlərdən və istehlakçı maraqlarını pozmaqdan qoruyur. Dövlət sadəcə qanunların keşiyində durur, bizim mülk və həyat təhlükəmizi qoruyur. 

Adam Smitin nəzəriyyəsi bir mənalı şəkildə bazar münasibətlərin düzgün izah edə bilir. Görünməz əllər yalnız konkret məhsul və sahə üzrə deyil, ümumi olaraq bazarda resrusların düzgün və proporsional formada hərəkəti təmin edir. 

Biz düşünürük ki, “görünməz əllər” nəzəriyyəsi yalnız biznes üçün deyil, uşaqların tərbiyəsi üçündə vacibdir. Məsələn, biz əminik ki,  uşaqların elmə-təhsilə marağını artırmaq üçün ən sadə yol, onlara sadəcə bunu göstərməkdir. Uşaq görməlidir ki, valideyn özü elmi çox sevir, o daim kitab oxuyur və s.

Əziz oxucu, daha əvvəldə Sizlərə dediyimiz kimi, iqtisadi nəzəriyyə barədə fikirlər, iqtisadi nəzəriyyənin ayrı-ayrı istiqamətlərinin öyrənilməsi bizim üçün gündəlik həyatda olduğu kimi, biznesin, marketinqin düzgün aparılması üçündə çox vacibdir. 

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] bu lazımdır?!” Hə-əə, bax bunu bilmirəm. Bunu oturub hesablamaq lazımdır, makro-iqtisadçı alimlərimiz tərəfindən. İnanırsız, buna vaxt ayırmaq istəmirəm, çünki bizim işimiz biznesdir və bu […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close