image_pdfimage_print

Əziz oxucu, vaxtınızı çox almadan Sizə bloqun axırında deyəcəyim sözləri əvvəldə demək istəyirəm – Biznesdə heç bir şəkildə sadiq müştəri olmur. Nə daxili müştəri (oxu işçiləriniz) nə də xarici müştəri (oxu alıcılarınız) sadiq olmur. Onlar sadəcə özlərini belə göstərirlər və bir-az məsələ qəlizləşən kimi, heç bir sadiq müştəridən söhbət belə gedə bilmir. Maraqlıdırsa niyə belə düşündüyümü izah edim.

Bu yazıda biz daha əvvəl dediyimiz mövzunu dahada inkişaf etdiririk.

İlk əvvəl deyim ki, “Pul” olan yerlərdə sadiqlik haqqında danışmaq ən azı sadəlövlükdür. Pul çox şeyə qadirdir və insanlar bunun “dadını” bildikdən sonra pul qazanmaq üçün etdikləri heç bir addımda sadiqlik göstərmirlər. Necə ki, biz öz bədənini satan fahişədən partnyoru sadiqlik gözləyə bilməz (çünki fahişə bu işə sadəcə pul qazanmaq üsülü kimi baxır) eləcədə biznesdə pul qazanmaq üçün atılan addımlarda sadiqlik axtarmaq səhvdir…

…bəli-bəli, məhz səhvdir. Çünki biznes pul qazanmaq üçün atılan addımların cəmidir. Bu prosesdə (pul qazanmaq anında) sadiqlik prinsipləri ilə hərəkət etmək sadəcə səhvdir və uğursuzluq gətirir. Diqqət edin. Biz burda səhv üsullarla biznes etməkdən danışmırıq, biz sözünün üstündə durmamaqdan danışmırıq… biz sadəcə deyirik ki, biznes adamı pul qazanmaq üçün daha əvvəl ona pul qazandıran adamla işə bitirə bilər – əgər buna səbəb varsa. 

Biznesdə sadəlik dedikdə biz iki istiqamət barədə danışa bilərik: şirkət işçiləri və biznes tərəfdaşlar (müştərilər və təhcizatçılar). İcazə versəniz mən ilk olaraq işçilərin sadiqliyinin sadəcə “xulya” olduğunu göstərmək istəyirəm. Niyə işçilər sadiq ola bilməzlər?

  • Yaxşı işçi daim öz üzərində işləyən adamdır. Öz üzərində işləyərək “menecer” bazarda dəyərini artırır. Treninqlərə gedir, seminarlarda iştirak edir, MBA, PhD edir (düzdür boş şeydir, amma işə götürənlərə bəzən təsir edir) və s. Məqsəd çox sadədir, daha çox pul qazanmaq, daha yaxşı şəraitdə işləmək. Əgər köhnə çalışdığı yer, işçiyə istədiyi mühiti verə bilmirsə, işçi sadəcə işi dəyişir. Sadiqlik – 0 qəpik;
  • Hamı üçün pul daim azdır. Siz bir işçini “sıfırdan” yetişdirirsiniz, ona investitsiya qoyursunuz və müəyyən bir həddə çatdıqdan sonra bu işçinin gördüyü işlərdən faydalanaraq pul qazanırsınız. Bu zaman işçi özüdə daha çox pul qazanmaq istəyir və əgər Siz ona istədiyi əmək haqqını verməsəniz, o çox rahatlı işdən ayrılacaq. Diqqət edin – heç bir sadiqlikdən söhbət belə gedə bilməz. 
  • Heç bir işçi aldığından az maaşa işləməyi ədalətli hesab etmir. Heç düşünmüsünüz hansısa bir işçi yaxınlaşıb desin ki, “ay müdir, mən düşündüm… işlərimiz pis gedir, gəlin gələn aydan mənə 500 manat az maaş verin” heç belə bir şey ağlınıza gəlir?! Gəlməz. İndi Sizdə düşünün ki, əgər işçi sadiqdirsə niyə belə etmir?!

