image_pdfimage_print

Böhran dövründə bazar konyukturu və biznes aparma şərtləri çox fərqli istiqamətlərdə dəyişir. Bugün biznes aparma keçmiş 2010-2014-cü ildə olan prinsiplərlə deyil, yeni istiqamətləri tələb edir. Mən bu yazıda böhran dövründə bazarda olan rəqabət mühiti və ya şirkətlərin atılması vacib olan bəzi addımlar barədə fikirlərimi bölüşmək istəyirəm. Hesab edirəm ki, real biznes üçün maraqlı ola bilər.

İlk əvvəl qeyd etməliyəm Azərbaycan iqtisadiyyatı müstəqillik dövründən bu yana heç vaxt rastlaşmadığı bir mənzərə – bazarın azalması tendensiyası ilə üz-üzədir. Mən məsələyə, Porterin rəqabətin 5 gücü modeli ilə yanaşmaq istəyirəm.

Bugün biznes haqqında olan istənilən kitabda rəqabət anlayışını muasir biznesə “izah etmiş” rəhmətlik Porterin 5 gücü barədə məlumat verilir. Bir daha yadınıza salaq:

Porterin dediklərinə görə, istənilən biznesin mənfəətli və zərərli olmasına təsir edən ən başlıca amil – rəqəbət səviyyəsidir. Rəqabət çoxdursa biznes az mənfəətli olur. Porterin deyir ki, istənilən sahədə biznesə 5 amil təsir edir: 

  1. Sahə daxili rəqabət. Yəni sektorun içərisində mövcud olan rəqiblərin sayı. Rəqib çoxdursa, deməli rəqabətdə çoxdur və s.
  2. Təhçizatçıların gücü. Yəni sektorda biznes aparmaq üçün xammal və s. təhcizatçılar sayı və ya məhsulun asan tapılması rəqabətə təsir edir. Məsələn, hansısa bir məhsulun istehsal edilməsi üçün lazım olan xammalı asand tapmaq olursa, deməli rəqabət etmək çətindir.
  3. İstehlakçının gücü. Əgər bazarda istehlak edənlər çoxdurlarsa deməli rəqabət mühiti daha asand olacaq. 
  4. Alternativ məhsulların mövcud olması. Yəni bizim təklif etdiyimiz xidmət (və ya məhsulların) alternativi çoxdursa, yenədə bazar rəqabətli olur.
  5. Yeni rəqiblərin bazara girməsi. Sektora yeni rəqib girirsə bazar yenədə çox çətin vəziyyətdə olur. Rəqabət çoxalır.

Böhran dövründə rəqabətə təsir edən bu 5 güc tamamiylə fərqli aurada dəyişir. Hesab edirəm ki, bu dəyişikliklərə nəzər yetirməklə böhranda nəyinki “sağ qalmaq”, hətta biznesi bir xeyli genişləndirmək olar. Daha konkret desək gəlin, böhran dövründə Porterin rəqabətə təsir edən bu beş gücünə bir daha nəzər yetirək…

Sahə daxili rəqabət. Böhran dövründə sahə daxili rəqabət əlbəttə ki, çox güclənir. Zəif iştirakçılar artan xərclərə, azalan gəlirə dözmürlər və bazarı tərk edirlər. Həmçinin böhran dövründə balacalaşan bazar “tortu” uğrunda mübarizə dahada amansızlaşır. Aktiv reklam, aktiv fəaliyyət mütləqdir. Əgər artan iqtisadi durumda daxili rəqabət daha tolerant üsullarla edilirsə, böhranda vəziyyət daha aqressivləşir. 

Təhçizatçıların gücü. Böhran dövründə təhcizatçıların gücü xeyli aşağa düşür. Əgər normal iqtisadi vəziyyətdə təhcizatçılar istər ödəmə şərtlərində, istərsədə ümumi malın verilməsində sərt qaydalar tətbig edə bilirdisə, böhran dövründə bu 180 dərəcə dəyişir. Səbəb çox sadədir – bazar daralıb, iştirakçılar azalıb və təhcizatçı öz dövrüyəsini və bazar payını saxlamaq üçün bu addımları atır. 

İstehlakçı gücü. Həə-əəə necə dəyərlər burda “Kərəmi ağlamaq tutur…” böhranda istehlakçı gücü pik nöqtəyə çatır. Hər şeyi o həll edir, hər şey onun istəyirə uyğun olur. Bu son dərəcə incə nöqtədir. Əgər biz bu nöqtədə marketinq aktivliklərimizi, müştəri dəyərlərimizi düzgün qura bilsək, böhran – imkana çevrilir. Hesab edirəm ki, istehlakçı gücü böhranda daim reklam mesajlarında əlavə dəyərlərin təklifindən keçir.

Alternativ məhsullar. Böhranda bazarda alternativ məhsul təklifi azalır və istehlakçı bilmədiyi məhsulda ekspriment etmək istəmir. İstehlakçı daha əvvəl almaq istədiklərini indi ucuz almaq istəyir. 

Yeni oyuncular. Bu sahədə çox “sakitçilik” olur, çünki böhranda yeni istehlakçının gəlməsi tamamiylə səhv istiqamət kimi görünür. 

Nəzərə alsaq ki, böhran dövründə Porterə məlum olmayan, amma Azərbaycan biznesmenlərinin yaxşı tanış olduqları 6-cı “güc” burakratik əngəllərdə xeyli zəifləyir… biz ürəklə deyə bilərik – böhranda biznes daha asand görünür.

Əziz oxucu, diqqət edin, böhran dövründə Porterin 5 rəqabət gücündən yalnız biri – istehlakçı gücü artır və qalan butün istiqmaətlər üzrə bazar daha “asand” olur. Həmçinin unutmaq olmaz ki, hamının satdığı zaman almaq, hamının getdiyi zaman gəlmək və ya hamının bağladığı zaman açmaq effektivdir. Məncə daha dərin düşünməyə dəyər…

P.S. Bu yazının yazılmasında mənə “ilham qaynağı” kimi dünən Bakıda keçirilən şahmat üzrə dünya kuboku yarışlarında, Şəhriyar Məmmədyarovun mükəmməl qələbəsi və elə həmin gün yaxın dostumla edilən söhbət çıxıt edirdi.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] əvvəl yazılarımızın birində böhran dövründə rəqabət mühitinin daha zəif olması barədə danışmışdıq. İqtisadi böhran, statik, inkişafı meylli olmayan […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close