image_pdfimage_print

Bugünlərdə sosial şəbəkələrdə Azərbaycan dilində ən tanınmış biznes-bloq hansıdır istiqmaətində araşdırılma başlanmışdı. Sizin oxuduğunuz və özünüzün hesab etdiyiniz bu bloq, daha konkret desək İlkin Manafov tərəfəindən hazırlanmış – www.ilkinmanafov.com bloqu ana dilimizdə ən tanınmış biznes bloq hesab edildi. Biz bu münasibətlə butün oxucularımızı təbrik edirik.

Bu arada bloqunuza (bizim deyildə, Sizində) dəstək olmaq istəyirsinizsə bu sorğuda iştirak edin. İstəsəniz hətta bizə müsbət rəylərdə verə bilərsiniz!))

Daha əvvəldə dediyimiz kimi, bu bloq ana dilimizdə biznes-marketinq haqqında ən çox yazısı olan biznes-bloqdur. Dİqqət edin… yazı olmaq asanddır, amma bizim yazdıqlarımız tərcümə və ya “qalın” kitablardan köçürdüyümüz deyil. Biz sadəcə bu bloq vasitəsi ilə, öz həyatımızda baş verən biznes hadisələri heç çəkinmədən Sizinlə bölüşürük. 

Biz bu bloqda Sizinlə sadəcə səmimi söhbət edirik. Biz maska taxmırıq, biz demirik ki, yazdıqlarımız doğrudur, sadəcə deyirik ki, biz yalnız şəxsi təcrübəmizdə yaşadıqlarımızı və əmin olduqlarımızı yazırıq. Bu döğrudurmu!? Bilmirəm. Amma bilirəm ki, mən belə edirəm və s.

Əziz oxucu, bizim xasiyyətimizdə maksimalistlik var. Biz ya ana dilimizdə ən oxunaqlı biznes-bloq ola bilərik, ya da ümumiyyətlə bloq olmarıq. Biz ya bölgələrdə ən böyük mağazlara sahib ola bilərik, ya biznes ümumiyyətlə məşğul olmarıq və s. Əziz oxucu, mən etdiyim butün addımlarda maksimalistlik xasiyyətindən çıxış edirəm. Ya hər şey, ya heçnə və s.

Biz bloqumuzun daha güclü və sistemli olması üçün, daim öz yeniliklərimiz, yeni biznes düşüncəlrimiz barədə paylaşımlar edirik. Səbəb çox sadədir… biz istəyirik ki, Siz bizim bloqda özünüz üçün faydalı olanları tapasanız. Bizim bloqun müşətəriləri Sizsiz, əziz oxucu. Siz necə deyirsinizsə biz, ona razıyıq. Təki bloqumuzu oxuyun!

Raziyıq demişkən… bugün German Studio-da başıma çox maraqlı bir hadisə gəlib. Deməli biz mətbəx mebeli satdığımız zaman, müştəri ilə saziş imzalayırıq. Sazişdə butün şərtlər qeyd edilir (A-dan Z-ə qədər) və müştəri pulun yerdə qalan hissəsini ödəmir. Təbii ki, biz belə etdiyi zaman, məhkəməyə müraciyyət edə bilərik. AMMA görünür ki, bəzi təbəqənin adamlarına yaxşılıq çatmır. Təsəvvür edin ki, müştəri ödənişi nə az, nə çox düüüz 1 il geçikdirib… (bundan sonra qiymətlər 30% qalxıb, biz hər şeyi Evro ilə alırıq, özünüz bilirsizdə) Neysə… bu məsələ bitsin, Sizə söhbət edəcəm. Maraqlı məqam budur ki, müştəri qismində çıxış edən adam, özünü MTN işçisi kimi təqdim edir. Müştəri əlbəttə, özünün MTN-də işləyən “dostuna” güvənir.

Gözləyirəm, görək axırı necə olacaq!) Mənim üçündə çox maraqlıdır… yəni Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyi kimi, strateji orqanın işçisi “işini-gücünü” atıb gəlib 3-5 min manatlıq söhbəti edər?!) Cavabını yazacam – gözləyin!)

Əziz oxucu, məhz Sizin mənə verdiyiniz dəyər nəticəsində bizim bloq ana dilimizdə olan ən oxunaqlı biznes bloqdur. Məhz Sizə görə tanınmış sahibakrlar bizim bloqu oxuyurlar. Məhz Sizə görə bizim bloq biznes mühiti formalaşdıra bilir. Bizim bloqu oxuyub bir çox şirkət, bizneslərin tutduqları rakurs dəyişir və s.

Sağ olun ki, bizi oxuyursuz. Birdə əmin olun biz bunun üçün çox çalışırıq, bizdə əlimizdən gələni edirik ki, bloqumuz daha oxunaqlı olsun. Beləliklə hələlik Sizin bloq çempiondur!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close