İşçilər sahibkara öz əməklərini satırlar və bunun müqabiləndə pul alırlar (oxu, ad, şan-şöhrət, özünü göstərmək, təcrübə və s.) yöni sahibkarla işçi arasında sövdələşmə olur. Belə yerlərdə heç vaxt sadiqlikdən danışmaq olmaz.

Bu arada kimlərsə durub “biz burda pula görə işləmirik… şirkəti öz şirkətimiz bilirik” tərzində sözlər deyirsə, bilin ki:

  • Ya bu adamların əlindən heçnə gəlmir və bu şirkətdən çıxsalar heç vaxt şirkətin verdiyi qədər pul, üstünlük əldə edə bilməyəcəklər;
  • Ya bu adamlar şirkətdə oğurluqla məşğuldular. Bunu başqa yollarla kompensasiya edirlər;
  • Ya da… bu adamlar ümumiyyətlə nə edəcəyini bilmir. Elə sadəcə danışır!

Gəlin müştərilər, yəni bizə pul verənlər barədə düşünək. Görək onlar necə “sadiqdirlər”?

  1. Bir anlığına çox mükəmməl yemək və xidməti olan restoran düşünün. Siz tez-tez bu restorana gəlirsiz, onlarda yemək yeyirsiz və s. Özünüzü son dərəcə sadiq hesab edirsiniz. Bir vaxtdan sonra Siz H.Cavid pr. yaşadığınız zaman, məcburən Əhmədli ərazisinə köçməli olursunuz. Əziz oxucu Siz yenədə eyni tepmlərlə həmin restorana (oxu çayçı, “pivnoy”, nə bilim nə…) gedəcəksinizmi?! Əlbəttə yox. Bəs hanı sadiqlik?
  2. Hər zaman avtomobilinizi yudurtduğunuz yerdə qoymətlər 2 manat qalxır. Məsələn, hər yerdə 6 manat olduğu zaman bu moyka keyfiyyətini eyni saxlamaqla 8 manat maşın yuyur. Siz necə dəfə sözü gedən “moykada” maşın yuyarsınız?! Bəs hanı Sizin sadiqliyiniz?
  3. Bir brend daim endirim kampaniyaları edir və Siz hər dəfə bura gedib nələrisə alırsınız. Siz “sadiq” müştəriniz… bu dəfə kampaniyada brend yalan danışır. Səhv edirdə, bir qələtdi edib. Siz bu zaman sözü gedən brendə nifrət etməyəcəksiniz?! Bəz hanı Sizin sadiqliyiniz?

B2B bazarlardada sadiqlik anlayışı yoxdur. Düşünün ki, Siz işiniz başlayan gündən avadanlıqları bir şirkətdən alırsınız. Biznesin ortalarında digər bir şirkət eyni avadanlıqları 1 illik pulsuz zəmanətlə və aşağı qiymətlə təklif etsə, axı biz deməyəcəyik: “Yox mən sadiqəm…” Təkrar edirəm pul çox şirin dəyərdir və işin canı bunu qazanmaqdırsa burada sadiqlik ola bilməz! Məncə!)

Mən şəxsən inanmıram ki, müştəri brendə sadiq olduğuna görə, onu bağışlasın, ümumiyyətlə dünya belə bir keys yoxdur. Yalnız tam məmnun olan müştəri sadiq ola bilər, lakin heç vaxt məmnun olmayan insan sadiqlik göstrəmir. Başqa sözlə desək, müştəri razı qaldı müddətcə sadiq olur, razı qalmadı – qaçır! 21-ci əsrdə bu 100% belədir, məncə. 

Sadiqlik yalnız qeyri-maddi dəyərlərin üzərində ola bilər: sevgi, dostluq, valideynlik və ya övladlıq hissi və s. Biznesdə sadiqlik olmur, bu sadəcə özümüzü aldatmaqdır məncə!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close