image_pdfimage_print

Əlbəttə, son vaxtlar cəmiyyətimizdə yalan danışmaq adiləşməkdədir. Bu son dərəcə pisdir, çünki dünyada olan ən böyük gunahlar məhz kiçik yalanlardan başlayır. Biz bu yazıda Sizlərə ətrafımızda olan çox saylı yalan, böhtan, şər tipli məsələlərdən deyil bu yalanların xoşbəxtçilik üçün nə qədər zərər olduğundan danışmaq istəyirik. 

İlk əvvəl deyim ki, ən qorxulu yalan, azacıq təhrif edilmiş həqiqətdir. Başqa sözlə desək, qorxulu yalanlar inandırıcı olanlardır, bu tip yalanlar isə hansısa həqiqətin təhrif edilməsi ilə meydana çıxır. Qurban olduğumuz bizim hər birimizi belə yalanlardan qorusun!

Biznesdə yalanlar kimin-kimı danışmasından asılı olmayaraq iki cür ola bilər: istəyərəkdən edilən yalanlar və ani-düşünülməmiş yalanlar. Əlbəttə hər ikisi nəticə etibarı ilə yalandırsada, istəyərəkdən edilən yalanlar çox qorxulu olur. 

Əziz oxucu, biz hesab edirik ki, hansısa bir yalan danışan adamdan başqa, bu şəraiti yaradan adamlarda gunahkar rolunda olmalıdır. Məsələn, əvvəllər Ali məktəbdə işləyən müəllim, oxuduğu tələbədən ruşvət alırdı. Əlbəttə, müəllim rüşvət alaraq kimlərinsə qarşısında yalan danışırdı, amma gəlin baxaq görək, həqiqətənmi gunahkar yalnız müəllimdir?!

Düşünürəm ki, yox, qətiyyən yox. Burada əsas gunahkar müəllimi rüşvət almağa təşviq edən güvvələrdir. Müəllim sadəcə hamının ondan gözlədiyini edib. 

Hansısa mağazada, müştəriyə məhsulun mənsubiyyəti barədə xəbər səhv verilir. Bunu əlbəttə, edən satıcı olsada, bu yalan danışmağa təşviq edən güvvə, bir mənalı şəkildə satıcı deyil. Gunah yalnız satıcıdadırmı?!

Əlbəttə, yox. Burada gunahkar cəmiyyət, rəqabət mühiti və ya sahibkarın biznesə rahat qurma səbəbi ola bilər. Diqqət edin – Rəqabət güclü olan ölkələrdə müştəriyə qarşı yalan danışmaq ehtimalı çox aşağıdır, çünki onlar qorxurlar. Qorxurlar ki, istehlakçı geri dönməyə bilər. Eyni zamanda rahat qorulmuş bizneslərdə yalan, haram daha çox olur, hiss edilir. 

Heç yadımdan çıxmaz… (bəlkədə Sizə söhbət etmişəm) bir dəfə Avropada sərgi keçirilirdi (Kolndə ya da Parisdə) və təyyarədən endiyimiz birinci gün sərgi zalına getmək istədik. Sərgi bitdikdən sonra yorulmuşduq və əlimdə çamodan taksiyə saxladım. Taksi şoferinı ünvana nə qədər izah etsəmdə, başa düşmədi. Sonra məlum oldu ki, sürücü Azərbaycanlıdır, İran Azərbaycanlısı. Dedi sən həmşərimsən, bir yolla taparıq. Bir sözlə taksist sonra kiminləsə telefonla danışdı və mənə 2 saatlıq yol olduğunu dedi. Çox yorğun edim… taksiyə mindim və məndən minnət qoya-qoya xeyli pul (Eura) aldı. Sabah eyni yola xarici taksidən soruşduqda… məni cəmi 20 dəq. gətirdi. Bildiyiniz kimi, bizim yerlimiz məni aldatmışdı. 2 saatlıq gəzdirdikdən sonra məni Hotelə getirmişdi.

Digər bir məsələ… Almaniyada ezamiyyətdə olduğum zaman, taksi sifariş etdim və mebel mağazasına getmək istədim. Sizdə bilirsiniz ki, Avropada butün mebel mağazalar şəhər kənarında olur. Alman sürücü məni getmək istədiyimiz geri apardıqda, birdən “Ah sorry” deyib, taksinin sayğacını saxladı. Dedi, mən yolu səhv saldım və bu mənim gunahımdır. Mən sayğacı saxlayım, Sizə pul yazmasın. Üzr istəyirəm, çıxanda cəmi 15 Evro vərərsiz dedi. Alman heç mənə deməyib, digər yerlimiz kimi məni gəzdirsəydi belə dünyadan xəbərim olmayacaqdı, amma alman aldatmadı. 

Əziz oxucu, əmin olun, mən inanmıram ki. məni aldadan taksi şoferi indi məndən “qazandığını” rahat yeyir, amma əminəm ki, alman vicdanı qarşısında təmizdir və məncə çox xoşbəxtdir. Yalan amilini yaradan birinci səbəb tamah və ikrah hissləridir. Biz mütləq bu hissləri nəzarət etməli və daha az yalan danışıb xoşbəxt olmalıyıq. Məncə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close